Məhkəmə qərarları › İş №2(039)-1215/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1215/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1215/2021 29.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdeh Bərxudarov Nicat Mahir oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bərxudarov Nicat Mahir oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bərxudarov Nicat Mahir oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bərxudarov Nicat Mahir oğlundan 04 iyul 2019-cu il tarixli, AGNPU- 0576_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə cəmi 2787,89 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bərxudarov Nicat Mahir oğlu ilə İddiaçı ASC-nin Ağcabədi filialı arasında bağlanmış 04 iyul 2019-cu il tarixli, AGNPU- 0576_KMP saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 3037,57 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh Bərxudarov Nicat Mahir oğlu kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Bərxudarov Nicat Mahir oğlu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunun ödəniş cədvəli əsasında hər ayın 4-dən gec olmayaraq hər ay 51,93 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh Bərxudarov Nicat Mahir oğlunun kredit müqaviləsi üzrə borcu 2787,89 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış İddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Bərxudarov Nicat Mahir oğlu izahat verərək iddia tələbini qəbul etdiyini, borcunu gələcəkdə ödəyəcəyini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 04 iyul 2019-cu il tarixli, AGNPU-0576_KMP saylı kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC-nin Ağcabədi filialı tərəfindən Bərxudarov Nicat Mahir oğluna illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 3037,57 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 04.05.2021-ci il tarixli RB-02/PK 4747 №li arayışdan görünür ki, Bərxudarov Nicat Mahir oğlunun 28.04.2021-ci il tarixə əsas borcu 2787,89 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Bərxudarov Nicat Mahir oğlunun banka olan 2787,89 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bərxudarov Nicat Mahir oğlundan 3787(iki min yeddi yüz səksən yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar