Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-116/2023 10.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlununsədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobil vurması nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobil vurması nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, baş verimiş yol nəqliyyat hadisəsi nəticəsində müxtəlif klinikalara xərclədiyi maddi ziyan olaraq 3000 manat, xəstəliklərə tutulmağına görə və ağır əsəbi (psixo nevroloji) vəziyyətlərə düşməyinə görə 3000 manat mənzəvi ziyan, uzun müddət iş qabliyyətini itirdiyinə görə yəni evdə qaldığına görə 2000 manat və vəkil xidmətlərinə xərclədiyi 500 manat olmaqla ümümilikdə 8500 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində marşrut avtobusu ilə Bakı şəhərində Şərifzadə küçəsində yerləşən Kaktus restoranın yanında gəlib orda enmiş, yolun əks istiqamətinə keçmək üçün piyada zolağına daxil olaraq yolun yarısını keçdikdən sonra sol tərəfdən ara küçədən gümüşü rəngli “Tayota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı Cavabdeh məxsus avtomobil əsas yola çıxaraq qabaq sağ tərəfi ilə onun sol dizinə möhkəm zərbə vururaraq onu yerə yıxmış, sonra həmin sürücü onu Respublika Xəstaxanasna aparmışdır. Cavabdeh yolda ona demişdir ki, xəstəxanada həkimlərə yıxıldığını bildirsin. Daha sonra sürücü onu hadisə yerində gətirib düşürərək mobil telefonun nömrəsini ona verərək oradan uzaqlaşmışdır. Sonra o, xx.xx.2022-ci il tarixdə saat 15:21-də DİN-nin 102 xidmətinə zəng edərək başına gələn hadisəni onlara danışmışdır. İşi Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X1 aparmış və 16 sentyabr 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə də Polis orqanları onu vuran Cavabdeh hərəkətlərində cinayət əlamətlərini aşkar etməmişlər. Bundan başqa 05 sentyabr 2022-ci il tarixli 863 nömrəli Məhkəmə Tibb Ekspertizasının Rəyindən görünür ki, eskspert işə ədalətsiz yanaşmış və yekun qərarda göstərmişdir ki, vətəndaş İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər-sağ ayağın bayır topuq nahiyyəsinin, sol diz oynağının və sol saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yekun olaraq göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələrdi dərəcəsinə görə ümumilikdə sağlamlığa zərər vurulmayan olduqları dərəcələri təyin edilə bilinmir. O, bütün bunlardan narazı qalaraq özü öz hesabına müxtəlif tibb müssəsələrində tibbi müayinələrdən keçmiş və hadisə nəticəsində bədənində qançırlar və belində çat olduğunu təsdiq edilmiş, bunlar əlində olan tibbi arayışlarda göstərilir. Budan əlavə onda zərbə və qorxu nəticəsində şəkər xəstləyi yaranmış, yüksək səviyyəli hipertoniya yəni yüksək təziq aşkar edilmişdir. Bundan başqa o gərgin əsəbi (psixo nevroloji) vəziyyətə düşmüş və çox ağır gərgin psixoloji problemlər yaşamışdır ki, bunu nevroloji dispanserdən nevropotoloqdan aldığı arayışda təsdiq edilir. O, bütün bu vaxt ərzində iş qabilliyyətini itirmiş, işə çıxa bilmədiyindən ailəsi və özü son dərəcədə pis maddi vəziyyətə düşmüşdür. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, hazıradək keçmiş olduğu həkim müayinələrinin dəyərini, həmçinin hüquqi xidmətlərə görə vəkilə qonarar ödəmiş, lakin bununla bağlı qəbzləri hazırda yoxdur, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yol hadisəsi baş vermiş, hadisə zamanı İddiaçı xəstəxanaya aparmış orada həkim müayinəsdən keçirib və heç bir xəsarəti olmadığı aşkar olunmuşdur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cinayət işinin başlanılmasının rədd olunması barədə Bakı şəhəri Yasamal rayon polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Əli Məmmədovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı mütaciətinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rəd edilsin. “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327-1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş əqrarın surəti Yasamal PRİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 863 nömrəli rəyindən görünür ki, vətərdaş İddiaçı bədən sərthində aşkar olunmuş xəsarətlər-sağ ayağın bayır topuq nahiyyəsinin, sol diz oynağının və sol saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı ələlə gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığa zərər vurmayan olduqları dərəcələri təyin edilmir. X2 xx.xx.2022-ci il tarixli Bel Fəqərələri MRT-nin müayinə aktından görünür ki, İddiaçı müayinə sahəsinə daxil sağ böyrək aşağı qütb medialında 27 mm ölçdə parapelvik kista izlərinir. “X4” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli Rentgenoloji müayinə aktından görünür ki, İddiaçı bel fəqərələrinin 2 proyeksiyada R qrafiyası əyrilik izlənmir. Fəqərəarası disklərin hündürlüyü L3-5 aalıb, ön künclərinin zərif deformasiyası izlənir-fəqərəarası osteoxondroz L3 yuxarı səthinin yarım oval basıqlığı izlənir-şmorli yırtığı. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin Kranial KT xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı baş beynin aksial kəsikli kontrastsız kompyuter tomoqrafiq müayinəsində beyin yarımkürəarası yarıq orta xətt üzərində mərkəzdədir. Bakı Respublika Endokrinoloji Mərkəzin xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız diaqnozu müşahidə olunmaqla xəstənin vəziyyəti kafidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbin qanuni əsasını Mülki Məcəllənin 59 – cu fəsilində göstərilmiş Mülki hüquq pozuntuları (deliktlər) – yəni 1096 və 1097-ci maddələri təşkil edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi və mənəvi zərərin ödənilməsi hissəsində iddiaçın öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni cavabdeh xx.xx.2022-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ona ümumilikdə 8500 manat məbləğində maddi və mənəvi ziyan vurmuşdur. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sübut kimi təqdim etdiyi həkim müayinələrinin nəticələrində qeyd olunmuş xəstəliklərlə (sağ böyrək aşağı qütb medialında 27 mm ölçdə parapelvik kista izlərinir, fəqərəarası disklərin hündürlüyü L3-5 aalıb, ön künclərinin zərif deformasiyası izlənir-fəqərəarası osteoxondroz L3 yuxarı səthinin yarım oval basıqlığı izlənir-şmorli yırtığı, kompyuter tomoqrafiq müayinəsində beyin yarımkürəarası yarıq orta xətt üzərində mərkəzdədir, insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız diaqnozu) sözügedən yol nəqliyyat hadisəsi nəticəsində sonuncunun bədən səthində aşkar olunmuş xəsarətlər (sağ ayağın bayır topuq nahiyyəsinin, sol diz oynağının və sol saidin qançırları – sağlamlığa zərər vurmayan olduqlarından dərəcələri təyin edilmir) arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, respublikada tibbi yardım ödənişsizdir. Belə ki, Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 15-12.1-ci maddəsinə əsasən Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobil vurması nəticəsizndə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-116/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-116/2023
10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver