Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1191/2023 24.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6012.2 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, məcburi köçkündür. Müvvəqəti olaraq Yevlax şəhəri 32-ci məhəllə bina 3, mənzil 35-da yaşayır. Cavabdehi xeyli müddətdir ki, tanıyır. Cavabdeh ayrı-ayrı şəxslərə xeyli miqdarda pul borcu olduğundan ondan həmin borcları bağlamaq üçün pul istəmiş, o da 2020-ci ilin noyabr ayında "xxxx" ASC-dən 4780 manat və 3200 manat olmaqla, iki kredit götürmüşdür. Həmçinin həmin bankdan ona verilən Birkartdan 1020 manat pul çıxardaraq Cavabdeh vəmi 9000 manat məbləğində borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Şəlaləyə 9000 manat pul versə də, sonuncu ona daha çox pul qaytarmalı idi. Əslində həmin pulu banka qaytarmalı idi. Yəni onun bankdan götürdüyü pulu sonacan Cavabdeh ödəməli idi. Bu barədə Cavabdeh öz xətti ilə qəbz yazaraq özü də imzalamışdır. O, X3 9000 manat borcu olduğu üçün Mahirənin “Kapitabank”a olan kredit və 1 karta olan borcunu öz üzərinə götürüb ona olan borcunu qaytarmaq üçün Şəlalə 1 kart və bank kreditini ödəməyə axıra kimi hazır olması brədə qəbz yazmış, həmin qəbzdə 02 mart 2021-ci il tarixdə Cavabdeh bank borcu qurtarandan sonra Mahirəyə borcu qalmayacağını bildirmişdir. Göründüyü kimi Cavabdeh onun “KapitaBanka” olan kredit və 1 kart borclarını sonacan ödəməni öz öhdəsinə götrmüşdür. Həmin vaxtdan başlayaraq Cavabdeh bank kreditlərini ödəmişdir. Lakin artıq öz üzərində götürdüyü öhdəliyə əməl etməyərək 2023-cü ilin mart ayından sonrakı ödənişləri etməyəcəyini bildirir. 3200 manata dair GTKR3225350A180 saylı kredit üzrə xx.xx.2023-cü il və ondan sonrakı ödənişlərə dair olan cəmi 2107.18 manat, 4780 manata dair GTKR3225390A180 saylı kredit üzrə xx.xx.2023-cü il və ondan sonrakı ödənişlərə dair olan borcu, həmçinin ilk 4 aya dair ödənişlər cəmi 3905.02 manat cəmi 6012.2 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, Şəlalənin 9000 manat borcunu ödədiyini, lakin razılaşmalarına əməl etməyərək sözügedən bank borclarını tam ödəmədiyini bildirmiş, bu səbəbdən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı Mahirə İmanovanın təqdim etdiyi qəbzdə göstərilən 9000 manatı ödədiyini, lakin qalan məbləği isə ödəmədiyini bildirmiş, Mahirənin onu səhv anladığını özünün kredit borclarlarını ona tam ödətdirmək istədiyini qeyd etmiş, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən yazılaraq imzalanmış 02 mart 2021-ci il tarixli qəbzdən görünürki, Şəlalə X1 9000 manat borcu olduğu üçün Mahirənin “Kapitabank”a olan kredit və 1 karta olan borcunu öz üzərinə götürüb ona olan borcunu qaytarmaq üçün Şəlalə 1 kart və bank kreditini ödəməyə axıra kimi hazır olması brədə qəbz yazmış, bank borcu qurtarandan sonra Mahirəyə borcu qalmayacağını bildirmişdir. xx.xx.2020-cu il tarixli, GTKR3225350A180 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 illik 24.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 3200 manat məbləğində kredit vermişdir. xx.xx.2020-cu il tarixli, GTR3225390A180 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 illik 26.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 4780 manat məbləğində kredit vermişdir. "xxxx" ASC-nin Yevlax rayon filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 107 saylı məktubdan görünür ki, X5 ilə "xxxx" ASC-nin Yevlax rayon filalı arasında bağlanmış xx.xx.2020-cu il tarixli, GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1434.78 manat, GTR3225390A180 saylı kredit üzrə xx.xx.2023-cü il tarixinə 2188.18 manat borcu mövcuddur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə X6 şəhəri bölməsi tərəfindən verilmiş 217 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı X5 həqiqətən də Yevlax şəhəri, Yeni qəsəbə 3/35 ünvanında müvvəqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 522.1-ci maddəsinə əsasən Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-ci maddəsinə əsasən İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 9000 manat məbləğində borc vermiş, cavabdehdən bunun müqabilində Kapitalbanka olan borclarının ödənilməsini istəmiş, cavabdeh isə 9000 manat borcunu iddiaçının bank borclarını ödəyərək qayraracağı baradə ona qəbz vermişdir. Sonradan cavabdeh iddiaçıya olan 9000 manat məbləğində borcunu həmin həddə iddiaçının banka olan borcu əvəzinə ödəmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında kredit müqavilələri xx.xx.2020-ci il tarixdə, cavabdehlə olan sözügedən müqavilə isə xx.xx.2021ci il tarixdə bağlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı bank (kreditor) qarşısında olan öhdəliyini üçüncü şəxsə mülki qanunvericilikdə qeyd olunduğu kimi yalnız kreditorun icazəsi ilə verdiyi halda etibarlı olur. Göründüyü kimi hazırki mübahisədə belə şərtə əməl olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1191/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1191/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver