Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1256/2024 01.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 və onun nümayəndəsi və vəkili Vəkil, Yevlax şəhər icra hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə. İddiaçı cavabdeh X2 qarşı maraqlı şəxs Ağdaş şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə övladın nənənin himayəsində qalmasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 və maraqlı şəxs Ağdaş şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasına qarşı övladın nənənin himayəsində qalmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mərhum oğlu X12 ilə cavabdeh X1 birgə nikahlarından dünyaya gəlimiş övladları X13, X16 və X5 onun yanında qalması və himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(014)-336/2024 saylı qərardadı ilə iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X12 ilə cavabdeh 2015-ci ildə ailə həyatı qurmuş, xx.xx.2016-cı ildə Ağdaş rayon qeydiyyat şöbəsində nikahları rəsmi qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2021-ci təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. X12 xx.xx.2022-ci il xəstəlikdən qəfil vəfat etmişdir. Bundan qısa müddət sonra cavabdeh hər üç övladını onun yanında və himayəsində qoyub getmişdir. Xeyli müddətdir ki, nəvələrinin bütün ehtiyacları onun tərəfindən qarşılanır. 2023-cü ilin noyabr ayında Ağdaş şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik orqanına müraciət etmiş və nəvələri X13, X16 və X5 onun himayəsinə verilməsi və yanında qalması məqsədə müvafiq hesab edilmişdir. Bununla bağlı Ağdaş şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik orqanı tərəfindən qərar qəbul edilərək ona verilmişdir. Cavabdeh X6 mərhum oğlu X7 xx.xx.2022-ci ildə vəfatından sonra nəvələrinə qarşı valideynlik vəzifələrindən imtina etməyə və yerinə yetirməməyə başladı. Bu minvalla xeyli müddətdir ki, nəvələrinin qayğısına qalmır. Hazırda nəvələri onun yanında və himayəsindədir, bundan sonra da onunla qalmaq niyyətindədir. Cavabdeh bu günədək övladları ilə doğru düzgün maraqlanmamışdır. Bu səbəbdən nəvələri ana qayığısından məhrum olunmuşdur. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mərhum oğlu Dövran Quluyev ilə Nuranə Cavadova ailə həyatı qurmuş həmin nikahdan üç uşaqları anadan olmuş və həmin uşaqlardan Zakir Quliyev onun himayəsində yaşayır, orada təhsil alır, digər uşaqların da onun yanında qalması və himayəsinə verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahatında iddia tələbini qəbul etmədiyini, uşaqlarının azyaşlı olduğuna görə onun yanında qalmasını və məhkəmədən iddianın təmin olumasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdeh ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyətinin psixoloqu Asəf Almədətovun iştirakı ilə fikri öyrənilmiş X14 ata nənəsi İddiaçı yanında yaşadığını, Ağdaş şəhər T.İsmayılov adına 8 nömrəli tam orta məktəbinin birinci sinifində təhsil aldığını və ata nənəsi ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Komissiyanın verdiyi rəyi müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Ağdaş şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasına nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 124716 №li nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X8 arasında bağlanmış nikah 2016-cı ilin iyun ayının 01-ci günündə akt qeydləri kitabında 180 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Quliyeva soyadı verilmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ seriyalı 764847 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X9 atası X12, anası isə X3r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV seriyalı 256274 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019cu il təvəllüdlü X10 atası X12, anası isə X3r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV seriyalı 667791 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X11 atası X12, anası isə X3r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı 253823 №li ölüm haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022ci il tarixdə X12 vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2023-00290 saylı arayışdan məlum olur ki, İddiaçı uşaqların anadan alınıb nənəsinin himayəsinə verilməsi tələbi ilə bağlı mediatora müraciət etmişdir. Ağdaş Rayon Təhsil şöbəsinin T.İsmayılov adına 8 nömrəli tam orta məktəb tərəfindən verilmiş 117 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 həqiqətən 2024-2025-ci il tədris ilində Ağdaş şəhər, T.İsmayılov adına 8 nömrəli tam orta məktəbinin İ (birinci) sinifində təhsil alır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, qəyyumluq və Himayəçilik Komissiyası azyaşlıların hüquq mənəfelərini, xx.xx.2016-cı il təvəllüdlü X9, ata nənəsi ilə birgə yaşadığını və ata nənəsinin yanında qalmaq istəməsi ilə bağlı verdiyi ərizəsini əsas götürərək ata nənəsi İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X11 isə azyaşlı olduqları üçün ana qayğına və qulluğuna daha çox ehtiyacları olduqlarını əsas götürərək onların anaları X1 yanında qalmalarını məqsədəmüvafiq hesab edir. Qeyd olunan hallarını nəzərə alıb məhkəmə hesab edir ki, idda təmin olunmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarına əsasən 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etməlidir. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 49.4-cü maddəsinə görə valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlu X15 ilə X8 arasında 2016-cı ilin iyun ayının 01-də nikah bağlanmış, sonuncuların bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2021-ci təvəllüdlü X17 adlı uşaqları anadan olmuş, uşaqların atası X12 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bundan sonra cavabdeh ilə iddiaçı arasında münasibətlər pozulmuş və hazırki mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını, habelə iş üzrə digər sübutları qarşılıqlı tədqiq edərək hesab edir ki, yetkinlik yaşına çatmayan bacı və qardaşı bir birindən ayırmaq uşaqların gələcək inkişafına mənfi təsir edərək onların diqqətəlayiq maraqlarına uyğun deyil, hazırda öz doğma anaları olduğu və uşaqları öz himayəsinə götürmək istədiyi halda uşaqların valideyn qayğısından kənar böyümələri də hər iki uşağın maraqlarına ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı maraqlı şəxs Ağdaş şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə övladın nənənin himayəsində qalmasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1256/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1256/2024
01.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver