Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-114/2023 22.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona İstehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin idarə heyətinin sədri Vəliyev Əsəd Azərbaycan oğlu məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 24 oktyabr 1987-ci ildə Yevlax şəhərində yerləşən 7 saylı Tikinti Quraşdırma İdarəsində (hazırda "xxxx" ASC) işləyərkən istehslat xəsarəti alaraq əmək qabiliyyətini 8*% itirmişdir. İstehslat xəsarəti aldığına görə ona müavinət təyin olunmuşdur. 2**9-cu ildə ona 36** manat birdəfəlik ödəniş olmuş və sonradan hər ay 24* manat aylıq ödəniş təyin edilmişdir. Hazırda "xxxx" ASC özəlləşdirilmişdir. Ona dövlət büdcəsi hesabına verilən 24* manat müavinət dayandırılmışdır. Qaydalara əsasən ona müavinət "xxxx" ASC tərəfindən ödənilməlidir. Lakin "xxxx" ASC 14 sentyabr 2*22-ci il tarixli məktubu ilə müavinət verməkdən imtina etmişdir. Müavinətin bərpa olunmasını istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izah etdi ki, "xxxx" ASC özəlləşdirilsə də, həmin cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Fəaliyyət dayandırıldığı üçün gəlir də yoxdur. Yəni iddia təmin olunsa belə hər hansı sa ödənişin edilməsi qeyri-mümkündür. Bundan başqa "xxxx" ASC özəlləşən zaman iddiaçının adı keçmiş işçilərin siyahısında olmamışdır. Yəni həmin şəxsə qarşı onların heç bir öhdəliyi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 oktyabr 1987-ci il tarixli *1 saylı aktının surətindən məlum olur ki, 3-cü dərəcəli elektrik montyoru İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 noyabr 1979-cu il tarixli İT-l *78**7* saylı əmək kitabçasından məlum olur ki, Nağıyev X1 dövlət komitəsində 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin *6 dekabr 2*22-ci il tarixli 22*12*51862* saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq, "xxxx" ASC keçmiş Dövlət Əmlak komitəsinin 21 sentyabr 1998ci il tarixli, 1321 nömrəli sərəncamı ilə Azərkəndsutəchizat dövlət komitəsinin tabeliyində olmuş 7 saylı səyyar mexanikləşdirilmiş dəstənin bazasında yaradılmış və onun hüquqi varisidir. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 27 iyun 2*18-ci il tarixində başa çatmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 24 dekabr 2*22-ci il tarixli 22633*818*5 saylı məktubundan məlum olur ki, Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstənin özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin davam etdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Yevlax şəhər Statistika idarəsinin *2 fevral 2*23-cü il tarixli 3-34-3*/2-19 saylı məktubundan məlum olur ki, 3-cü dərəcəli elektrik montyoru vəzifəsinin aylıq əmək haqqısı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ididaçı Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmişdir. 24 oktyabr 1987-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı xəsarət almış və əmək qabliyyətinin 8* faizini itirmişdir. Həmin hadisəyə görə iddiaçıya birdəfəlik ödəniş olunmuş və aylıq 24* manat ödəniş təyin edilmişdir. Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstənin özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. "xxxx" ASC keçmiş Dövlət Əmlak komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə Azərkəndsutəchizat dövlət komitəsinin tabeliyində olmuş 7 saylı səyyar mexanikləşdirilmiş dəstənin bazasında yaradılmış və onun hüquqi varisidir. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona İstehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin *4 avqust 2**8-ci il tarixli 8*4 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisəslərinin, 27 sentyabr 2**3-cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2**3-cü ilin oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1 və 2.1.2ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.3-cü bəndində görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *9 yanvar 2**3-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Məhkəmə iclasında müəyyən etmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı İstehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinət bərpa olunmalıdır. Azərbaycan Respublikasında 2*23-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən *1 yanvar 2*23-cü ildən əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 261 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin fəaliyyətinin dayandırılması iddiaçıya müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASCdən hər ay minimum əmək haqqının 8* faizi hissəsində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-22*-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 8* faizi hissəsində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-114/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-114/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver