Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-123/2022 18.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı ASC -nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4,399.94 manat əsas, 01 noyabr 2021-ci il tarixə 1,824.26 manat faiz borcu, ödənilmiş 82.27 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 01 avqust 2019-cı il tarixli , İK-İS-267-İ №-li kredit müqaviləsinə əsasən ona illik 19.5 faiz dərəcəsi ilə 5,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1 -ci bəndinə əsasən Sizə kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 4,399.94 manat, 01 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 1,824.26 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi Bəxtşən Adıgözəlova teleqramla məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, iddiaçınınnümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2019-cı il tarixli , İK-İS-267-İ saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 36 ay müddətinə illik 19.5% faiz dərəcəsi ilə 5,000 manat məbləğində kredit verilmişdir. Bu barədə ödəniş cədvəli tərtib edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə 4,399.94 AZN əsas; 1824.26 AZN faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişlər həyata keçirməməklə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 01 avqust 2019-cı il tarixli , İK-İS-267-İ №-li nömrəli kredit müqaviləsi üzrə 4,399.94 manat əsas, 1,824.26 manat faiz borcu, habelə 82.27 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,308 (altı min üç yüz altı) manat 47 (qırx yeddi) qəpik İddiaçı ASC -nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2019-cı il tarixli, İK-İS-267-İ saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-123/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-123/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver