Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1254/2020 01.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax rayonunda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “Mersedes Benz ML 230” markalı **-BM-*** nömrəli qeydiyyat nişanlı avtomaşının və dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Mersedes Benz ML 230” markalı **-BM-*** nömrəli qeydiyyat nişanlı avtomaşını saz vəziyyətdə xx.xx.2016-ci ildən xx.xx.2019-cu il tarixədək cavabdehə etibar etmişdir. Bu barədə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda etibarnamə vermişdir. Avtomobili etibar etdiyi şəxsdən geri tələb etsə də, nəticə olmamışdır. Sözü gedən avtomobillə müxtəlif tarixlərdə yol hərəkəti qayda pozuntularına yol verilmişdir. Bundan sonra o, telefon vasitəsi ilə birbaşa cavabdehin özündən avtomobilin qaytarılmasını tələb etdikdə, sonuncu avtomobili qaytarmayacağını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ona məxsus “Mersedes Benz ML 230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili 13000 manata satmaq barədə cavabdehlə razılıq əldə edildikdən sonra avtomobilini etibarnamə əsasında cavabdehin sahibliyinə vermişdir. Lakin cavabdeh, nə razılığa əsasən hissə-hissə ödəməli olduğu məbləği, nə də ki avtomobili ona qaytarmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya məxsus avtomobili Samid adlı şəxsdən 3500 manata almışdır. Lakin razılığa gəldikləri məbləği ödəyə bilmədiyi üçün avtomobili Samidə qaytarmışdır. O, Maliki şəxsən tanımır. Samidin dediyinə görə Malikin ona 7000 manat borcu olduğundan o, borcun əvəzi kimi avtomobilini Samidə vermişdir. İddia tələbi əsassız olduğundan məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1762 saylı məktubdan görünür ki, Sumqayıt 4 saylı notariat ofisində İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində 7E/33107 reyestrlə Yexlax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 31 ünvanında qeydiyyatda olan Cavabdeh adına daşınar əmlaka dair etibarnamə rəsmiləşdirilmişdir. Həmin etibarnamə 3 il müddətinə rəsmiləşdirmişdir və xx xxxxxx 2019-cu il tarixdə etibarlılıq müddəti bitdiyi üçün qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomobilin onun istifadəsində olduğunu, lakin onu Samid adlı şəxsə qaytardığını bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mersedes Benz ML230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılmalıdır . İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Mersedes Benz ML230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraqİddiaçı qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdehİddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1254/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1254/2020
01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver