Məhkəmə qərarları › İş №2(039)-125/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-125/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-125/2024 23.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9, X10, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin və 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X15 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 22 fevral 2019-cu il tarixdən “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə əsasən direktor müavini vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 08 oktyabr 2019-cu il tarixdən isə X19 və Emalı Zavodu filialında boş olan direktor vəzifəsinin icrası cavabdehə həvalə edilmişdir. Cavabdeh vəzifə təlimatına imza ataraq 22 fevral 2019-cu il tarixdə direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də, məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. Bununla yanaşı cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlaması üzrə “Caspian Consulting and Partners” kənar audit şirkəti tərəfindən X19 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X19 və Emalı Zavodu filialında 2020-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlamalarına əsaslanaraq “Caspian Consulting and Partners” kənar audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X19 və Emalı Zavodu filialında 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020-ci mövsüm ili üzrə xampambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə X19 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat ümumilikdə 491182,83 (dörd yüz doxsan bir min yüz səksən iki, 83) manat dəyərində ziyan dəymişdir. Müəssisəyə ziyan vurulması ilə bağlı rəyin iddiaçı tərfindən “Caspian Consulting and Partners” kənar audit şirkətindən 2023-cü ilin sentyabr ayında təhvil alındığından cavabdehin iddia müddəti tətbiq edilməsi barədə müraciətinin əsassız olduğunu bildirmiş, cavabdeh tərəfin istinad etdiyi normativlərin olmamasının hazırki iddia tələbi üzrə müəssisəyə ziyan vurulmamasına dəlalət etmədiyini qeyd etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin və 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin digər nümayəndəsi X4 Elvin Oktay oğlunun izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun direktoru olduğu “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında 2020-ci il mövsüm ilində fiziki çəkidə 15 789 740 kq (kondisiya çəkidə 13 707 375 kq) xam pambıq qəbul edilmişdir. Kondisiya çəkidə 13 707 375 kq xam pambıqdan 13 704 500 kq xam pambıq emala verilmişdir. Qalıq 2 875 kq xam pambıq isə, 2021-ci ildə emala verilmiş və ümümi nəticədə 2020-ci il mövsümü üzrə xam pambıqda əskiklik olmamışdır. İddiaçının tələbinin əsasını "xxxx" MMC tərəfindən 2019-cu ilin nəticələrinə əsasən tərtib edilmiş “normativ” təşkil etmişdir ki, həmin “normativ”lə Filial rəhbəri kimi onun və digər maddi məsul şəxslərin tanış edilmədiklərini bildirdi. Cavabdeh eyni zamanda bildirmişdir ki, o, 2020-ci mövsüm ili üzrə Filialın emal və tədarük sahələrində olan çatışmazlıqlar barədə (taya yerlərinin az olması, çadırların az olması və emal sahəsində avadanlıq çatışmazlığı və s.) "xxxx"MMC-nin direktoru Bəhruz Camalovu, emal sahəsi üzrə direktor müavini Ağahüseyn Qədirovu və Baş müəndis Hüseyn Qafarovu həm telefon danışığı ilə, həm ZOOM proqramı vasitəsi ilə keçirilən iclaslarda, həm də rəsmi olaraq məlumatlandırmışam. Eyni zamanda Azərbaycan Sənaye Korporasiyasının İstehsal və Əməliyyatlar Departamentinin direktoru İlham Bayramov, "xxxx" MMC-nin istehsal üzrə direktor müavini Fəzli Məmmədov və onları müşayət edən mütəxəsisslər 2020-ci ilin tədarükünə qədər zavoda baxış keçirmişlər. Yuxarda sadalanan və digər çatışmazlıqlar barədə həmin şəxsləri yerində məlumatlandırmış və onlar da öz qeydlərini götürmüşlər. Bundan sonra, Azərbaycan Sənaye Korporasiyası "xxxx" MMC-nin pambıq tədarükü məntəqələrində və emalı zavodlarında monitorinq aparılması barədə xx.xx.2020ci il tarixli 01-2020-077 saylı əmr verilmişdir. Əmrin əsaslandırıcı hissəsi (2-ci abzas) "Məlum olduğu kimi oktyabr-noyabr ayları pambıq yığımı mövsümünün başlanılması dövrüdür.Bu dövrdə "xxxx" MMC-nin fəaliyyətinin həyata keçirilməsinə nəzarət və monitorinqin aparılması ilk növbədə törəmə müəsissələrin özünün fəaliyyətinin daha da yaxşılaşdırılmasına təkan verəcək, yarana biləcək çatışmazlıqların müəyyən olunması və aradan qaldırılmasına köməklik göstərəcəkdir" məzmununda olmuşdur. "xxxx" MMC-nin rəhbər şəxsləri tərəfindən tədarük ediləcək xam pambığın bir hissəsinin icarəyə götürülmüş Ucar pambıq zavoduna daşınılacağı vəd edilsə də, sonradan bu vədə əməl olunmadı və səbəb kimi daşınma üçün texnikaların olmadığı bildirildi. Odur ki,tədarük edilən pambığın icarəyə götürülmüş Bərdə rayonu Cəyirli kəndində yerləşən məntəqəyə yığılması tapşırıldı. Tapşırıq telefon vasitəsi ilə direktor müavini A.Qədirov tərəfindən Direktorun adından verildi. Məntəqədəki taya yerləri isə, heç bir standarta uyğun deyildi. Daha sonra "xxxx" ASC-nin növbəti xx.xx.2021-ci il tarixli 01-2021-005 saylı əmri ilə monitorinqin aparılması barədə əlavə əmr vermişdir. Bərdə Filialında aparılan monitoriq xx.xx.2021-ci ildə başa çatmışdır.Monitoriq "xxxx"MMC-nin mütəxəsisslərinin iştirakı ilə aparılmış və monitoriq (yoxlama) bütün sahələri əhatə etmişdir. Monitoriq Arayışında bütün çatışmazlıqlar sadalanmışdır.Bu çatışmazlıqlar həm də "AF AUDİT" şirkətinin rəyində sadalanmışdır. Əsasən də monitoriq Arayışında taya yerlərinin standartlara uyğun olmadığı (torpaq (palçıq) üzərində olması)), mövcud olan çadırların tam yararlı olmamadığı və avadanlıq çatışmazlığından emal zamanı çiyidin üzərində 1,5% lifin itkiyə getməsi xüsusi vurğulanmışdır.Eyni zamanda komissiya Filalda ehtiyyat hissələri və malmateriallara olan təlabat barədə Filial rəhbərliyi tərəfindən mütamadi olaraq "xxxx" MMCnin aidiyyatı şöbələrinə müraciətlərin göndərildiyi öz əksini tapmışdır. ( Arayışın 11-ci səhifəsi 3-cü abzası) Hazırda həmin müraciətlər iddiaçı tərəfindən bilərəkdən məhkəməyə təqdim edilməməsi anlaşılandır. Mən bu barədə müraciətlərimi vaxtında monitoriq komisssiyasına təqdim etmişəm ki, bu da öz əksini monitoriq Arayışında tapıb. Eyni zamanda monitoriq Arayışının sonuncu səhifəsində Bərdə Filalın bütün sahələri üzrə təchizat məsələlərində problemlərin olduğu xüsusi qeyd edilmişdir, (axrıncı səhifə 6-cı abzas) Təchizat məsələlərinə isə bilavasitə "xxxx" MMC-nin rəhbərliyi məsuliyyət daşıyır. Çiyidin xarab olması barədə müraciətlərimin surətlərini bu izahatıma əlavə edirəm. Həmin müraciətlər motitoriqdən sonrakı dövrü əhatə edir. İddiaçının təqdim etdiyi "normativ" Pambıqçılıq haqqında Qanunun 5.0.3.-cü maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, həmin maddədə açıq-aşkar göstərilib ki, pambıq məhsullarının çıxım faizləri barədə texniki normarivlərin təsdiq edilməsi Dövlətin vəzifələrinə aid edilmişdir. Faktiki İddiaçının təqdim etdiyi "normativ" mühakimə sənədi hesab olunduğu üçün, bu sənəd normativ hüquqi akt statusunda olmalıdır. X11 Nazirliyi tərəfindən hazırlanarq təsdiq edilməli olduğu "xxxx" MMC rəhbərliyinə ("xxxx" MMC-nin mahlıc çıxımı barədə normativin istənilməsi barədə KT Nazirliyinə müraciəti) rəsmi məktubla bildirilmişdir. Məktubların surətləri Məhkəməyə təqdim edilmişdir. Əgər, İddiaçı maddi ziyanın dəyməsini iddia edirsə və hesab edir ki, bu ziyanın cavabdeh tərəfindən vurulduğu aşkar edilmişdir, nə üçün İddiaçı Əmək Məcəlləsinin 191-ci maddəsinin tələblərinə uyğun təqsirkarın (cavabdehin) qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında əlaqəli səbəbləri müəyyən edib məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən aparılmış yoxlama zamanı, həmçinin iddaçını təmsil edən Audit tərəfindən tərtib edilən rəy üzrə ondan rəhbər şəxs olaraq heç kim Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən, heç bir izahat tələb etməmişdir. X19 və Emalı Zavodunda olan yuxarıda qeyd etdiyi çatışmazlıqlar və mühüm problemlərin aradan qaldırılması üçün “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə dəfələrlə yazılı və şifahi qaydada, poçtla və internet üzərindən müraciət edilmiş, lakin zəruri mal materialların və avadanlıqların verilməsi təmin edilməmişdir. Elektron poçt vasitəsi ilə yəni, internet üzərindən göndərdiyi məktubların iddiaçı təşkilata göndərilməsi barədə sübutu öz etiraz ərizəsinə əlavə etsə də, poçt vasitəsi ilə göndərdiyi məktubların göndərilməsi barədə sübutları yəni, poçt göndərişinin verilməsi haqqında xəbərnamələri artıq həmin zavodda işləmədiyindən əldə edə bilməmişdir (mal-material və ehtiyyat hissələrinin çatışmazlıqları barədə Filial rəhbərliyi tərəfindən müraciətlərin olduğu "xxxx" ASC-nin monitoriq arayışında öz əksini tapmışdır). Qeyd olunan problemlər 2020-ci il pambıq mövsümündə aradan qaldırılmamışdır. Ümumiyyətlə onun direktoru olduğu müddətdə iddiaçı təşkilata onun təqsirinə və qanunsuz hərəkətlərinə görə hər hansı ziyan dəyməmişdir. Ona görə də, iddia tələbini əsassız hesab edir və iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona qarşı bir illik iddia müddətini ötürdükdən sonra zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, bu hal da iddia tələbinin rədd edilməsi üçün əsasdır. Ona görə də, həmçinin iddia müddətinin tətbiq edilərək tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili - nümayəndəsi Vəkil Cavabdeh izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 22 fevral 2019-cu il tarixdən “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. 22 fevral 2019-cu il tarixli xxxxxxx000300 №-li Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. 22 fevral 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Vəzifə təlimatının surətindən görünür ki, Cavabdeh vəzifə təlimatına imza ataraq direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də, məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. 13 aprel 2022-ci il tarixli xxxxxxx0003X0 №-li Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış bağlanmış əmək müqaviləsinə 07 aprel 2022-ci il tarixli K-03-3-AzP-2022-047 nömrəli əmrlə xitam verilmişdir. 0454167 saylı Əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 22 fevral 2019cu il tarixdə “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında direktor müavini vəzifəsinə işə qəbul edilmiş, 07 aprel 2022-ci il tarixdə isə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 23 dekabr 2021-ci il tarixli aktdan görünür ki, “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə xx.xx.2021-ci il tarixinədək X19 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, ümumilikdə 629 776,47 manat dəyərində ziyan məbləği müəyyən edilməsi və 2021-ci mövsüm ili üzrə həmin tarixə pambıq əkini üçün verilmiş avans vəsaitindən borc qalığı 487 206, 17 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin aktı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayədələri imzalasa da, X19 və Emalı Zavodu filialının nümayəndələri imzalamamışdır. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında məsul şəxslərin hərəkət və hərəkətsizliyi ilə dəymiş zərərin müəyyən edilməsi haqqında “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən aparılmış audit yoxlaması üzrə 06 may 2022-ci il tarixli rəydən görünür ki, 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə xx.xx.2021-ci il tarixinədək X19 və Emalı Zavodu filialının maliyyətəsərrüfat fəaliyyəti araşdırılıb, ümumilikdə 629 776,47 manat dəyərində ziyan məbləği müəyyən edildi. Bundan başqa, 2021-ci mövsüm ili üzrə həmin tarixə pambıq əkini üçün verilmiş avans vəsaitindən borc qalığı 487 206, 17 manat təşkil edir. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında məsul şəxslərin hərəkət və hərəkətsizliyi ilə dəymiş zərərin müəyyən edilməsi haqqında “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən aparılmış audit yoxlaması üzrə 06 may 2022-ci il tarixli rəydən görünür ki, 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə X19 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat ümumilikdə 491182,83 (dörd yüz doxsan bir min yüz səksən iki, 83) manat dəyərində ziyan məbləği müəyyən edildi. X19 və Emalı Zavodunun işçilərinin “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yoxlama Komissiyasına ünvanladığı izahatlarının surətlərindən görünür ki, pambıq əkini üçün ayrı-ayrı fermerlərə verilmiş avans vəsaitindən borc qalığını fermerlər bir çox hallarda ödəyəcəklərini bildirmiş, bir neçə fermerin isə ödənişdən boyun qaçırdığı göstərilmişdir. "xxxx" ASC-nin törəmə müəssisəsi olan “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında aparılmış monitorinqin nəticələri barədə xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" ASC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli əmri əsasında müvafiq komissiya yaradılmış, komissiyanın sədri "xxxx" ASC-nin Maliyyə nəzarəti şöbəsinin müdiri Süleyman Əkbərov, üzvləri həmin Korporasiyanın əməkdaşları Hatəm İbayev, Elxan Bayramov, Elçin İsmayılov olmuş, obyektivliyi təmin etmək üçün isə aparılmış yoxlamaya “X18 Kompleksi” MMC-nin və X19 və Emalı Zavodu filialının əməkdaşları cəlb edilmişdir. Həmin arayışın 9, 10, 11, 12 və 16 səhifələrində müvafiq olaraq qeyd olunmuşdur ki, Bərdə PİEZ-də xam pambığın qəbulu infrastrukturu 57 ədəd pambıq saxlamaq üçün taya yerləri (meydança), o cümlədən 24 ədədi 3 kanallı sorucu kanalları olan, 19 ədəd Cəyirli məntəqəsində sadə (sorucu kanalları olmayan), 14 ədəd isə sorucu kanalları olmayan torpaq və çınqıl döşənmiş qeyri standart meydançalardan, 10 ədəd TXL-18 markalı transpartyor, 8 ədəd PL markalı qidalandırıcı aqreqat, 19 ədəd VS-10 markalı fan (vintelyator), 3 ədəd MTZ 80-X markalı traktorun üzərinə quraşdırılmış yükləyici aqreqatdan (1 ədədi istismara yararsız) ibarətdir. Pambıq yığılması üçün hazırlanmış meydançalar sahənin məhdudluğu səbəbindən standartlara uyğun tikilməmişdir. Belə ki, meydançalar arası məsafə pambıq tayasının baş hissəsi tərəfindən 15 metr, yan hissəsi tərəfindən isə 25-30 metr məsafədə tikilməlidir. Lakin mövcud meydançalar arası məsafə baş hissəsədən 8 metr, yan hissələrdən isə 10-15 metr məsafə saxlanılmaqla tikilmişdir ki, bu da meydançalara pambıq yığılan zaman transpartyor və PL aqreqatlarının yerləşdirilməsinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına imkan vermir (səhifə 9). Bərdə PİEZ-in ərazisində qəbul edilən xam pambığın komplektləşdirildiyi taya yerlərinin ətrafında asfalt örtük olmadığından yağmurlu havalarda palçıq yaranır ki, bu da qəbul və zavoda emal üçün daşınma zamanı yerə tökülən pambığın itkisinə və palçığa bataraq keyfiyyətinin aşağı düşməsinə səbəb olur. PİEZ-in ərazisində müəyyən qədər asfalt örtüyün olmasına baxmayaraq ümumən ərazidə kanalizasiya xətti olmadığından yağmurlu havalarda asfalt örtüklü sahələrə də yığılan mahlıc kipləri islanaraq keyfiyyəti aşağı düşür. Pambıq yığılan tayalarda istər pambıq boşaldılan zaman, istərsə də tayaların normal temperaturada saxlamaq məqsədi ilə istifadə olunan sorucu fanların (vintelyatorların) elektriklə qidalanması üçün istifadə olunan elektrik qutuları və kabellər uzun müddət istifadə olunduğundan yararsız vəziyyətə düşmüşdür. İcarəyə götürülmüş məntəqədə elektron tərəzi olmadığından (mexaniki tərəzi mövcuddur, lakin işləmir) pambıq məntəqədən 10.5 km məsafədə yerləşən Bərdə PİEZ-in elektron tərəzisində çəkilərək sənədləşdirilir. Məntəqədə laboratoriya cihazları olmadığından qəbul edilən xam pambığın nəmlik və zibillilikk göstəriciləri də zavodun laboratoriyasında təyin edilir. Pambıq tədarükü mövsümündə tədarük olunan pambığın çəkisi PİEZ-in elektron tərəzisində müəyyən olunaraq, bir hissəsi 10.5 km uzaqlıqda yerləşən Cəyirli məntəqəsinə tam nəzarətsiz olaraq daşmır, icarəyə götürülmüş Cəyirli məntəqəsinə Komissiya və Bərdə PİEZ-in rəhbərliyinin iştirakı ilə vizual baxış keçinidi. Baxış zamanı müəyyən olundu ki məntəqədə köhnə mexaniki tərəzi vardır. Həmin tərəzi ümumiyyətlə bütün icarədə olduğu nüddəttdə işləməmiş və istifdə olunmamışdır. Qeyd olunan tərəzinin nasaz olması və istismara yarasız olması komissiya üzvləri və PlEZ-in baş mühəndisi Şəmil Əhmədovun iştirakı ilə aktlaşdırılmışdır (səhifə 10). Qəbul edilmiş xam pambıq tayalarının üstünü bağlamaq üçün PİEZ-in istifadəsində 666 ədəd çadır örtüyü vardır. Onlardan 202 ədədi və ya 30,3 faizi tam yararlı, 250 ədədi və ya 37,5 faizi orta yararlı, 214 ədədi və ya 32,2 faizi isə tam yararsız vəziyyətdədir.İstifadə edilən çadırların 32,2 faizə qədəri istismar müddətini başa çatdırdığı üçün tayaların üstünü örtmək üçün yararsızdır. Həmin çadırlardan tayaların yan hissələrinin örtülməsində istifadə edilə bilər (səhifə 11). Bərdə PİEZ-in emal sexində istehsal nəticəsində alınan çiyidin tərkibində, kənar qarışıqların (qərzək və lifli tullantılar) miqdarının çox olması aydın müşahidə olunur. xx.xx.2021-ci il tarixində Komissiya üzvləri və Bərdə PİEZ-in əməkdaşlarının iştirakı ilə çiyid anbarından 100 qram birinci növ texniki çiyiddən nümunə götürülərək, laboratoriyada analiz edildi. Analiz nəticəsində 100 qram texniki çiyidin tərkibində 1,5 faiz pambıq lifi və 2 faiz zibillik müəyyən edildi. Qeyd olunan halın mövcudluğu emal sahəsində təmizləyici şeliektor yə digər texnoloji avadanlıqların olmamasıdır. Nəzərə almaq lazımdır ki. bu çatışmazlıq öz növbəsində emal nəticəsində mahlıcın çıxımına mənfi təsir göstərir (səhifə 12). Mühasibat tərəfindən təqdim edilmiş məlumatlara görə 01 mart 2021-ci il tarixə 23.9 ton texniki çiyid qalıqda qalmışdır. Ümumiyyətlə Bərdə PİEZ-də bütün sahələr üzrə təchizat məsələlərində problemlərin olduğu diqqəti cəlb edir (səhifə 16). "xxxx" ASC-nin maliyyə nəzarəti şöbəsinin aparıcı mütəxəssisi Hatəm İbayev, “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun nümayəndəsi Rasim Rəsulov, X19 və Emalı Zavodu filialının əməkdaşları Vüqar Ağayev, Şəmil Əhmədov və Solmaz İmamverdiyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, çiyid anbarından 100 qram birinci növ texniki çiyiddən nümunə götürülərək, laboratoriyada analiz edildi. Analiz nəticəsində 100 qram texniki çiyidin tərkibində 1,5 faiz pambıq lifi və 2 faiz zibillik müəyyən edildi. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndis texnoloqu Ağalar Hacıyev, X19 və Emalı Zavodu filialının direktoru Cavabdeh və həmin filialın əməkdaşları Vüqar Ağayev, Şəmil Əhmədov, Sahib Quliyev, Məmməd Əsgərov və Solmaz İmamverdiyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, çiyid meydançası kiçik olduğu üçün və başqa çiyid talvarının olmamasından, qiyməti baha olduğu üçün alıcı qüvvəsinin olmamasından üst-üstə yığlaraq qızışmasına , çəkisini və keyfiyyətini itirməsinə, yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Bu da birbaşa texniki çiyidin çəkisinin azalmasına gətirib çıxarmışdır. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndis texnoloqu Fərahim Azadov, aparıcı mütəxəssis Süleyman Əlizadə, böyük mütəxəssis X19 və Emalı Zavodu filialının direktoru Cavabdeh və həmin filialın əməkdaşları Sahib Quliyev, Məmməd Əsgərov və Solmaz İmamverdiyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X19 və Emalı zavodunda ötən ildən qalan çiyid məhsulunun keyfiyyətinin və qalığının müəyyən edilməsi üçün, tərəfimizdən baxış keçirildi. Talvarda qalan xx.xx.2021-ci il tarixə çiyid məhsulunun kitab qalığı ilə 631486 (altı yüz otuz bir ton dörd yüz səksən altı) kq qalmışdır. xx.xx.2021-ci il tarixdən bugünə kimi zavodda 185440 (yüz səksən beş dörd yüz qırx) kq çiyid məhsulu satılmışdır. xx.xx.2021ci il tarixə kitab qalığı ilə 446046 (dörd yüz qırx altı ton qırx altı) kq çiyid qalığı vardır. Qalıq çiyidin keyfiyyətinə gəldikdə nümunə üçün götürülmüş çiyid məhsulu laboratoriya şəraitində yoxlanıb analiz edildi.Nümunələrin 14 %-i yararlı, qalan 86%-i isə yararsız olduğu müəyyən edildi. X19 və Emalı Zavodu filialının direktoru Cavabdeh və həmin filialın əməkdaşları Vüqar Ağayev, Şəmil Əhmədov, Sahib Quliyev, Məmməd Əsgərov, Həmidə Hüseynova və Solmaz İmamverdiyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 2021-ci il pambıq mövsümündə xam pambığın emalından təqribi çəki ilə götürülərək 6 852 508 kq texniki çiyid alınmışdır. Ondan 3 080 347 kq-ı fiziki şəxslərə, 1 993 980 kq-ı Qida Aqro MMC-yə, 467 520 kq-ı Şirvan PEZ-ə , 1 037 895 kq-1 xarici şirkətlərə satılmışdır. Beləki, çiyid meydançası kiçik olduğu üçün və başqa çiyid talvarının olmamasından, qiyməti baha olduğu üçün alıcı qüvvəsinin olmamasından üst-üstə yığlaraq qızışmasına , çəkisini və keyfiyyətini itirməsinə, yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Bu da birbaşa texniki çiyidin çəkisinin azalmasına gətirib çıxarmışdır. xx.xx.2021-ci il tarixdə 126 saylı, xx.xx.2021-ci il tarixli 143 saylı, xx.xx.2021-ci il tarixli 210 saylı, xx.xx.2021- ci il tarixli 247 saylı, xx.xx.2021-ci il tarixli 250 saylı, xx.xx.2021 -ci il tarixli 332 saylı, xx.xx.2021-ci il tarixli 488 saylı məktublarla texniki çiyidin vəziyyəti ilə bağlı Mərkəzi ofisə yazılı məlumat verilmişdir. Azərpambıq ASK MMC-nin texnoloq və mütəxəssislərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli tərtib edilmiş aktlarla nümunə üçün götürülmüş çiyid labaratoriya şəraitində analiz edilmiş, İV növ, 14%-i yararlı, qalan 86 %-i isə yararsız olduğu müəyyən edilmişdir. Həmçinin texniki çiyid emaldan alınarkən təqribi çəkilərək sənədləşdirilmişdir. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialının direktor vəzifəsini icra edən Cavabdeh, baş mühasib V.Ağayev, əmtəəşünas M.Əsgərovun “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı xx.xx.2021-ci il tarixli 126 saylı, xx.xx.2021-ci il tarixli 143 saylı, xx.xx.2021-ci il tarixli 210 saylı, xx.xx.2021-ci il tarixli 247 saylı, xx.xx.2021-ci il tarixli 250 saylı, xx.xx.2021-ci il tarixli 332 saylı, xx.xx.2021-ci il tarixli 448 saylı məktubun surətindən görünür ki, məktubada emaldan alınan texniki çiyid qiymətinin baha olduğu üçün fiziki şəxslər tərəfindən alınmadığı, Qida Aqro MMC-nində çiyid alışını dayandırdığı, gündəlik emal prosesi də davam etdiyindən çiyid meydançası kiçik olduğu üçün artıq çiyidin yığılması üçün yer qalmadığı, nəticədə çiyidin üst-üstə yığılaraq qızışmasına, keyfiyyətinin itirməsinə səbəb olduğu, əgər bu barədə vaxtında lazımi tədbir görülməsə, xam pambıq emalının dayanma riski yaranacağı bildirilmişdir. Həmçinin talvarlarda və anbarlarda yer olmadığı, artıq çiyidin bir hissəsinin tamamilə yandığı və keyfiyyətini itirdiyi bildirilmiş və yazılanların nəzərə alaraq müvafiq tədbirlər görülməsinə köməklik edilməsi xahiş olunmuşdur. “X18 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalovun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun rəhbərliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli 687/19 saylı məktubun surətindən görünür ki, respublikada əkilən ayrı-ayrı pambıq seleksiya sortları üzrə, əl və maşın yığımı üzrə xam-pambığın kondisiya çəkisinə nisbətdə pambıq mahlıcının və digər məhsulların (çiyid, lint, ulyuk, tiftik) çıxım faizləri eyni zamanda istehsalat itkisi barədə müəyyən edilmiş normativ sənədlərin Cəmiyyətə də təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun rəhbərliyinin “X18 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı xx.xx.2019-cu il tarixli 08-372 saylı məktubda qeyd olunmuşdur ki, pambıq emalı zavodları Nazirliyin tabeliyində olduğu vaxtlar hər yeni mövsüm üçün müvafiq əmr ilə X1 filialında xam-pambığın emalından alınan məhsullarının (çiyid, lint, ulyuk, tiftik) çıxımlarına dair normativlərin hazırlanması üçün aidiyyəti üzrə tapşırıqlar verilirdi. Emal zavodları şirkətlərin tabeliyinə keçəndən və 2015-ci ildə X1 filialı ləğv olunaraq səlahiyyətləri Bitki Mühafizə və Texniki Bitkilər X2 labaratoriyasına veriləndən pambıq məhsullarının çıxımına dair normativlərin işlənib tərtib olunmasına dair heç bir qurum tərəfindən müraciət olunmamışdır. Hazırda respublika üzrə bir çox xarici və yerli sortlar əkilir və bu sortların emalından alınan məhsulların çıxımlarına dair heç bir normativ sənədin olmadığı və normativlərin Kənd Təsərrüfatı Nazirliyinin Əmri ilə rəsmiləşdirilməli olduğu bildirilmişdir.Eyni zamanda 11 may 2010-cu il tarixdə qəbul edilmiş “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanunun 5.0.3.maddəsinə əsasən “pambıq və pambıq məhsullarının istehsalına,emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək” dövlət vəzifələrinə aid edilmişdir. Təqim edilmiş fotoşəkillərdən görünür ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən pambıq tayaları yağış və qar sularının içərisində qalmışdır. X19 və Emalı Zavodunun əmtəəşünası X12 “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yoxlama kommissiyasına ünvanladığı xx.xx.2021-ci il tarixli izahatında Xam pamblğın 2020-ci ilin mövsümünda qəbulu zamanı taya yerləri olmadığı üçün Zavodda 5 (beş) ədədi Cəyirli məntəqəsində 24 (iyirmi dörd) ədəd cəmi 29 (iyirmi doqquz) ədəd yerdən taya yeri (bunt) düzəltməklə xam pambığı yerdən yığmağa məcbur olduqlarını, Zavodda 5 (beş) ədəd, Cəyirli məntəqəsində 12 (on iki) ədəd, cəmi 17 (on yeddi) ədəd xam pambıq yığılmış tayanın (buntun) çadır olmadığı üçün üstləri uzun müddət günlü va yağışlı havalarda açıq qaldığını, bunun nəticələrində xam pambığın aşağı (alt) torpağa yığılan hissəsi va üst (yuxarı hissədə yağışın yağmasından nəm qalmaqla keyfiyyətini itirməklə müəyyən qədər xarab olduğunu, fermerlərdən qəbul edilmiş 3-4 min tona yaxın maşınla yığılan xam pambıqların gecə çox nəmli (şehli) va pambıq kollarının dərmanlanmasından az müddət keçəndən sonra yarpaqlar yaxşı tökülməmiş yığılaraq birlikdə va maşınla yığılacaq sahələrin hazırlanması aparılmadan, yani alaqları təmizlənməmiş alaq otları ila birlikdə yığılaraq qebul etdiklərindən xam pambığın keyfiyyatli saxlanmamasına va tayada xarab olmasına səbəb olduğunu bildirmişdir. O, həmin izahatında eyni zamanda müharibə vaxtı xam pambığın qəbulunda çox çətinlik olduğunu, fermerlərdən xam pambığı qəbul etmədikda onlar xam pambığı çox pis yığılmış alaqlı, qərzəkli, sulu gətirdiklərini, həmin xam pambığın saxlanmasında problemler yarandığından keyfiyyətli saxlamaq olmadığını, keyfiyyətini itirdiyini, yerdən yığılmış xam pambıqların xarab olaraq çürüdüyünü, yerdən yığılmış tayaların (buntların) yağış yağan vaxtı alt (aşağı) hissələrinə yağış suları keçdiyini, üst (yuxarı) hissələrin də yağış sularında islandığını, xam pambıq emala verildikdə istehsalat tapşırıqlarının yazılmasında olan çəkilər, xam pambığın bunt üzrə olan çəkisi ilə, yəni fermerlərdən qəbul olunmuş fiziki va kondisiya çəkiyə əsaslanaraq yazılmaqla emaldan alınan məhsulların çıxım faizlərinin hesablandığını bildirmişdir. X19 və Emalı Zavodunun baş laborantı X3 “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yoxlama kommissiyasına ünvanladığı xx.xx.2021-ci il tarixli izahatında Fermerlərdən 2020-ci ilin mövsümündə xam pambıq qəbul edilərkən hər bir lafet qoşqusundan va başqa nəqliyyatlardan zibillik va nəmliyi müəyyən etmək üçün nümunələr götürülməklə faizlər müəyyən etdiyini, xam pambığı gətirən nümayəndə va ya fermerlərin iştirakı ilə real analizlərin aparıldığını, buna göra da fermerlərin çox narazılıq etdiklərini, müharibə vaxtı olduğu üçün xam pambığın gecələr, tələsik qəbul olunduğunu, fermerlərin tutulma faizinin az, kondisiya çəkisinin çox olması üçün nəqliyyatda analiz götürülanaçılan qapı (bort) tərəfə yaxşı, zibilsiz, quru, qərzəksiz xam pambıq yığdıqlarını, fermerlərdən qəbul edilmiş 3-4 min tona yaxın maşınla yığılan xam pambıqların gecə çox nəmli (şehli) va pambıq kollarının dərmanlanmasından az müddət keçəndən sonra yarpaqlar yaxşı tökülməmiş yığılaraq birlikdə va maşınla yığılacaq sahələrin hazırlanması aparılmadan, yani alaqları təmizlənməmiş alaq otları ila birlikdə yığılaraq qebul etdiklərindən xam pambığın keyfiyyatli saxlanmamasına va tayada xarab olmasına səbəb olduğunu, fermerlərdən xam pambığı qəbul etmədikda onlar xam pambığı çox pis yığılmış alaqlı, qərzəkli, sulu gətirdiklərini bildirmişdir. O, həmin izahatında eyni zamanda taya yerləri olmadığı üçün Zavodda 5 (beş) ədədi Cəyirli məntəqəsində 24 (iyirmi dörd) ədəd cəmi 29 (iyirmi doqquz) ədəd yerdən taya yeri (bunt) düzəltməklə xam pambığı yerdən yığmağa məcbur olduqlarını, Zavodda 5 (beş) ədəd, Cəyirli məntəqəsində 12 (on iki) ədəd, cəmi 17 (on yeddi) ədəd xam pambıq yığılmış tayanın (buntun) çadır olmadığı üçün üstlərinin uzun açıq qaldığını, pambığın saralaraq xarab olaraq çürüdüyünü, bunun nəticələrində xam pambığın aşağı (alt) torpağa yığılan hissəsi va üst (yuxarı hissədə yağışın yağmasından nəm qalmaqla keyfiyyətini itirməklə müəyyən qədər xarab olduğunu, yerdən yığılmış tayaların (buntların) yağış yağan vaxtı alt (aşağı) hissələrinə yağış suları keçdiyini, üst (yuxarı) hissələrin də yağış sularında islandığını bildirmişdir. “AF Audit” şirkəti tərəfindən aparılmış 12 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəydən görünür ki, X19 və Emalı Zavodu filialında aparılmış monitorinqin nəticələri üzrə "xxxx" ASC-yə verilmiş xx.xx.2021-ci il tarixli arayışda sözügedən Zavodda olan çatışmamazlıqlar bir daha təsdiqini tapmışdır. Filialın anbardarı X13 tərəfindən “AF Audit” şirkətinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, o tutdğu vəzifədən azad edilmiş və işdən azad olunduğu tarixə maddi məsul şəxs olduğu anbarda heç bir əskiklik olmamadığını bildirmişdir. İşdə olan "xxxx" MMC-nin direktor müavini A.Qədirovun və Baş mühəndisi H.Qafarovun iştirakı ilə tərtib olunmuş 06 noyabr 2020-ci il tarixli aktdan və bu aktla bağlı Filialda əmtəəşünas işləmiş M.Əsgərov tərəfindən xx.xx.2023-cü il tarixdə “AF Audit” şirkətinə verilmiş izahatın surətindən görünür ki, xam pambığın qəbulu ilə bağlı nəmlik və zibilliliyi yüksək olmuş bir neçə fermerə güzəşt olunduğu bildirmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 19 iyul 2022-ci il tarixli arayışdan görünür ki, tərəflər mübahisəni məhkəmədə davam etdirmək barədə qərar qəbul etmişlər. Məhkəmə sorğusuna cavab olaraq “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X19 və Emalı Zavodu filialında məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilməsi haqqında müvafiq rəy ilk öncə xx.xx.2022-ci il tarixdə tarixdən “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh 22 fevral 2019-cu il tarixdən “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə əsasən direktor müavini vəzifəsində əmək fəaliyyətinə başlamış, cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, 08 oktyabr 2019-cu il tarixdən isə X19 və Emalı Zavodu filialında boş olan direktor vəzifəsinin icrası cavabdehə həvalə edilmişdir. “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlaması üzrə “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən 06 may 2022-ci il tarixdə X19 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X19 və Emalı Zavodu filialında 2020-2021-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlamalarına əsaslanaraq “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X19 və Emalı Zavodu filialında 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə X19 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat ümumilikdə 491182,83 (dörd yüz doxsan bir min yüz səksən iki, 83) manat dəyərində ziyan məbləği müəyyən edilmişdir. İddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu çatışmazlıqların zavodun direktor müavini, həmçinin də maddi məsul şəxs olan Cavabdeh qanunsuz hərəkətlərinə görə baş verdiyi qənaətinə gələrək cavabdehə qarşı dəymiş ziyan tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbüsü ilə həyata keçirilmiş audit yoxlamalarında ziyan məbləği müəyyən olunmuşdur. Lakin həmin ziyanın Cavabdeh təqsirinə görə baş verməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, 2020-ci il mövsümündə “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X19 və Emalı Zavodu filialında təchizatla bağlı bütün sahələrdə problemlər olmuşdur. Qəbul edilmiş xam pambıqda əskiklik müəyyən edilməmiş, məhkəməyə təqdim edilmiş normativin qanunauyğunluğu və qeyd edilən normativin Bərdə PİEZ filialına rəsmi təqdim edilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh 22 fevral 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci hissəsinin “b” bəndinə əsasən öz vəzifəsini yerinə yetirərək iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə Filialda pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmadığı, tayaların asfalt örtüyün deyil, torpağın üzərində olduğu, kabel və brezent örtüklərlə zavodun tam təmin edilmədiyi, məntəqədə tərəzinin işləmədiyi, emal sahəsində çatışmayan avadanlıqların təmin edilməməsi barədə müraciətlər etmişdir. Eyni zamanda çiyidin vəziyyəti ilə bağlı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciətlər göndərilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli 126 saylı, xx.xx.2021-ci il tarixli 143 saylı, xx.xx.2021-ci il tarixli 210 saylı, xx.xx.2021-ci il tarixli 247 saylı, xx.xx.2021-ci il tarixli 250 saylı, xx.xx.2021-ci il tarixli 332 saylı, xx.xx.2021-ci il tarixli 448 saylı yazılı məktublarla, habelə X19 və Emalı Zavodunun fəaliyyətinin monitorinqi nəticəsində "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışda məlumatlar verilmişdir. Buradan da görünür ki, X19 və Emalı Zavodu filialında aşkar edilmiş maddi ziyan, yəni iddiaçı hüquqi şəxsə dəymiş ziyan Cavabdeh rəhbər olduğu zavodun təminat məsələlərində olan problemlərlə (inventar,malmaterial,avadanlıq,ehtiyat hissələri çatışmazlığı ilə və s.) əlaqədar olmuşdur. Bu hal məhkəmə iclasında iş materiallarına əlavə edilmiş fotoşəkillər tədqiqi zamanı bir daha sübut olunmuşdur. Belə ki, fotoşəkillərə baxış keçirilərkən məlum oldu ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən pambıq tayaları yağış və qar sularının və palçığın içərisində qalmışdır. Hazırda da, cavabdeh qeyd edilən problemlərdən (inventar çatışmazlığından və s.) dolayı onun təqsiri olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında göstərdikləri onun tələbdən yayınması halı kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh, iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən 2 il əvvəl lazımı qaydada tədbir görülməsi üçün iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir (müraciətlərin edildiyi monitoriq Arayışı ilə və yuxarıda istinad edilən məktublarla sübut olunur). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə (cavabdehin qanunsuz hərəkətləri ilə ziyan vurulması) razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim edilmiş 23 dekabr 2021-ci il tarixli akt və 06 may 2022-ci il tarixli auditor rəyi isə sadəcə dəymiş ziyanın məbləği ilə bağlı hesablamalardan ibarət olduğundan məhkəmə həmin sənədləri ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qəbul etmir. X19 və Emalı Zavodunun əmtəəşünası X12 və baş laborantı X3 “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yoxlama kommissiyasına ünvanladığı xx.xx.2021-ci il tarixli izahatlarla, xam pamblğın 2020-ci ilin mövsümünda qəbulu zamanı taya yerləri olmadığı üçün Zavodda 5 (beş) ədədi Cəyirli məntəqəsində 24 (iyirmi dörd) ədəd cəmi 29 (iyirmi doqquz) ədəd yerdən taya yeri (bunt) düzəltməklə xam pambığı yerdən yığmağa məcbur olduqlarını, Zavodda 5 (beş) ədəd, Cəyirli məntəqəsində 12 (on iki) ədəd, cəmi 17 (on yeddi) ədəd xam pambıq yığılmış tayanın (buntun) çadır olmadığı üçün üstləri uzun müddət günlü va yağışlı havalarda açıq qaldığını, bunun nəticələrində xam pambığın aşağı (alt) torpağa yığılan hissəsi va üst (yuxarı hissədə yağışın yağmasından nəm qalmaqla keyfiyyətini itirməklə müəyyən qədər xarab olduğunu, fermerlərdən qəbul edilmiş 3-4 min tona yaxın maşınla yığılan xam pambıqların gecə çox nəmli (şehli) va pambıq kollarının dərmanlanmasından az müddət keçəndən sonra yarpaqlar yaxşı tökülməmiş yığılaraq birlikdə va maşınla yığılacaq sahələrin hazırlanması aparılmadan, yani alaqları təmizlənməmiş alaq otları ila birlikdə yığılaraq qebul etdiklərindən xam pambığın keyfiyyatli saxlanmamasına va tayada xarab olmasına səbəb olduğunu bildirmişdir. O, həmin izahatında eyni zamanda müharibə vaxtı xam pambığın qəbulunda çox çətinlik olduğunu, fermerlərdən xam pambığı qəbul etmədikda onlar xam pambığı çox pis yığılmış alaqlı, qərzəkli, sulu gətirdiklərini, həmin xam pambığın saxlanmasında problemler yarandığından keyfiyyətli saxlamaq olmadığını, keyfiyyətini itirdiyini, yerdən yığılmış xam pambıqların xarab olaraq çürüdüyünü, yerdən yığılmış tayaların (buntların) yağış yağan vaxtı alt (aşağı) hissələrinə yağış suları keçdiyini, üst (yuxarı) hissələrin də yağış sularında islandığını, nəm halda qalaraq qaraldığından xam pambıq emala verildikdə istehsalat tapşırıqlarının yazılmasında olan çəkilər, xam pambığın bunt üzrə olan çəkisi ilə, yəni fermerlərdən qəbul olunmuş fiziki va kondisiya çəkiyə əsaslanaraq yazılmaqla emaldan alınan məhsulların çıxım faizlərinin hesablandığını bildirmişlər. Bu hal da, maddi ziyanla bağlı cavabdehin təqsirinin olmadığı bir daha sübut edir. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23 avqust 2007ci il tarixli əmri ilə təsdiq edilmiş “Xam-pambığın yığılması və Tədarükünə dair” Təlimatın 18.4.4. bəndinə əsasən zavodda koplektləşdirilmiş pambıq dəstləri istehsalata 28-XL formalı istehsalat tapşırıqları əsasında silinir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi işçinin öhdəliklərini yerinə yetirərkən işəgötürənə vurduğu ziyanın yaranması əsaslarını nəzərdə tutur (191-ci maddə). Həmin maddi hüquq normasının dispozisiyasından aydın olur ki, işçinin öhdəliklərini yerinə yetirərkən işəgötürənə vurduğu ziyana görə məsuliyyətə cəlb etmək üçün ziyanın həqiqətən vurulduğunun aşkar olunması, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirli olub-olmamasının müəyyən edilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir(§93). İş materialları araşdırılarkən həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə, 22 fevral 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına uyğun olaraq Cavabdeh işəgötürəni, yəni iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətini himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi, pambığın keyfiyyətli qəbulu və tayalara yığılıb saxlanılması üçün lazımı tədbirlər görülməsi barədə məlumatlandırmış, qanunsuz olaraq himayəsində olan maddi dəyərlilərə ziyan gətirməmiş, avadanlıqların və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini təşkil etmək üçün tədbirlər görmüşdür. Cavabdeh göstərilənlər barədə iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat versə də, iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Buradan da, görünür ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan dəyməsində Cavabdeh təqsiri yoxdur və iddiaçı təşkilata dəymiş ziyan cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır. Məhkəmə iddiaçının “mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi” tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən və ya digər qaydada müraciətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddia tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasəni işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdi ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin ona maddi ziyan vurduğunu, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia etmiş və həmin ziyanı məhkəmə qaydasında tələb etmişdir. Qarşı tərəf (cavabdeh) məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın əsassız olması ilə yanaşı, həm də, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona ziyan vurulmasını iki ilə yaxın müddətdir ki, aşkar etmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar iddiaçı təşkilata ziyanın vurulması haqqında iddiaçı təşkilat tərəfindən 23 dekabr 2021-ci il tarixli akt tərtib edilmiş və 06 may 2022-ci il tarixli auditor rəyi (rəy iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir), 19 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış alınmış, lakin iddia müddətini ötürdükdən sonra, yəni 19 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 32.4.2-ci maddəsinə əsasən mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. İş materiallarından görünür ki, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış 19 iyul 2022-ci il tarixdə tərtib olunmuş və həmin vaxtdan da müddətin axımı davam etdirilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi həmçinin də, iddia müddətinin keçməsinə görə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən təmin edilməməlidir. İşdə olan 10 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti “ASAN ödəniş” sistemi vasitəsi ilə 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu iddiaçı “X18 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar