Məhkəmə qərarları › İş №2(039)-1151/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1151/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1151/2022 06.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 015A********** saylı kredit müqaviləsi üzrə 3,444.93 ABŞ dolları məbləğində kredit borcu, 980.16 ABŞ dolları məbləğində faiz borcu və 344.49 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 4,769 ABŞ dolları 58 sent məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclunun etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddiaçı nümayəndəsi X3 ərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı, iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən, cavabdehlər işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar