Məhkəmə qərarları › İş №2(039)-1241/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1241/2023

28.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1241/2023 28.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» və Cavabdeh İddiaçı qarşı «uşaq və aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13 sentyabr 2013-cü il təvəllüdlü Məmmədli Samir və 14 oktyabr 2014-cü il təvəllüdlü Məmmədli Samirənin saxlanılması üçün təyin edilən alimentin miqdarını artıraraq hər bir uşaq üçün sabit məbləğdə hər ay 250 manat, cəmi 500 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «uşaq və aliment» tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı övladı X2 alınıb onun himayəsinə verilməsi, X3 və X1 üçün cavabdehdən övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh alimentin artırılmasını tələb etdiklərini bildirmişdir. Proses gedişində qarşılıqlı razılıq əsasında X4 atasının yanında qalmasına razıdırlar. Cavabdeh tərəf isə aliment tələbindən imtina etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, qarşılıqlı iddia üzrə aliment tələbindən imtina edir. Alimentin artırılmasına etiraz etmir. İddiaçı izah etdi ki, o Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından iki övladları var. Hazırda Samir adlı uşağın atasında qalmasına razıdır. Samirə adlı uşağın saxlanılması üçün təyin edilmiş alimentin artırılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izah etdi ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda cavabdeh tərəflə razılığa gəlmişlər. Samir adı uşağın atasında qalmasına razıdılar. Samirə adlı uşaq üçün müəyyən olunmuş alimentin artırılmasını xahiş edir. Cavabdeh izah etdi ki, hazırda razılığa gəlmişlər. Samir adlı uşaq onda qalacaq və onun saxlanılması üçün o aliment istəmir. Samirənin saxlanılması üçün alimentin artırılmasına razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(039)-181/2020 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Göygöl rayon Üçtəpə kənd İcra Nümayəndəliyində qeydə alınmış 03 dekabr 2012-ci il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X6 və 14 oktyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqlar İddiaçı himayəsində saxlanılması; 13 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaq Cavabdeh alınaraq İddiaçı verilməsi; Cavabdeh 17 oktyabr 2019cu il tarixdən başlayaraq, 13 sentyabr 2013-cü il təvəllüdlü X3 və 14 oktyabr 2014-cü il təvəllüdlü X2 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 fevral 2023-cü il tarixli MŞM/MT031/2023-00025 saylı arayışdan məlum olur ki, İddiaçı alimetin artırılması tələbi ilə mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 25 iyul 2023-cü il tarixli 5-9/2- 1145/2023 saylı rəyindən məlum olur ki, 13 sentyabr 2013-cü il təvəllüdlü X3 atasının, 14 oktyabr 2014-cü il təvəllüdlü X2 isə anasının yanında qalmaq istəmələri ilə bağlı verdiyi ərizələrini əsas götürərək, Samir Məmmədlinin atasının, Samirə Məmmədlinin isə anaları İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər 03 dekabr 2012-ci il il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından 13 sentyabr 2013-cü il təvəllüdlü X6, 14 oktyabr 2014-cü il təvəllüdlü X5 və 25 iyun 2016-cı il təvəllüdlü X7 adlı üç uşaqları olmuşdur. 25 iyun 2016-cı il təvəllüdlü X7 23 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqlar anasının himayəsində saxlanılmışdır. Uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13 sentyabr 2013-cü il təvəllüdlü Məmmədli Samir və 14 oktyabr 2014-cü il təvəllüdlü Məmmədli Samirənin saxlanılması üçün təyin edilən alimentin miqdarını artıraraq hər bir uşaq üçün sabit məbləğdə hər ay 250 manat, cəmi 500 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «uşaq və aliment» tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı övladı X2 alınıb onun himayəsinə verilməsi, X3 və X1 üçün cavabdehdən övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesi zamanı tərəflər razılığa gələrək, Samir adlı uşağın atasında qalmasına iddiaçı tərəf razılıq vermişdir. Cavabdeh tərəf isə Samir adlı uşaq üçün aliment tələb etmir. Samirə adlı uşağın saxlanılması üçün isə müəyyən olunmuş alimentin artırılmasına razıdır. Ona görə də, məhkəmə uşaqların layiqli, firəvan yaşayış şəviyyəsini, təlimtərbiyyəsini, təhsilini nəzərə alaraq hesab edir ki, 13 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaq Cavabdeh himayəsində saxlanılmalı, Yevlax Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(039)-181/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı Cavabdeh 14 oktyabr 2014-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. İlkin iddia qalan hisədə rədd edilməlidir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.4-cü maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(039)-181/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 14 oktyabr 2014-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hisədə rədd edilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qarşılıqlı iddia təmin edilsin. 13 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaq Cavabdeh himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar