Məhkəmə qərarları › İş №2(039)-1241/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1241/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1241/2020 29.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin Cavabdeh1 və X2 qarşı kredit borcunun ödənilməsi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 415,68 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin müştərək qaydada BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2016-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 144 ABŞ dolları dəyərində 9,9 qram çəkisi olan bilərzik-üzük qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi X4 xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDI: X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin Cavabdeh1 və X2 qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar