Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1220/2022 28.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğinin və 51 manat dövlət rüsumunun (mediatora ödənilmiş) Cavabdeh tutulmasını, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı müalicəsi üçün Cavabdeh əlavə xərclərə cəlb edilməklə hər ay 150 manat sabit pul məbləği tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2324/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə arasındakı nikah pozulmuşdur. Lakin, 2017-ci ildən ailə faktiki olaraq ayrılaraq fərqli dövlətlərdə yaşamışlar. Həmin vaxtdan başlayaraq (2017-ci ildən) cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № 2(006)-7012/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment və 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində ödəmə Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Hazırda uşağın 6 yaşı var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağa nitq geriləməsi, diqqət pozuntusu və hiperaktiv diaqnozu qoyulmuşdur. Mövcud olan tibbi diaqnoza görə, uşaq uzun müddətdir dərman müalicəsi alır və reabilitasiya (loqoped və psixoloq) keçir (həm Azərbaycanda həmdə Rusiya Federasiyasında müalicə almaqdadır). Yaşı tam uyğun gəlsə də, mövcud diaqnoza görə icbari məktəbəqədər hazırlığa gedə bilməmişdir. Uşağın hər ay dərman, idman, loqoped və psixoloji dəstəyə ehtiyacı var. Qeyd etdiklərinə görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildən hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın müalicəsi ilə əlaqədar cavabdehdən dövlətdən çıxarılması üçün notarial razılıq istəsə də, verməkdən imtina etmişdir. 2(039)-2084/2019 saylı, xx.xx.2019-ci il tarixli Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə atanın razılığı olmadan uşağı dövlətdən çıxarılması icazəsi verilmişdir. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan (5 il) cavabdeh bir dəfə də olsa ödəməmişdir. Əksinə qətnamənin icrasından yayınaraq Rusiya Federasiyasında gizlənmişdir. Cavabdeh 4 fevral 2022-ci ildə inzibati olaraq Heydər Əliyev adına Hava Limanında tutularaq Yevlax Rayon Polis şöbəsinə gətirilmişdir. Məhkəmə vaxtı mövcüd olan 5,315 manat aliment borcundan cəmi 1,100 manat ödəyərək inzibatı qərara xitam verilmişdir. Məhkəmədən sonra bu günədək ödənişdən yayınmağa davam etməkdədir. Şəki Apellyasiya Məhkəməsinə şikayyət verilmişdir. Şikayyət təmin edilərək yenidən araşdırılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Hal hazırda iş icraatdadır. Uşağın bütün qayğısını və ehtiyacı bu illər ərzində tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Cavabdeh sonuncu dəfə uşağını 1 yaşında görmüşdür. Cəhdlərə baxmayaraq uşağını görmək və danışmaqdan imtina etmişdir. Beləliklə, cavabdehə uşağının nə özü nədəki, xəstəliyi maraqlı deyil. Uşağın təlim-tərbiyəsi və müalicəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhərində yaşadığından, yəni uzaq yol olduğundan (xərc) məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin olunmasını, məhkəmədən, öncə qanun sonra isə ədalət prinsipinə söykənərək oğlunun nitqində qüsur olduğu üçün ildə ən azı 2 dəfə müalicə və daim dərmanlar qəbul etdiyini, həmin dərmanlar beynin qidalanması üçün nəzərdə tutulan dərmanlar (notroplar) hesab olduğu üçün qiymətləri yetərincə bahalı olduğunu, cavabdehin həmişəki kimi ödənişi ödəməkdən yayınmaq arzusunda olduğunu, uşağın özü ilə, nədə ki, xəstəliyi ilə bir gün belə maraqlanmadığını, uşaqlar üçün 2022-ci ilə görə nəzərdə tutulmuş 193 manat yaşayış minimumu və uşağın daim medikamentoz müalicəsini nəzərə alaraq ədalətli qərar çıxarımasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 193 manat alimentin ödənilməsinə etiraz etmir, lakin hazırda heç bir yerdə işləmədiyi və hansı gəlir mənbəyi olmadığını nəzərə alaraq iddianın qalan hissəsinin təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(006)- 7012/2018 nömrəli qətnamənin surəti ilə müəyyən olunur ki, 02 noyabr 2018-ci il tarixdən başlayaraq 10 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh İlhamin oğlundan 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 02 noyabr 2018-ci il tarixdən başlayaraq 10 may 2016-cı il təvəllüdlü X3 3 yaşına çatana qədər 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qəbzdən müəyyən olunur ki, 51 manat mediasiya üçün ödənilmişdir. Onlayn kassa ödənişlərindən müəyyən olunur ki, müalicə üçün ödənişlər edilmişdir. X2 ilə İddiaçı arasında bağlanmış müqavilələrdən müəyyən olunur ki, təyin olunmuş psixoloji reabilitasiya proqramının səmərəliyinin təmin etmək, psixososial bacarıqların inkişafı və müalicənin səmərəliliyi və keyfiyyətinin yaxşılaşdırmaq məqsədi ilə müqavilələr bağlanmışdır. Tibb müəssisəsi ilə Jalə Rəcəbi arasında ödənişli xidmət barədə müqavilə bağlanmışdır. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, cavabdehin alimentin miqdarının artırılmasına etirazının olmadığını, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eləcə də tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, alimentin miqdarının artırılması hissəsində iddia təmin edilməlidir. Lakin, bu hissədə alimentin miqdarının artırılmasının ərizənin məhkəməyə təqdim edildiyi vaxtdan hesablanması xahiş olunsa da, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. İddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı müalicəsi üçün Cavabdeh əlavə xərclərə cəlb edilməklə hər ay 150 manat sabit pul məbləği tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı uşağın müalicəsi üçün artıq çəkilmiş xərclər barədə sübutlar təqdim etsə də, cavabdehdən hər ay 150 manat tutulması üçün əsas olan biləcək sübutları, habelə cavabdehin buna maddi imkanının olmasını təsdiq edəcək sübutları təqdim etməmişdir. Uşağın müalicəsi üçün faktiki çəkilmiş əlavə xərclərin cavabdehdən tutulması barədə tələb isə iddiaçı tərəfindən irəli sürülməmişdir. Mediasiya üçün ödənilmiş 51 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(006)- 7012/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 10 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Mediasiya üçün ödənilmiş 51 (əlli bir) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1220/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1220/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver