Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-116/2021 01.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı “Finca Azərbaijan” MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbinə” dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azərbaijan” MMM QBKT cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Finca Azərbaijan” MMM QBKT-nin xeyrinə kredit müqaviləsi üzrə 22392,26 manat məbləğində kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, “Finca Azərbaijan” MMM QBKT ilə xx.xx.2015-ci il tarixdə bağladığı **********0590 saylı kredit müqaviləsinə əsasən şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün aylıq faiz dərəcəsi 24% olmaqla, 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 162 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdur. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********0590 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********1222 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 27046,27 manat müəyyən edilmişdir. Eyni tarixli, **********8***-******* və **********8***- ******* saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli **********1222 saylı kredit müqaviləsi üzrə borcun məbləği 22392,26 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh1 kredit borcu olduğunu, lakin maddi cəhətdən imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirərək, məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh E.Əmraslanov arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən E.Əmraslanova illik 24% faiz dərəcəsi olmaqla 24 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən digər cavabdeh olan Cavabdeh3 kredit alan Cavabdeh1 kredit verən qarşısında öhdəliklərinin icrasına zamin durmuşdur. Bundan sonra iddiaçı və cavabdeh E.Əmraslanov arasında xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsinin restrukzasiyasına dair” saziş bağlanmış və “Kredit müqaviləsinə” dəyişikliklər və əlavələr edilərək, kreditin ödənilmə müddəti 24 ay, əsas borc məbləği isə 27046,27 manat müəyyən edilmişdir. Kreditin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2016-cı il tarixli “Zaminlik müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən o, E.Əmraslanovun kredit verən qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Kredit razılaşması” üzrə iddiaçı qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə cavabdeh tərəfin 22392,26 manat məbləğində əsas kreditdən istifadəyə görə hesablanmış borcu yaranmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 22.343,44 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh E.Əmraslanov arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun iddiaçıya qaytarılması barədə öhdəlik icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf iddiaçıya olan borcun ödənilməsini sübuta yetirə bilmirlər. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyi öhdəlikləri lazımınca icra etməli, iddiaçıya olan borcu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borc ekspert rəyinə əsasən 22.343,44 manat məbləğində müəyyən edilməlidir. Digər cavabdeh-zamin A.Qurbanov ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.(bənd 4) Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan kredit müqaviləsində valyuta növü ABŞ dolları, kreditin ödənilmə müddəti isə 24 ay müəyyən edilsə də, kredit müqaviləsinin restrukzasiyasına dair xx.xx.2016-cı il tarixli sazişə əsasən valyuta növü Azərbaycan manatı müəyyən edilərək kreditin ödənilmə müddəti 24 ayadək uzadılmışdır. Zamin A.Qurbanovla bağlanmış zaminlik müqaviləsində əsas öhdəlik kimi xx.xx.2015ci il tarixli kredit müqaviləsi göstərilmişdir. Kredit müqaviləsinin restrukzasiyasına dair xx.xx.2016-cı il tarixli saziş zamin A.Qurbanov tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh A.Qurbanova münasibətdə təmin edilməməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 3.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, kredit alanın tələblərinin ödənildiyi vaxtadək qüvvədə olacaq. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2018-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 iddiaçı “Finca Azərbaijan” MMM QBKT-nin xeyrinə 22.343,44 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Finca Azərbaijan” MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbinə” dair iddiası qismən təmin edilsin. Cavabdeh1 əsas kredit borcu üzrə 22.343,44 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul iddiaçı “Finca Azərbaijan” MMM QBKT-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri-100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-116/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-116/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver