Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1182/2020 30.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon filialına və “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zərərə görə pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər DSMF-nin Yevlax rayon filialına və “xxxxxxxxxx” ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zərərə görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən zərərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay ödənilməli olan ödəncin hesablanaraq tam həcmdə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yunun ilkin emalı fabrikində 1993-cü ildən müəssisənin fəaliyyəti dayandırılana qədər işləmiş, işlədiyi dövrdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sol əlindən və sol gözündən xəsarət almışdır. Bundan sonra ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Yunun ilkin emalı fabriki istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ona hər ay ödəniş ödəmişdir. Həmin müəssisə 2009-cu ilin fevral ayında fəaliyyətinin dayandırmış və fəaliyyətini dayandırdıqdan sonra özəlləşməvə çıxarılmışdır. 2009-cu ilin fevral ayından xx.xx.2019-cu il tarixədək DSMF tərəfindən ona 55 manat məbləğində müavinət verilmişdir. Müavinətinin dayandırılmasının səbəbi isə xəsarət aldığı müəssisənin özəlləşdirilməsinin başa çatması olmuşdur. Yunun ilkin emalı fabriki hazırda özəlləşdirilərək “xxxxxxxxxx” ASC kimi fəaliyyət göstərir. Ona təyin olunmuş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməyən aylıq ödəncin hesablanaraq ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF-nin Yevlax rayon filialının nümayəndəsi X3 izahatında bildirmişdir ki, 2009-cu ildən 2019-cu ilədək təmsil etdiyi orqan tərəfindən iddiaçıya peşə xəstəliyi ilə əlaqədar 55 manat müavinət verilmişdir. Lakin 2019-cu ilin oktyabr ayından, iddiaçının xəsarət aldığı müəssisə özəlləşdirildiyindən ona müavinətin verilməsi dayandırılmışdır. Təmsil etdiyi orqana münasibətdə iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 qanuni təmsilçisi olduğu Cəmiyyətin xxxxxxxxxxun ilkin emalı fabrikinin bazasında yaradıldığını və 2019-cu ildə özəlləşdirilməsinin başa çatdığını, cəmiyyətin fəaliyyətinin 2025-ci ilədək dayandırıldığını bildirdi. Müəssisə fəaliyyət göstərmədiyi üçün təmsil etdiyi Cəmiyyətə münasibətdə iddia tələbinin təmin olunmamasının xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1993-cü ildə işlədiyi xxxxxxxxxxun ilkin emalı fabrikində istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 60 faizini itirmişdir. Aldığı xəsarətə görə iddiaçıya DSMF tərəfindən 2009-cu ilin fevral ayından 2019-cu ilin oktyabr ayınadək hər ay üçün 55 manat müavinət təyin edilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx xxxxx 2002-ci il tarixli, 163 nömrəli Sərəncamı ilə “Azəryun” X2 yunun ilkin emalı fabrikinin bazasında “xxxxxxxxxx” ASC yaradılmış və həmin müəssisəsinin səhmlərinin özəlləşdirilməsi xx.xx.2019-cu il tarixində başa çatmışdır. Hazırda müəssisənin fəaliyyəti passivdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bölməsinə əsasən, bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə, peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə 55 manat dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 55 manat olmaqla ödənilməmiş müavinətin ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. İdda tələbi digər hissədə əsassız olduğu üçün təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1nə və “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zərərə görə pulun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxx” ASC-dən xx xxxxxxx 2019-cu ildən xx xxxx 2020-cu ilədəkhər ay 55 manat hesablanmaqla, ödənilməyən 440 (dörd yüz qırx) manat müavinət alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1182/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1182/2020
30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver