Məhkəmə qərarları › İş №2(039)-1238/2023

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1238/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1238/2023 22.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,790 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, 11 oktyabr 2022-ci il tarixdə Cavabdeh 1,840 manat məbləğində borc pul vermişdir. Bu barədə 11 oktyabr 2022-ci il tarixli qəbz yazılmış və Cavabdeh həmin qəbzi imzalamışdır. Razılaşmaya əsasən, o, hər ay 100 manat olmaqla həmin pulu qaytarmalı idi. Lakin Cavabdeh cəmi 50 manat pul qaytarmış, bundan sonra pulu qaytarmaqdan imtina etmişdir. Hazırda onun 1,790 manat borcu qalmışdır. Çox saylı tələblərinə baxmayaraq o, pulu qaytarmaqdan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindəydi Tərəflərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən ünvan 1 ünvanda yaşayan İddiaçı ünvan 2 ünvanda ünvanda yaşayan Cavabdeh vəkil X1 iştirakı ilə 1,840 ( bir min səkkiz yüz qırx) manat məbləğində borc pul verdim. Borcun ödənilməsi ay-ba-ay 100 (bir yüz) manat məbləğində qaytarılması razılaşdırılmışdır. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa borc verən İddiaçı borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi xx.xx.2022-ci il tarixdən başlayır. Borcun tələbetmə müddəti xx.xx.2023-ci il tarixdən başlayır. Həmin qəbz mübahisə yarandıqda məhkəməyə təqdim edilə bilər. Qəbzi mənim adımdan vəkil tərtib etdi və şəxsiyyətimi təsdiq edən sənədin məlumatlarını əks etdirməklə özüm imzaladım. Qəbz İddiaçı, Cavabdeh və vəkil Cianşa Ömərov tərəfindən imzalanmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh, bu barədə qəbz təqdim etməklə iddiaçıdan 1,840 manat pul götürmüş və xx.xx.2022-cü tarixdən həmin pulu hər ay 100 manat olmaqla qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. İddiaçıya borclu olan borcundan 50 manat pul qaytarmış, digər 1,790 manat hissəsini hissə-hissə ödəyəcəyinə vəd versə də, üzərinə düşən öhdəliyi icra etməmişdir.. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1,790 manat (bir min yeddi yüz doxsan) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh 37 (otuz yeddi) manat 90 (doxsan) qəpik dövlət büdcəsinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar