Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1218/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə mülki işə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli, L-BK-0048809-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 7.063,88 manat məbləğində əsas məbləğ üzrə borcu, 1.624,69 manat faiz borcu, 119,10 manat cərimə borcu və 532,73 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi əldən çıxmış fayda olmaqla cəmi 9.340,40 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə MMc-ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması 07 iyul 2021-ci il tarixə saat 12:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1218/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1218/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver