Məhkəmə qərarları › İş №2(039)-119/2021

Yevlax Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(039)-119/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-119/2021 29.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “03 noyabr 2015-ci il tarixli, **********40715 №li kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borc məbləğinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 03 noyabr 2015-ci il tarixli, **********40715 №li kredit müqaviləsi üzrə 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun, 9576,23 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 03 noyabr 2019-cu il tarixədək illik 19% faiz dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcun, 250,82 ABŞ dolları məbləğində 03 noyabr 2019-cu il tarixindən 12 fevral 2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın, 5244,31 ABŞ dolları məbləğində 17 sentyabr 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% faiz dərəcəsi ilə hesablanmış penyanın, cəmi 20901,37 ABŞ dolları məbləğində pul vəsaitinin, 12 fevral 2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın, illik 15 % faiz dərəcəsi ilə hesablanan penyanın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır) İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC “Xalq” Bankı ilə 03.11.2015-ci il tarixdə bağladığı **********40715 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % faiz ödənilməsi şərtilə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə X8 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 03 noyabr 2015-ci il tarixli **********40715/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 26 may 2017-ci il tarixli, 2(039)-1899/2017 saylı qətnaməsi ilə 03 noyabr 2015-ci il tarixli **********40715/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və X4 mülkiyyət hüququ əsasında məxsus Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması və kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında 16742,92 ABŞ dolları məbləğində əsas borcunun, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində penyanın, cəmi 21057,69 ABŞ dolları və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələlərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən Bankın xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh və digərləri Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(107)-2537/2017 №li qətnaməsi ilə cavabdehlər Cavabdeh və digərlərinin apelyasiya şikayəti təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən cavabdehlər Cavabdeh və X7 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 16 aprel 2018-ci il tarixli, 2(102)- 2660/2018 №li qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı hərrac təşkilatçısı, Yevlax rayon icra şöbəsi və Bank tərəfindən imzalanmış hərracın nəticələri haqqında Y-76 №-li protokol və Bank ilə hərrac təşkilatçısı arasında 04 fevral 2019-cu il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 17850 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 03 noyabr 2019-cu il tarixədək hesablanmış və ödənilməmiş 9576.23 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% faiz (34%- 19%= 15%) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 17 sentyabr 2020-ci il tarixə bu məbləğ 5244,31 ABŞ dolları təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetrilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-119/2021 saylı qərardadı ilə, iddia tələbinin 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsinə xitam verilmiş, iddia tələbinin qalan hissəsi isə eyni tarixli qətnamə ilə qismən təmin olunmuşdur. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin əsassız olduğunu və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 03.11.2015-ci il tarixli, **********40715 №li kredit müqaviləsindən görünür ki, ASC “Xalq” Bankının Yevlax filialı tərəfindən Cavabdeh illik 19 faiz ödəmək şərti ilə 48 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2(039)- 1899/2017 saylı qətnaməsindən görünür ki, 03 noyabr 2015-ci il tarixli, **********040715/ip №li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, 16742,92 ABŞ dolları məbləğində əsas borc, 4275,77 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 07 aprel 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 39 ABŞ dolları məbləğində penya, cəmi 21057,69 ABŞ dolları məbləğində və 07 aprel 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04.02.2019-cu il tarixli müqavilədən görünür ki, X4 məxsus olan Yevlax şəhəri 0,045 ha torpaq sahəsi və fərdi yaşayış evi 17850 manata ASC “Xalq” Bankı tərəfindən alınmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün yaranmış borc öhdəliyi ipoteka predmeti olan əmlaka yönəldilmiş, əmlak açıq hərracda satıldıqdan sonra əldə olunmuş vəsait mövcud öhdəliyin icrasına kifayət etmədiyindən cavabdehin iddiaçı qarşısında 5714,92 ABŞ dolları məbləğində qalıq borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyücavabdehdən 5714,92 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03 noyabr 2015-ci il tarixli, **********40715 №li kredit müqaviləsi üzrə 5714,92 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar