Məhkəmə qərarları › İş №2(039)-1191/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1191/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1191/2024 12.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, vəkili X1 Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 (əlli iki min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə uzun müddət birgə qeyri rəsmi ailə kimi yaşamışlar. Cavabdehə həddindən çox etibar edirdi. Özü üçün Mingəçevir şəhərində mənzil almaq qərarına gəlmişdir. Lakin özü Kəlbəcər rayonundan məcburi köçkün olduğu üçün öz adına almadı. 2019-cu ildə aldığı ünvan 1 ünvanında yerləşən mənzili cavabdehin adına rəsmiləşdirmişdi. Həmin mənzilin alınması üçün 2019cu ildə 40000 manat pul vermişdir. Həmçinin evin rəsmiləşdirilməsi üçün 2000 manat xərcləmişdir. Evin avadanlığı olmadığından, mebel və digər əmlakları almaq üçün 10000 manat pul xərcləmişdir. Hazırda pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istəyir. Lakin cavabdeh evi satmaqdan imtina edir. Həmin evi öz evi hesab edir. Həmçinin pulunun geri qaytarılmasını bildirsə də, cavabdeh imtina edir. Evi cavabdeh hazırda satmışdır. Evi heç vaxt hədiyyə etmək fikri olmamışdır. Sadəcə cavabdehlər birlikdə kirayədə qalmasınlar deyə həmin evdə yaşamışlar. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X3 izah etdi ki, tərəflərin yaxın münasibətləri olmuşdur. Cavabdeh məcburi köçkün olduğundan mənzili alarkən öz adına rəmiləşdirməmişdir. Həmin mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Evin alınmasına 40000 manat pul vermişdir. Daha sonra evə lazım olan əşyaları alıb yerləşdirmişdir. Mingəçevir Şəhər Polis şöbəsində araşdırma aparılan zaman hər iki tərəf izahat vermişdir. Həmin izahatlarda cavabdeh evin iddiaçı tərəfindən alındığını etiraf etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş audio səs yazmasında da cavabdeh evin iddiaçı tərəfindən alınmasını etiraf etmişdir. Hazırda cavabdeh mənzili və ya pulu verməkdən imtina edir. Buna görə də müxtəlif fikirlər söyləyir. İddiaçı həmin mənzili həyat yoldaşının adına kredit götürərək almışdır. Cavabdeh izah etdi ki, İddiaçı ilə faktiki ailə münasibətləri olmuşdur. Evi o tapmış və qohumlarının vəsaiti hesabına almışdır. Evin Fərhada aidiyyəti yoxdur. Ev 40000 manata alınmışdır. 20000 manatı öncədən verilmişdir. 20000 manatı isə alqı-satqı zamanı verilmişdir. Fərhad evə mebel və kondisioner almışdır. Onlar da onun haqqıdır və iddiaçıya qaytarmayacaq. Polis şöbəsində verdiyi izahat onun sözləri ilə yazılmamışdır. İzahata imza atsa da, polis işçilərinə inanıb imza etmişdir. Səs yazmalarda olan səs ona məxsusdur. Lakin həmin səsyazmada Mingəçevir şəhərində olan mənzildən yox Yevlax şəhərində olan evdən söhbət gedir. Belə ki, Fərhad qohumunun adına Yevlax şəhərində ev almışdır. Aralarında mübahisə elə həmin evə görə düşmüşdür. Belə ki, Fərhada evi övladlarının adına keçirməsini bildirmişdir. Gələcəkdə başına bir iş gəlsə həmin evdən heç kimin xəbəri olmadığından başqasına qalacaqdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil izah etdi ki, tərəflər faktiki ailə həyatı yaşamışlar. Həmin vaxt cavabdeh qohumlarının maddi dəstəyi ilə özünə ev almışdır. Hazırda iddiaçı onun tərəfindən alınmasını bildirsə də, özü üçün mənzil almış olsaydı öz adına rəsmiləşdirərdi. İddiaçı tərəfin istinad etdiyi Mingəçevir Şəhər Polis şöbəsinin qərarından şikayət vermişlər. Həmin qərar Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Kövər kənd İƏD üzrə nümayəndəliyinin 15 mart 2024-cü il tarixli 5-9-11/2-101/2024 saylı arayışından görünür ki, Qurbanov X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Polis şöbəsinin araşdırma materiallarından görünür ki, Cavabdeh izahat verərkən, evin iddiaçı tərəfindən alınmasını, lakin onun adına rəsmiləşdirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 yanvar 2020-ci il tarixli çıxarışdan görünür ki, X2 KapitalBank ASC-də 40772 manat kredit götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 fevral 2021-ci il tarixli qaimə fakturadan görünür ki, İddiaçı 3826 manat dəyərində mebel almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh qeyri rəsmi olaraq ailə kimi yaşamışlar. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. 2020-ci ildə iddiaçı özünə mənzil alan zaman məcburi köçkün olduğu üçün mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Həmin mənzilin alınmasına 40000 manat pul verilmişdir. Həmçinin ev üçün 3826 manat dəyərində mebel alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 43826 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 221.48 manat dövlət rüsumu tutularaq Dövlət nəfinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Polis şöbəsinin araşdırma materiallarında izahatda və səs yazmalarda cavabdeh evin iddiaçı tərəfindən 40000 manata alındığını, lakin cavabdehin adına rəsmiləşdirildiyini etiraf etmişdir. Hazırda cavabdeh evin onun və qohumlarının vəsaiti hesabına alındığını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 43826 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh 221.48 manat dövlət rüsumu tutularaq Dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar