Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1169/2021 14.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bank, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 16.05.2015-ci il tarixdə bağlanmış 2239nkMNG/15 №-li “Kredit və bank hesabı müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1139,60 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 189,62 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 72,93 ABŞ dolları, cəmi 1402,15 ABŞ dolları, habelə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun borcalan Cavabdeh Bankın xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bank ilə borcalan Cavabdeh arasında 16.05.2015-cü il tarixdə bağlanmış 2239nkMNG/15 №-li “Kredit və bank hesabı müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 27% dərəcəsi ilə, 24 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin 1.1-cü maddəsinə görə bu müqaviləyə əsasən “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndilərində göstərilən məbləğdə və müddətdə “Borcalan” isə həmin kredit məqsədli təyinatına uyğun istifadə etməyə və müəyyən olunmuş müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsində götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 29 iyul 2016-cı il tarixinə kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə 1139,60 ABŞ dolları borcu, 189,62 ABŞ dolları faiz borcu, 72,93 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1402,15 ABŞ dolları borcu yaranmışdır. Yevlax Rayon Məhkəməsi 07.10.2016-cı il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz verərək, əmrin ləğv edilməsini və işin iddia icraatına keçirlməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsi 08.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi Türkan Piriyeva cavabdehin, 16.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21 iyun 2021-ci il tarixə 926,68 ABŞ dolları əsas borcunun, 154,19 ABŞ dolları faiz borcunun, 59,29 ABŞ dolları cərimə borcunun olduğunu bildirərək, cəmi 1140,16 ABŞ dolları borcun cavabdehdən Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Bank ilə Cavabdeh arasında 16.05.2015-ci il tarixdə bağlanmış “Kredit və bank hesabı müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən borcalan Cavabdeh kreditdən istifadəyə görə illik 27% dərəcəsi ilə, 24 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh “Kredit və bank hesabı müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, “Kredit və bank hesabı müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliyin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh 926,68 ABŞ dolları məbləğində əsas borc, 154,19 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 59,29 ABŞ dolları cərimə (dəbbə) tətbiq edilmişdir. “Məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin məhkəməyə verilməsi üçün Bank 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi Cavabdeh üzərinə düşür. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh “Kredit və bank hesabı müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, Cavabdeh Bank qarşısında icra edilməmiş müqavilə öhdəlikləri mövcuddur və cavabdehlər öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh “Kredit və bank hesabı müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olması müəyyən edildiyindən əsas borc olaraq 926,68 ABŞ dolları, faiz borcu olaraq 154,19 ABŞ dolları, cərimə borcu olaraq 59,29 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq Banka ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehdən Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas kredit borcun ödənilməsi məqsədi ilə 926,68 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 154,19 ABŞ dolları, cərimə olaraq 59,29 ABŞ dolları, cəmi isə 1140 (bir min yüz qırx) ABŞ dolları 16 (on altı) sent qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat məbləğində pul Cavabdeh tutularaq dövdət büdcəsinin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1169/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1169/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver