Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1189/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3,849.33 manat əsas borc, 72.03 manat faiz borcu və 11.15 manat cərimə olmaqla cəmi 3,932.51 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 26 dekabr 2019-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 6,000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə 26 dekabr 2019cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 aprel 2021-dək Cavabdeh2 banka 26 dekabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3,849.33 manat əsas borc, 72.03 manat faiz borcu və 11.15 manat cərimə, cəmi 3,932.51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi Mirumud Seyidov məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, 3-MZ2-1-0-697-19 saylı kredit müqaviləsinin surəti ilə müəyyyən edilir ki, sonuncuya 24 ay müddətinə illik 30 % faiz dərəcəsi ilə 6,000 manat məbləğində kredit verilmişdir. Bu barədə ödəniş cədvəli tərtib edilmişdir. Eyni tarixli və nömrəli zaminlik müqavilələri ilə müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh1 və Cavabdeh3 ilə ayrı-ayrılıqda zaminlik müqaviləsi bağlamış və sonuncular kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. Maliyyə arayışından müəyyən olunur ki, 13 aprel 2021-ci il tarixə Cavabdeh2 Banka 26 dekabr 2019-cu il tarixli, 3-MZ2-1-0-697-19 saylı kredit müqaviləsi üzrə 3,849.33 manat əsas, 72.03 manat faiz borcu yaranmış,11.15 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. Bu səbəbdən onlar da kredit müqaviləsi üzrə yaranmış borca görə borclu ilə birgə məsuliyyət daşıyırlar. Kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut, eləcə də hesablanmış cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3,849.33 manat əsas, 72.03 manat faiz borcu, 11.15 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3,962 (üç min doqquz yüz altmış iki) manat 51 (əlli bir) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1189/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1189/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver