Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-123/2021 03.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, X7, İddiaçı3 cavabdeh X3 qarşı «torpaqdan çıxarılma və maddi zərərin ödənilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X7, İddiaçı3 cavabdeh X3 qarşı «torpaqdan çıxarılma və maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu Ərəş kəndində yerləşən 1,52 hektar torpaq sahəsindən cavabdeh X2 çıxarılması və 400 manat dəymiş maddi zərərin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X1 və İddiaçı3 nümayəndəsi İddiaçı1 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə hazırda baxılmasını istəmədikləri üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin onalara geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh X5 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. İddiaçı1, X4 və İddiaçı3 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı1, X7, İddiaçı3 cavabdeh X3 qarşı «torpaqdan çıxarılma və maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, X7, İddiaçı3 cavabdeh X3 qarşı «torpaqdan çıxarılma və maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1, X6, İddiaçı3 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-123/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-123/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver