Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1221/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbiətə dəymiş olan 62.20 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, Hesab nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlərəlaqədar əlavə informasiya – XHK 2195301, D3. Büdcə təsnifatının kodu 142582, D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izah etdi ki, Göyçay rayonu, Qaraxıdır kəndi ərazisində, Göyçay-Alpoud avtomobil yolunun sağ hissəsində “odun bazarı” adlanan ərazidə meşə materiallarının qanunsuz satışının qarşısının alınması məqsədi ilə reyd keçirilən zaman, Cavabdeh məxsusn ** BF *** dövlət qeydiyyat nişanlı, Qazel markalı yük avtomobilinin yük yerinə baxış zamanı 3 m3 palıd cinsindən olan odun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinatinin 30 sentyabr 2004-cü il tarixli 145 saylı qərarı əsasında hesablanaraq 62.20 manat müəyyən edilmişdir. Cavabdehə dəfələrlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəmir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 2020-ci il tarixli 59608 saylı aktın surətindən məlum olur ki, Göyçay-Alpoud avtomobil yolunun sağ hissəsində “odun bazarı” adlanan ərazidə meşə materiallarının qanunsuz satışının qarşısının alınması məqsədi ilə reyd keçirilən zaman, Cavabdeh məxsusn ** BF *** dövlət qeydiyyat nişanlı, Qazel markalı yük avtomobilinin yük yerinə baxış zamanı 3 m3 palıd cinsindən olan odun olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 26 noyar 2012-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxxx 1976-cı il tarixdə Yevlax rayonu, Gülövşə kəndində anadan olmaqla Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 2020-ci il tarixli 59608 saylı saylı akta əlavə edilmiş cədvəlin surətindən məlum olur ki, təbiətə 62.20 manat ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə Göyçay rayonu, Qaraxıdır kəndi ərazisində, Göyçay-Alpoud avtomobil yolunun sağ hissəsində “odun bazarı” adlanan ərazidə meşə materiallarının qanunsuz satışının qarşısının alınması məqsədi ilə reyd keçirilmişdir. Reyd zamanı Cavabdeh məxsus ** BF *** dövlət qeydiyyat nişanlı, Qazel markalı yük avtomobilinin yük yerinə baxış zamanı 3 m3 palıd cinsindən olan odun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinatinin 30 sentyabr 2004-cü il tarixli 145 saylı qərarı əsasında hesablanaraq 62.20 manat müəyyən edilmişdir. Cavabdehə dəfələrlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, təbiətə maddi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o, hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 62.20 manat ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (X1, kodu 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, Hesab nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlərəlaqədar əlavə informasiya – XHK 2195301, D3. Büdcə təsnifatının kodu 142582, D4. Büdcə əməliyyatlarının kodu-3) hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 62.20 manat maddi ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (X1, kodu 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, Hesab nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlərəlaqədar əlavə informasiya – XHK 2195301, D3. Büdcə təsnifatının kodu 142582, D4. Büdcə əməliyyatlarının kodu-3) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1221/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1221/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver