Məhkəmə qərarları › İş №2(039)-1135/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1135/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1135/2022 04.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT “X3” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN 0049341-F saylı Kredit müqaviləsinə xitam verilməsi, qalıq kredit borcu üzrə cavabdehlərdən müştərək qaydada əsas məbləğ üzrə 214 AZN və faiz borcu üzrə 5.62 AZN, habelə ödənilmiş 31 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1lə BOKT “X3” MMC arasında xx.xx.2019-cu il tarixli, L-MN-0049341-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 1 % olmaqla 216.81 AZN manat məbləğində güzəştli kredit rəsmləşdirilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə xx.xx.2019- cu il tarixli, L-MN-0049341-F saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2.81 AZN və faiz borcu üzrə 0.19 AZN olmaqla cəmi 3.00 AZN məbləğində pul ödənilmişdir. Hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 214 AZN və faiz borcu üzrə 5.62 AZN kredit borcu var. İş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə öldüyündən Yevlax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərardadı ilə ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Fəqan Səlimov məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xhaiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar: BOKT “X3” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN- 0049341-F saylı Kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya, 60 ay müddətinə, illik 1% olmaqla 216.81 AZN manat məbləğində güzəştli kredit verilmişdir. BOKT “X3” MMC ilə Cavabdeh2 arasında balanmış xx.xx.2019-cu il tarixli, MN- 00026581 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu, kredit müqaviləsi üzrə borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə öhdəlik olaraq götürmüşdür. Maliyyə arayışından müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borc 214 manat, faiz borcu 5.62 manat təşkil edir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501 Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla əsasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, L-MN- 0049341-F saylı kredit müqaviləsi əsasında BOKT “X3” MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla 216.81 AZN manat məbləğində güzəştli kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 həmin kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh1 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində onun borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qarşısında müqavilələr əsasında birgə borclu olan cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra edilmədiyindən iddiaçıın həmin borcu tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə borclu olan Cavabdeh1 öldüyündən digər Cavabdeh2 yaranmış borc iddiaçının xeyrinə tutulmalı, kredit müqaviləsi ləğv edilməlidir. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, L-MN-0049341-F saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 214 manat əsas, 5.62 manat faiz borcu, habelə ödənilmiş 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 250 (iki yüz əlli) manat 62 (altmış iki) qəpik iddiaçı BOKT “X3” MMC-nin xeyrinə tutulsun. BOKT “X3” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN- 0049341-F saylı Kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar