Məhkəmə qərarları › İş №2(039)-1199/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1199/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1199/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi olan X1 nümayəndəsi X2 Cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan iddiaçı Bank iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 36 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 687,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 68,62 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 296,82 manat, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 105,20 manat, cəmi isə 1.158,46 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər Cavabdeh2 tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdır. Həmin müqaviləyə görə, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq iş üzrə digər Cavabdeh2 onun öhdəliklərinin icrasına zamin durmuş və bununla bağlı tərəflər arasında 36/1 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə Bank qarşısında olan öhdəliklərini icra etməmiş, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə onların Banka 687,82 manat məbləğində əsas borcu, 68,62 manat məbləğində əsas borc məbləğinə hesablanmış faiz borcu, 105,20 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu yaranmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə, ödənişin gecikdirilməsinə görə cavabdehlərə 296,80 manat məbləğində cərimə (dəbbə) tətbiq etmişdir. Cavabdehlərə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini, maddi cəhətdən imkanı olduqca borcunu ödəyəcəyini bildirərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 36 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə, 3.000 manat məbləğində kredit vermişdir. xx.xx.2014-cü il tarixli 36 №-li “Zaminlik müqaviləsinə” əsasən hazırki iş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. “Kredit müqaviləsi” əsasında kreditin (hissə-hissə) və kreditdən istifadəyə görə faizlərin Banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Bankın hesablamalarından görünür ki, xx xxxxxx 2020-ci il il tarixə Cavabdeh1 Banka olan əsas borcu 687,82 manat, müqavilə müddətinə hesablanmış faiz borcu 68,62 manat, müqavilə müddətinin bitdiyi gündən sonrakı vaxta hesablanmış faiz borcu isə 105,20 manat məbləğindədir. Bank tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini rəhbər tutaraq, ödənişi gecikdirdiyinə görə Cavabdeh1 cərimə tətbiq etmişdir ki, həmin cərimənin məbləği 296,82 manat təşkil edir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik cavabdehlər tərəfindən icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Cavabdeh1 isə Banka olan borcunun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehlər Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməli, Banka olan borcu tam həcmdə ödəməlidirlər. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyri öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Yuxarıda qeyd edildiyi kimi, “Kredit müqaviləsi” üzrə cavabdehlərin 687,82 manat əsas borcu, 68,62 manat faiz borcu, habelə 105,20 manat müqavilə bitdikdən sonra hesablanmış faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı Bank yuxarıda qeyd edilən məbləğlərin Cavabdeh1 öz xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Tələb həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, “Kredit müqaviləsinin” 2.5-ci maddəsinə görə isə, borcalan kredit və (və ya) ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 40 % ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəməmişlər. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, iddia müzakirə olunan hissədə qismən təmin edilməli, cavabdeh tərəfə hesablanan 296,82 manat məbləğində cərimə borcu azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflərarasında xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borcalanın Bank qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür.Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görəəqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsiüzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı X4 cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə tələbi barədə” iddiası qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 687,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 68,62 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 30 manat, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 105,20 manat, cəmi isə 891,64 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı X6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar