Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1169/2020 31.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 1700 (bir min yeddi yüz) manat məbləğində pulun və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən özünə məxsus olan mağazada parfumeriya mallarının satışı ilə məşğul olur. cavabdeh X4 2 ilə yaxındır ki, ondan 1700 manat dəyərində parfumeriya malları götürmüş, həmin malları tez bir zamanda satıb pulunu qaytarmağa söz versə də, bu günədək həmin pulu ona qaytarmamışdır. Cavabdehdən 1700 manat pulu tələb etdikdə, cavabdeh ondan Yevlax Rayon Polis şöbəsinə şikayət etmiş, polis şöbəsində verdiyi izahatında ona olan 1700 manat pulu verəcəyini etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan və Yevlax rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh X2 xx.xx.2020-ci il tarixdə vermiş olduğu izahatdan görünür ki, o, Cahidin mağazasından pulunu hissə-hissə qaytarmaq şərti ilə, satmaq üçün ətriyyat məhsulları götürmüş və bu səbəbdən Cahidə cəmi 1728 manat borcu yaranmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən, habelə tərəflərin verdikləri şifahi və yazılı izahatlardan işin mübahisə doğurmayan halları kimi müəyyən edilir ki, iddiaçı, cavabdehə təqdim etdiyi ümumi dəyəri 1728 manat təşkil edən parfümeriya məhsullarının cavabdeh tərəfindən üçüncü şəxslərə satılması barədə sonuncu ilə razılığa gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı parfümeriya məhsullarını üçüncü şəxslərə satılması barədə vəkalət alan olan cavabdehə tapşırıq vermişdir. Cavabdeh X4 məhkəmə iclasında iştirak etməmiş və iddiaçı qarşısında hər hansı öhdəliyinin olmaması və ya öhdəliyini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 1700 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh X1 1700 (bir min yeddi yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1169/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1169/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver