Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1159/2025 08.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəryun” İctimai Birliyinə qarşı istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsinda zərərə görə aylıq ödəncin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2 qarşı istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsinda zərərə görə aylıq ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “AzərYun” İctimai Birliyinə (X9 Emalı fabriki), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsinda zərərə görə aylıq ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı istehsalat qəzası səbəbindən əlil olması ilə əlaqədar davamlı qaydada aldığı aylıq ödəncin xx.xx.2019-cu il tarixdən bərpa edilməsinə və cavabdehlər tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ikinci qrup əlildir. Əlilliyi istehsalatda baş verən bədbəxt hadisə nəticəsində baş vermişdir. O bu səbəbdəndə qolunu itirmiş və ömürlük şikəst olmuşdur. 1961-1964-cü illər arası Ağcəbədi rayonu Ü.Hacıbəyov adına kolxozda 4 il kolxozçu işləmişdir. 1967-ci ildə ailə həyatı qurmuş və Yevlax şəhərində yaşamağa başlamışdır. 1978-ci ildə «X9 Emalı» fabrikinə işə qəbul edilmişdir. 21 avqust 1980-ci il tarixində gecə saat 03 radələrində «X10» fabrikində istehsalat qəzasına düşmüşdür. 13 ay ərzində gecə və gündüz xəstəxanada stasionar qaydada müalicə almış, daha sonra isə 2 ay yalnız həftə içi qalmaqla stasionar müalicə almışdır. Xəstəxanadan çıxdıqdan sonra işləməmiş və ikinci qrup əlil kimi 120 manat pul vəsaiti almışdır. Əlavə olaraq 90 manat pul vəsaiti almış və həmin məbləğ istehsalat qəzası nəticəsində xəsarət aldığı üçün verilmişdir. 1996-cı ilədək 90 manat pul vəsaiti almışdır. 1996-cı ildən 2016-cı ilədək istehsalat qəzası nəticəsində aldığı məbləğ endirilərək 55 manat olmuşdur. 2019-cu ilin sentyabr ayından sonra istehsalat qəzasından aldığı xəsarətə göra ona heç bir məbləğ verilməmişdir. Bununla bağlı müraciətləri isə nəticəsiz qalmışdır. Onun tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o «X10» fabrikində əlil olmuşdur. Əgər onun ödənci dayanırsa bu idarələrdən biri onun ödəncini ödəməlidir. Bu səbəbdəndə müraciət edərək hər iki müəssisəni cavabdeh olaraq cəlb etmişdir. "xxxx" ASC özəlləşdirilmişdir. Qanunvericiliyin tələbinə görə o özəlləşmişsə belə vəziyyətdə ödənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilə bilər. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində zərər görə aylıq ödəncin cavabdeh "xxxx" İctimai Birliyindən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddanın həcminin azaldılmasına dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" İctimai Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" İctimai Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən olduğundan təmin edilməlidir. Belə ki, işdə olan istehsalatda bədbəxt hadisə haqqında xx.xx.1980-ci il tarixli Aktdan görünür ki, «X9 Emalı» fabrikində yuyucu vəzifəsində işləyən İddiaçı xx.xx.1980-ci il tarixində istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sol qolunu itirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı müddətsiz ikinci qrup əlildir, istehsalat zədəsi nəticəsində 80 faiz əmək qabiliyyətini itirmiş, əmək qabiliyyətsizdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazitliyi yanında X7 Xidmətinin 14 sentyabr 2022-ci il tarixli, **********19 saylı məktubundan və əlavə edilmiş müəssisə və obyektlərin özəlləşdirilmə vəziyyəti barədə məlumatdan görünür ki, «Yevlax «Azəryun» İctimai Birliyinin (X9 Emalı Fabriki) özəlləşdirilməsi xx.xx.2019-cu il tarixində başa çatmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-6/2023 saylı qərarından görünür ki, «Azəryun» İctimai Birliyinin (X9 Emalı Fabriki) səhmlərinin özəlləşdirilməsi xx.xx.2019-cu il tarixində tam başa çatmış, bu səbəbdən İddiaçı aylıq müavinatın təyin edilməsi mümkün deyildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ididaçı 1978-ci ildə «X9 Emalı» fabrikinə işə qəbul edilmiş, 21 avqust 1980-ci il tarixində «X10» fabrikində istehsalat qəzasına düşmüş və sol qolunu itirmişdir. Ona əmək zədəsi üzrə İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ikinci qrup əlil kimi 120 manat pul vəsaiti almışdır. Əlavə olaraq 90 manat pul vəsaiti almış və həmin məbləğ ona istehsalat qəzası nəticəsində xəsarət aldığı üçün verilmişdir. 1996-cı ilədək 90 manat pul vəsaiti almışdır. 1996-cı ildən 2016-cı ilədək istehsalat qəzası nəticəsində aldığı məbləğ endirilərək 55 manat olmuşdur. 2019-cu ilin sentyabr ayından sonra istehsalat qəzasından aldığı xəsarətə görə ona heç bir məbləğ verilməmişdir. “Azəryun” İctimai Birliyinin (X9 Emalı Fabriki) özəlləşdirilməsi xx.xx.2019-cu il tarixdə başa çatmış və iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisəslərinin, 27 sentyabr 2003-cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2003-cü ilin oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1 və 2.1.2-ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.3-cü bəndində görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" İctimai Birliyi tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinət bərpa olunmalıdır. Azərbaycan Respublikasında 2025-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2025-ci ildən yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" İctimai Birliyindən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" İctimai Birliyindən hər ay minimum əmək haqqının 80 faizi məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1159/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1159/2025
08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver