Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-124/2023 14.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsinin vermək üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh1 iddiaçının mərhum qardaşı X4 arvadı olmuşdur. Digər Cavabdeh2 isə onların qızıdır. X9 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X9 ilə şifahi razılaşmışlar ki, iddiaçı Rusiya Federasiyasında işləyərək mərhuma pul göndərsin, mərhum da öz adına Yevlax rayonunda torpaq sahələri alsın. Çünki iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan Azərbaycan Respublikasında öz adına torpaq sahəsi ala bilmir. Mərhumun isə bu işdə mənfəəti o olacaqdır ki, iddiaçı həmin torpaq sahələrini ondan özü istifadə etmək üçün istəyənədək o həmin torpaq sahələrindən istifadə edəcəkdi. Belə ki, iddiaçının fikri bu idi ki, qocalandan sonra öz doğulduğu kənddə qayıtsın və ömrünün sonlarını həmin kənddə kənd təsərrüfatı ilə məşğul olaraq keçirsin. Hətta, bunun üçün kənddə özünə bunun üçün ev də tikdirmişdir. Bütün bunları mərhum X9 da bilib qəbul etmişdir ki, torpaq sahələri rəsmi olaraq onun adında olsa da əslində iddiaçınındır. İddiaçı illər ərzində qardaşına göndərdiyi rus rubulunun məbləği bu günki günə olan məzənnə ilə təxminən 13000 manat edir. Hətta göndərdiyi pullardan başqa iddiaçı Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 4.5479 hektar torpaq sahəsini şəxsən özü pul verib alsa da, torpaq sahəsini mərhum qardaşının adına rəsmiləşdirmişdir. Qardaşı ölənədək onların arasında səmimi münasibətlər olmuş və iddiaçı heç vaxt fikirləşməmiş ki, və vaxtsa qardaşı və ya onun ailəsi həmin torpaqların onlara məxsus olmasını iddia edərlər. Ona görə də qardaşının yas mərasimində də iştirak edərkən, iddiaçı cavabdehlərə bununla bağlı heç nə deməmiş, qardaşının yas mərasimini yola verdikdən sonra isə Rusiya Federasiyasına qayıtmışdır. Sentyabr ayında isə iddiaçı öyrənmişdir ki, cavabdehlər iddiaçının qardaşı X6, bacısı X5 və qardaşı oğlu X7 qarşı iddia qaldıraraq, onların həmin torpaqlardan çıxarılmasını tələb edirlər. İddiaçı Azərbaycana gəlmiş və cavabdehlərə xəbər göndərərək, onlardan həmin torpaq sahəsinin onun olmasının təsdiq etmələrini, onları başqa yaxın qohumlarının birinin adına keçirmələrini istəmişdir. Lakin bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər həmin torpaqları da özlərinin hesab edirlər və onun həmin torpaq sahələrinə görə ödədiyi pulları da geri qaytarmaq istəmirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdehlərin vəkili X2 çıxış edərək, həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün sərf olunduğunu və iddia müddəti belə keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, iddiaçı onun əmisidir, cavabdehlər isə anası və bacısıdır. Atası 2019-cu ildə vəfat etmişdir. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Hazırda anası və bacısı ilə münasibətləri yoxdur. Torpaqların alınması üçün pulu atasına əmisi İddiaçı göndərmişdir. Atası 2000-ci ilə kimi Rusiya Federasiyasında işləmişdir. Lakin ayağı və ürəyi narahat olduğu üçün 2000-ci ildə Azərbaycana qayıtmışdır. Azərbaycanda da ödündən əməliyyat olmuşdur. Atası ferma işlədib. Lakin həmin ferma da əmisinə məxsus olubdur. Əmisi qırxa kimi yasda iştirak etmişdir. Torpaqların anasının və bacısının adına keçməsində əmisinin xəbəri var idi. O əsgərliyə getdiyi üçün mirasdan ona çatası paydan imtina etmişdir. Əmisi anasına güvəndiyindən həmin vaxt torpaq söhbətini etməmişdir. Torpaq 10.5 ha olmuş və başqa kənddən alınmışdır. Torpaqların qiymətini əmisi sahibləri ilə razılaşmışdır. Torpaqlar atasının adına alınsa da, əmisi Azərbaycana qayıdanda ona qaytarılmalı idi. Həmin vaxta kimi də torpaqları atası istifadə edəcəkdir. Atası öləndən sonra mübahisə düşənə qədər əmisi torpaqları isməməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdehlər isə mərhum qardaşı Habilin həyat yoldaşı və qızıdır. Tərəflər arasında nə baş verdiyini və niyə iddiaçının pul istədiyini bilmir. Sakit mərhum Habilə torpaq almaq üçün pul göndərmişdir. Altı qardaşdılar. Sakitin imkanı yaxşı olduğundan hamısına Sakit maddi köməklik edir. Sakitin kənddə özünün evi var. Evin tikilməsi üçün ustaları Sakit özü tapmışdır. Pullarını da özü vermişdir. Danışıqlarda o da olmuşdur. Ustaların pulunu elə onların adına göndərirdi. Mərhum Habilə pulu tək torpaq almaq üçün göndərmişdir. Pulu Sakit göndərsə də, torpaqlar mərhum Habilin adına alnmışdır. Fermanı da Sakit tikdirib. Mərhum Habil xəstə olduğu üçün işləmirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 144 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Expressbank ASC-nin 28 oktyabr 2022-ci il tarixli 001/007/6590/2022 saylı məlumatından məlum olur ki, İddiaçı X4 adına xx.xx.2014-cü il tarixdə 432 manat, xx.xx.2014-cü il tarixdə 424 manat, xx.xx.2014-cü il tarixdə 167.2 manat, xx.xx.2014-cü il tarixdə 148.4 manat, xx.xx.2014-cü il tarixdə 300 manat, xx.xx.2014-cü il tarixdə 995 manat, xx.xx.2014-cü il tarixdə 792 manat, xx.xx.2014-cü il tarixdə 975 manat, xx.xx.2014-cü il tarixdə 1164 manat, xx.xx.2014-cü il tarixdə 417.5 manat, xx.xx.2014-cü il tarixdə 170 manat, xx.xx.2014-cü il tarixdə 172 manat, xx.xx.2014-cü il tarixdə 296 manat, xx.xx.2015-ci il tarixdə 390 manat, xx.xx.2015ci il tarixdə 1343 manat, xx.xx.2015-ci il tarixdə 201.6 manat, xx.xx.2016-cı il tarixdə 158.43 manat, xx.xx.2016-cı il tarixdə 161.05 manat, xx.xx.2016-cı il tarixdə 223 manat, xx.xx.2016-cı il tarixdə 228 manat, xx.xx.2016-cı il tarixdə 157.37 manat, xx.xx.2016-cı il tarixdə 156.62 manat, xx.xx.2016-cı il tarixdə 502 manat, xx.xx.2018-ci il tarixdə 150.5 manat, xx.xx.2018-ci il tarixdə 303 manat, xx.xx.2018-ci il tarixdə 690 manat, xx.xx.2018-ci il tarixdə 682.5 manat, xx.xx.2018-ci il tarixdə 667.5 manat, ümumilikdə 12467.67 manat pul köçürmüdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Unibank KB ASC-nin 16 noyabr 2022-ci il tarixli HTİD/8600 saylı məlumatından məlum olur ki, İddiaçı adına Unibank KB ASC-də sürətli pul köçürmə sistemləri ilə maliyyə əməliyyatları aparılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 22 yanvar 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 2.1625 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X3 1.5 ha hissədə, Cavabdeh1 0.33125 ha hissədə və Cavabdeh2 0.33125 ha hissədə məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu, Balçılı kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qəbul etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu, Ağqıraq kəndində yerləşən ümumi sahəsi 4.5479 ha olan torpaq sahəsinin mərhum X8 məxsus 2.5479 ha olan torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qəbul etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu, Ağqıraq kəndində yerləşən ümumi sahəsi 2.1625 ha olan torpaq sahəsinin mərhum X8 məxsus 0.6625 ha olan torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qəbul etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu, Ağqıraq kəndində yerləşən ümumi sahəsi 10.4069 ha olan torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qəbul etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 05 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri üçün torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, seriya nömrəsi JN:119, KOD90104028 olan dövlət aktına əsasən Yevlax rayonu, Balçılı kəndində yerləşən ümumi sahəsi 0.9949 ha olan torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qəbul etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, 27 iyun 2013-cü il tarixli AB962842 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JN1TENT30U0088861 və buraxılış ili 2004 olan Nissan X-trail minik markalı ** ET *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qəbul etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 13 dekabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.9949 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli məktubundan məlum olur ki, Yevlax rayonu, Balçılı kəndi ərazisində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiyməti 6500-7000 manat təşkil edir. Yevlax rayonu, Ağqıraq kəndi ərazisində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiyməti 5000-5500 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 47 БА ******* saylı ərizədən məlum olur ki, X12, X16 və X13 ərizə verərək təsdiq etmişlər ki, İddiaçı 2015-ci ildən 2019-cu il daxil olmaqla, bu müddətə kimi X4 adına Azərbaycan Respublikasına köçürülməsi \ göndərilməsi üçün onlara pul vəsaitləri köçürmüşdür. İddiaçı məxsus bu pul vəsaitləri torpaq sahələrinin alınması, torpaq sahələrinin icarə haqqının ödənilməsi, fermanın tikilməsi və rəsmiləşdirilmə, vergilər və tikinti ilə bağlı digər xərclərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu obyektlərin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmadığına görə İddiaçı ilə X9 arasındakı razılığa əsasən yuxarıda göstərilən daşınmaz əmlak obyektləri sonuncunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(039)-2080/2022 saylı qərardadından məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X7, X6 və X1 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə X9 qardaş olmuşlar. İddiaçı Rusiya Federasiyasında yaşayaraq orada işləyir. İddiaçı 2014-2019-cu illər ərzində Rusiya Federasiyasından X8 torpaq sahələrinin alınması üçün pul göndərmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən həmin torpaqlar X4 adına rəsmiləşdirilmişdir. İddiaçı Azərbaycan Respublikasına qayıdan vaxta kimi torpaq sahəsindən X9 istifadə edəcəkdir. Lakin İddiaçı Azərbaycan Respublikasına qayıtdıqdan sonra torpaqları ona təhvil verəcəkdir. X9 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Torpaq sahələrini miras kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Hazırda İddiaçı cavabdehlərdən torpaq sahələrinin geri qaytarılmasını tələb etsə də, cavabdehlər torpaq sahələrini qaytarmaqdan imtina etmişlər. Həminin torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən X8 göndərilmiş pulları qaytarmamışlar. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X7, X6 və X1 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş hazırda Yevlax Rayon Məhkəməsinin icraatındadır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsinin vermək üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Həmçinin həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün göndərilməsini bildirmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlər həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün sərf oluduğunu bildirsələr də, buna dair məhkəməyə sübut təqdim etməmişlər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsini xahiş etsələr də, iddiaçı torpaq sahələrini cavabdehlər ona qaytarmayacaqlarını məhkəməyə müraciət etdiklərindən sonra, yəni 02 sentyabr 2022-ci il tarixdə bildiyindən iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçının hüququnun pozulmasını 2022-ci ildə bilmiş yəni onun cavabdehdən pul tələb etmək hüququ MM-nin 377.1-ci maddəsinin tələbinə uyğun olaraq 2022-ci ildə yaranmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən 18000 manat pulun tutulmasını xahiş etsə də, məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı X8 cəmi 12467.67 manat pul göndərilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 12467.67 manat və 127.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 374.1-ci maddəsinə əsasən, Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 374.2-ci maddəsinə əsasən, İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1113.3-cü maddəsinə əsasən Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 12467.67 manat və 127.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-124/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-124/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver