Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1196/2024 04.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 1265.05 manat məbləğində borcun və 33 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməısi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində cavabdehlə "xxxx" ASC-nin ilə aralarında bağlanmış BPM**********83 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 9000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixdən o, Azərbaycan Beynalxalq Bankla BPM**********83 №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona cavabdehin öhdəliklərini icra etmədiyi təqdirdə bank qarşısında məsuliyyət daşımağa öhdəsini götürmüşdür. Cavabdeh Azərbaycan Beynalxalq Bankı qarşısında ölan öhdəliklərinin müəyyən hissəsini icra etsə də sonradan öhdəliklərini icra etməmişdir. O, Cavabehin öhdəliklərini icra edəcəyinə zamin olduğum üçün də onun Azərbaycan Beynalxalq Bank kredit ödənişlərini onun həmin banka olan ******************** nömrəli bank hesabından olan pul vəsaiti hesabına icra etmişdir. Azərbaycan Beynalxalq Bankı ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********83 №-li zaminlik müqaviləsinin 2.3.2-ci maddəsinə əsasən bank kredit müqaviləsindən irəli gələn tələblər üzrə pul vəsaitlərini onun banka hesablanından akseptsiz qaydad silmək hüququna malikdir. Zaminlik müqaviləsinə əsasən Azərbaycan Beynalxalq Bankı onun həmin bankda olan ******************** nömrəli bank hesabından cavabdehin borcuna görə 1265.05 manat məbləğində pul tutulmuşdur. Onun isə bank tərəfindən onun hesabından pulu ona geri ödənilməsi ilə bağlı şifahi olaraq dəfələrlə cavabdeh müraciət etmişdir. Cavabdehlə əvvələr əlaqə yaratmaq mümkün olsa da sonradan. Onun zənglərinə ümumiyyətlə cavab verməmişdir. Onun ailəsi ilə də əlaqə yaratmaq cəhdləri də bir nəticə verməmişdir. Bunula da cavabdeh onun hüquqularını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2018-ci il tarixli, BPM**********83 №li kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Beynalxalq Bankı ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, BPM**********83 №li zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Beynalxalq Bankı ASC-nin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki, İddiaçı ******************** saylı bank hesabından Cavabdeh borcuna görə 1265.05 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan manat borcunu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətləri üçün ödənilmiş 33 manat dövlət rüsumu kimi ödənilmiş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1265 (bir min iki yüz altmış beş) manat 05 (beş) qəpik dövlət rüsumuna görə ödənilmiş 33 (otuz üç) manat, alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1196/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1196/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver