Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-12/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə dəymiş 10816 manat ziyan və eləcədə dövlət büdcəsinə ödənilən 30 manat dövlət rüsumunun, ümumilikdə 10846 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(039)-380/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 10816 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(039)- 2576/2022 saylı qərardadı ilə məhkəmənin 18 mart 2021-ci il tarixli 2(039)-380/2021 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh İddiaçı MMC-yə məxsus Daf FT 105 XF Yük markalı ** AC *** d\q nişanlı dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d\q nişanlı qoşqu ilə Rusiya Federasiyasına məhsul aparmışdır. 27 oktyabr 2020-ci ildə onunla mobil telefon əlaqəsi saxlayarkən məlum olmuşdur ki, RF-nın Samara şəhərində nəqliyyat vasitəsi xarab olduğundan nəqliyyat vasitəsini orada qoyub evinə getdiyini söyləmişdir. Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən qoşqunun iki ədəd təkərini yandırdığından 61000 rubla - 1542 manata iki ədəd qoşqu təkəri alınmışdır. Bundan başqa Cavabdeh 25000 rubl - 625 manat, 179 ABŞ dolları - 304 manat və 100 manat pul almışdır. Lakin nəqliyyat vasitəsini ataraq çıxıb getdiyindən MMC-yə heç bir hesabat verməmişdir. Rəhbərliyin göstərişi ilə İddiaçı MMCnin digər sürücüsü X4 nəqliyyat vasitəsini təmir edərək, təyinatı üzrə Qazaxıstan Respublikasına hərəkət etmişdir. 31 oktyabr 2020-ci il tarixli tərtib edilmiş aktdan görünür ki, Cavabdeh SCFİMİTZ SKO 24 markalı ** ZA *** d\q nişanlı qoşqunun iki ədəd təkərini yandırmaqla 61000 rubl - 1542 manat, bundan başqa 25000 rubl - 625 manat, 179 ABŞ dolları - 304 manat və 100 manat pul almaqla nəqliyyat vasitəsini təhvil təslim etməyərək, hesabat verməməklə İddiaçı MMC-yə 2571 manat ziyan vurmuşdur. Eyni zamanda 30 noyabr 2020-ci il tarixli tərtib edilmiş aktdan görünür ki, Cavabdeh DAF FT 105 XF yük markalı ** AC *** d\q nişanlı dartıcı və SCHMİTZ SKO 24 Furqon refreyator markalı ** ZA *** d\q nişanlı qoşqunun 03 ədəd sol arxa təkəri və dartıcının 04 ədəd arxa təkəri olmaqla cəmi 7 (yeddi) ədəd təkəri yararsız vəziyyətə salmaqla zay etmişdir. Daha sonra stoyaçı peçi xarab olduğundan işləmədiyi, tərəzini göstərən şlanqın yerindən qopması müəyyən edilmişdir. Bir ədəd stoyaçı peç və tərəzini göstərən şlanqın dəyəri 1000 ABŞ dolları yəni milli pulla 1700 manat təşkil edir. Bir ədəd təkərin qiyməti 550 ABŞ dolları olmaqla 7 (yeddi) ədədi - 3850 ABŞ dolları - milli pulla isə 6545 manat olmaqla cəmi 10816 manat məbləğində İddiaçı MMC-yə ziyan vurmuşdur. Bununla da Cavabdeh İddiaçı MMC-yə cəmi 10816 manat ziyan vurmuşdur. Lakin hazırkı günə qədər Cavabdeh tərəfindən 10816 manat ziyan vurulmasına baxmayaraq həmin ziyan İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında izah etmişdir ki, Qazaxstan Respublikasına yük aparmaq üçün maşın ona yüklü olaraq təhvil verilmişdir. Rusiya Federasiyasının Samara şəhərində olarkən maşının təkəri partlamışdı. Zəng vurub təkər istəmişdir. Daha sonra Starter xarab olmuşdur. Starter barədə zəng etmişdir. Samarada şirkət tərəfindən başqa sürücü göndərilmişdir. Maşını əlindən alıb onu orada qoyub getdilər. Maşına heç bir ziyan vurmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı MMC-də icraçı direktor vəzifəsində işləyir. Cavabdeh şirkətlə aralarında bağlanmış müqavilə əsasında yüklə dolu yük maşını verilmişdir. Yük Qazaxstan Respublikasına çatdırılmalı idi. 27 oktyabr 2020-ci il tarixdə Cavabdeh zəng edərək, Orenburq şəhərinin girişində maşının xarab olduğunu və maşını orada qoyaraq, Azərbaycana qayıdağını bildirmişdir. Ona maşını yolun kənarında atmamasını bildirsə də, Cavabdeh maşını Orenburq şəhərinin girişində yolun kənarında ataraq getmişdir. Onun tapşırığı əsasında şirkətin digər sürücüsü Zaur Şərifov maşının yanına göndərilmiş və maşında qüsurların olması müəyyən edilmişdir. Zaur Şərifov maşını təmir etdirmiş və təyinatı üzrə Qazaxstan Respublikasına aparmışdır. Maşına dəymiş ziyanla bağlı akt tərtib olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, iddiaçının nümayəndəsi X3 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin Bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, Cavabdeh İddiaçı MMCyə 14 sentyabr 2020-ci il tarixdə sürücü yükdaşıyan vəzifəsinə işə gəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən məlum olur ki, Cavabdeh İddiaçı MMC-yə 14 sentyabr 2020-ci il tarixdə sürücü yükdaşıyan vəzifəsinə işə gəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 sentyabr 2020-ci il tarixli tam məsuliyyət müqaviləsindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 2020-ci il tarixli iltizamdan məlum olur ki, Cavabdeh cinayət və mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, Cavabdeh İddiaçı MMC-dən Daf FT 105 XF Yük markalı ** AC *** d\q nişanlı dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d\q nişanlı qoşqunu təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AE 039272 saylı sürücülük vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh B, CE kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 03 mart 2015-ci il tarixdə verilmiş, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, E.Ağayev küçəsi 27-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 iyul 2019-cu il tarixli AD 543030 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, DAF TE105 XF yük markalı 2006-cı il buraxılış ili 27AC746 dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 may 2019-cu il tarixli AD 488218 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, SCHMİTZ SKO 24 YARİMQOŞQU markalı 2007-ci il buraxılış ili 27ZA149 dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vurulmuş ziyan aktlarından məlum olur ki, İddiaçı MMC-yə cəmi 10816 manat ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 14 sentyabr 2020-ci il tarixdə İddiaçı MMC-yə sürücü yükdaşıyan vəzifəsinə işə qəbul olunmuşdur. İşə qəbul olunan zaman işçi ilə işə götürən arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalamnışdır. 16 sentyabr 2020-ci il tarixdə cavabdehə iddiaçı tərəfindən yük maşını və qoşqu təyinatı üzrə çatdırılması üçün təhvil verilmişdir. Cavabdeh cinayət və mülki qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıması barədə xəbərdar olmunmuşdur. Rusiya Federasiyasının Samara şəhərində nəqliyyat vasitəsi xarab olduğundan nəqliyyat vasitəsini orada qoyub evinə getdiyini söyləmişdir. Cavabdeh SCFİMİTZ SKO 24 markalı ** ZA *** d\q nişanlı qoşqunun iki ədəd təkərini yandırmaqla 61000 rubl - 1542 manat, bundan başqa 25000 rubl - 625 manat, 179 ABŞ dolları - 304 manat və 100 manat pul almaqla nəqliyyat vasitəsini təhvil təslim etməyərək, hesabat verməməklə İddiaçı MMC-yə 2571 manat ziyan vurmuşdur. Eyni zamanda Cavabdeh DAF FT 105 XF yük markalı ** AC *** d\q nişanlı dartıcı və SCHMİTZ SKO 24 Furqon refreyator markalı ** ZA *** d\q nişanlı qoşqunun 03 ədəd sol arxa təkəri və dartıcının 04 ədəd arxa təkəri olmaqla cəmi 7 (yeddi) ədəd təkəri yararsız vəziyyətə salmaqla zay etmişdir. Daha sonra stoyaçı peçi (soba) xarab olduğundan işləmədiyi, tərəzini göstərən şlanqın yerindən qopması müəyyən edilmişdir. Bir ədəd stoyaçı peç və tərəzini göstərən şlanqın dəyəri 1000 ABŞ dolları yəni milli pulla 1700 manat təşkil edir. Bir ədəd təkərin qiyməti 550 ABŞ dolları olmaqla 7 (yeddi) ədədi - 3850 ABŞ dolları - milli pulla isə 6545 manat olmaqla cəmi 10816 manat məbləğində İddiaçı MMC-yə ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinin tələbinə görə, Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202.1-ci maddəsinin tələbinə görə, İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10816 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10816 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-12/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-12/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver