Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1203/2025 14.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə 14 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 manat borc məbləğinin və 58.40 manat məbləğində ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində yazılanlar doğru deyildir. Çünki hər üç qəbzdə olan rəqəmlər real deyildir. Yəni cavabdehin aldığı rəqəm deyil, artıq rəqəm yazılmışdır. Çünki real rəqəmə dair qəbz yazılsa pulu vermirdi, pulu yalnız artıq məbləğdə yazdığı halda verirdi. 600 manat deyil 200 manat, 1500 manat deyil 800 manat və 1600 manat deyil 900 manat vermişdir. 600 manatı iddiaçıya məxsus evdə onun özünə qaytarmışdır. 1500 manat əvəzinə də 800 manat pulu yenə də iddiaçıya məxsus evdə qaytarmışdır. 1600 manat isə kart vasitəsilə iddiaçıya ödənilirdi. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası haqsız, ədalətsiz, əsassız və qanunsuz olduğu üçün rədd edilməsini, iddianın əsaslığı yoxlamaq üçün cavabdehə məxsus olan "xxxx" kartından 2023-cü ilin iyun ayından 2024-cü ilin dekabr ayına kimi bankamatdan pulların kimin tərəfindən çıxarılmasının öyrənilməsi üçün müvafiq banka sorğu verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, inanaraq, etibar edətək hazırki cavabdehə xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1600 manat, xx.xx.2022-ci il tarixində isə 600 manat borc pul vermişdir. Qeyd olunan bu məbləği verərkən cavabdeh həmin işlərə dair rəsmi qəbz vermişdir. Ancaq bu günə qədər dəfərlərlə müraciəti, xahişləri, telefon danışıqları heç bir səmərə verməmiş, borc özözlüyündə qalmışdır. İddiaçı xərçəng xəstəsidir. Yaşayış vəziyyəti çox pisdir. Himayəsində ruhi xəstə oğlu və dörd nəvəsi var. Bu pulun onun üçün xüsusi önəmi vardır. Müalicə və müayinəsi üçün bu pula ehtiyacı vardır. Cavabdehlə münasibətləri qarşılıqlı qaydada həll olunmadığından o, məhkəməyə müraciət edir. İddiasını müdafiə edir.cavabdehdən 3700 manat məbləğində borcun, ocümlədən 58.40 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək göstərdi ki, iddia ərizəsində yazılanlar doğru deyildir. Çünki hər üç qəbzdə olan rəqəmlər real deyildir. Yəni cavabdehin aldığı rəqəm deyil, artıq rəqəm yazılmışdır. Çünki real rəqəmə dair qəbz yazılsa pulu vermirdi, pulu yalnız artıq məbləğdə yazdığı halda verirdi. 600 manat deyil 200 manat, 1500 manat deyil 800 manat və 1600 manat deyil 900 manat vermişdir. 600 manatı iddiaçıya məxsus evdə onun özünə qaytarmışdır. 1500 manat əvəzinə də 800 manat pulu yenə də iddiaçıya məxsus evdə qaytarmışdır. 1600 manat isə kart vasitəsilə iddiaçıya ödənilirdi. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası haqsız, ədalətsiz, əsassız və qanunsuz olduğu üçün rədd edilməsini, iddianın əsaslığı yoxlamaq üçün cavabdehə məxsus olan "xxxx" kartından 2023-cü ilin iyun ayından 2024-cü ilin dekabr ayına kimi bankamatdan pulların kimin tərəfindən çıxarılmasının öyrənilməsi üçün müvafiq banka sorğu verilməsini xahiş etmişdir. O, iddia ərizəsinə etirazda da göstərilənləri qeyd etdiyini bildirmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, "xxxx" ASCnin təqdim etdiyi videogörüntüdə iddiaçı tərəfindən pul çıxarılması görünməsə də, kartdan pul çıxarılarkən video qeydə alınan şəxsin birini tanımır. Pulu kartdan özü çıxartmış və Gülnazın oğluna vermişdir. Borcun ödənilməsini təsdiq edəcək əlavə sübutu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Yevlax Rayon Məhkəməsinə 58.4 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən yazılan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 1600 manat borc pul götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən yazılan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 1500 manat borc pul götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən yazılan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 600 manat borc pul götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 iyul 2025-ci il tarixli, 5-9-5/2-13/2025 saylı cavab məktubunda bildirilmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan Cavabdeh hal-hazırda Bakı şəhərində yaşayır. Ona görə də cavabdehə ünvanlanan məhkəmə sənədi qardaşı X2 verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər olan müddətdə olan "xxxx" tərəfindən təqdim olunan videgörüntüdən görünür ki, kartdan məxaric İddiaçı tərəfindən icra edilməmişdir. Cavabdeh qəbzdə göstərilən məbləğin daha az olduğunu və kartdan çıxartmış olduğu pulun iddiaçının oğluna verməsini təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə iş materiallarından məlum olur ki, tərəflər bir-birlərini tanıdığından və cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona ümumilikdə 3700 manat borc vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3700 manat pul və ödənilmiş 58.4 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3700 manat pul və ödənilmiş 58.4 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1203/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1203/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver