Məhkəmə qərarları › İş №2(039)-12/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-12/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-12/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı X2, Cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X5 və İddiaçı ASC-nin Yevlax filialına qarşı birgə nikah dövründə banka qoyulmuş əmanətin ona geri qaytarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9 cavabdehlər Vüqar Abdunova və İddiaçı ASC-nin Yevlax filialına qarşı idia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun adına qoyulmuş yuxarıda göstərilən əmanət məbləğinin cavabdeh İddiaçı ASC-nin Yevlax filialından və Vüqar Abdunovdan alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X9 məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Taleh Zülfüqarlı bildirmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı hüquqi şəxs deyil, bu səbəbdən əsl cavabdeh kimi İddiaçı ASC cəlb edilməlidir. Cavabdeh Vüqar Abdunov məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllə: Maddə 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.2.rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. X6 razılığı ilə məhkəmə tərəfindən İddiaçı ASC əsl cavabdeh kimi işə cəlb edilmişdir. Bununla müəyyən edilmişdir ki,iş üzrə ərazi aidiyyəti pozulmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddiaçıya hazırkı mülki işin cavabdehlərdən hər hansı birinin qeydiyyatı üzrə ərazi məhkəməsinə aidiyyəti üzrə göndərilməsinə münasibət bildirməsini təklif etmiş və iddiaçı mülki işin aidiyyəti üzrə İddiaçı ASC-nin ünvanının olduğu yerə görə məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 36.2, 44.2.2, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 cavabdeh İddiaçı ASC-yə qarşı birgə nikah dövründə banka qoyulmuş əmanətin ona geri qaytarılmasına dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar