Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1161/2022 06.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun 54000 ABŞ dolları və 3725 manat məbləğində pullarının və dövlət rüsumunun alınmasına və onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh1 uzun illər onun işçisi olmuşdur. Onun seyfdə pul saxladığını görən Raisa ona pulun saxlaya biləcəyini bildirdi. O, da Raisaya etibar edərək ona 56500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin puldan onun xahişi ilə 11000 ABŞ dolları məbləğini Raisanın oğlu Fərman tanışı Səxavətə vermişdir. Bundan başqa Fərmana 8500 ABŞ dolları pul vermişdir ki, Raisaya versin. Pulları götürüb Bakı şəhərinə ev almaq məqsədi ilə getmək istəyirdi. Lakin Fərman ona qarşı dələduzluq edərək pullarını mənimsəmişdir. Həmçinin Raisaya borc olaraq 3725 manat pul vermişdir. Pulların heç birini geri qaytarmamışlar. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlər qardaşı İddiaçı1 aldadaraq onun pulunu ələ keçirmişlər. Həmin pulun 11000 manatı ona məxsus olub. Həmin pul ona oğlu şəhid olduğu üçün Dövlət tərəfindən verilmişdir. O da həmin pulu qardaşı Əkbərə vermişdir. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, İddiaçı1 ona saxlamaq üçün 45000 ABŞ dolları pul vermişdir. Həmçinin 3725 manat İddiaçı1 borc pul almışdır. Həmin 45000 ABŞ dollarını Cavabdeh2 ondan almış və dələduzluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində hökm çıxıbdır. Cavabdeh2 iddia ərizəsinin surəti ünvanlanaraq, iş üzrə mülahizəsini bildirməsi təklif olunsa da, iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 1(107)-32/2022 saylı qərarından məlum olur ki, təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi X2 və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(091)-159/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, İddiaçı1 376 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(091)-159/2021 saylı hökmündən məlum olur ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı1 Cavabdeh1 saxlamaq üçün 56500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin puldan 11000 ABŞ dollarını İddiaçı1 geri almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 Cavabdeh1 saxlamaq məqsədi ilə 56500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun 11000 ABŞ dollarını iddiaçının xahişi ilə Cavabdeh2 Cavabdeh1 alaraq Səxavət adlı şəxsə vermişdir. Cavabdeh2 dələduzluq edərək, qalan 45500 ABŞ dolları pulu ələ keçirmişdir. Barəsində cinayət işi başlanmış Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(091)-159/2021 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 1(107)-32/2022 saylı qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi X2 və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 1(091)- 159/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 dəymiş ziyan ödənilməmişdir. Həmçinin İddiaçı1 Cavabdeh1 3725 manat borc vermişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 822-ci maddəsinə əsasən Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 826.1-ci maddəsinə əsasən Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 45500 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə pul və 322.05 manat dövlət rüsumu alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. Cavabdeh1 3725 manat pul və 57.25 manat dövlət rüsumu alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə iddianın 8500 ABŞ dolları hissəsində qeyd edir ki, həmin pulun verilməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə iddianın İddiaçı2 aid hissədə qeyd edir ki, İddiaçı2 məhkəmə iclasında pulu İddiaçı1 verdiyini bildirmişdir. Belə ki, cavabdehlərə İddiaçı2 pul verməmiş və cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamışdır. Bu səbəbdən də, iddia ona aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 45500 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə pul və 322.05 manat dövlət rüsumu alınaraq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh1 3725 manat pul və 57.25 manat dövlət rüsumu alınaraq İddiaçı1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1161/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1161/2022
06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver