Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1261/2023 01.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcludan müəssisənin xeyrinə 508.26 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, ümumi 528.26 manat vəsaitinin məcburi tutulması barədə əmrin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Tərəflərin izahatları: İddiaçı MMC ərizəni belə əsaslandırmışdır ki, borclu Cavabdeh ilə arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncunun 050 ******* mobil nömrəsindən kreditorun rabitə xidmətlərindən (GM5+ mobil telefonunun güzəştli şərtlərlə əldə edilməsi) istifadə emiş və nəticədə onun 508.26 məbləğində abunə və xidmət borcu yaranmışdır. İddiaçı MMC nümayəndəsi Balaş Məhərrəmov məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının istinad etdiyi nömrə ona məxsus deyil və onun iddiaçıya heç bir bnorcu yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 050 ******* GSM nömrəsi vasitəsi ilə cəmiyyətin rabitə xidmətlərindən istifadə etmişdir. Təqdim edilmiş hesab fakturalardan və cari hesab arayışından müəyyən olunur ki, həmin mobil nömrədən istifadə edilmiş və 19 iyul 2017-ci il tarixə (iddiaçının ərizəsi məhkəməyə 04 sentyabr 2018-ci il tarixdə daxil olmuşdur) 508.26 manat borc yaranmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı rabitə xidmətlərini təmin etmiş cavabdeh isə həmin xidmətlərin dəyərini ödəməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh istinad edilən mobil nömrə vasitəsi ilə cəmiyyətin rabitə xidmətlərindən istifadə etmədiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, cavabdehin ödəmilməmiş 508.26 manat borcu qalmışdır. Borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən olunmamış, cavabdeh etirazında belə buna dair dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərci, ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh iddiaçının xeyrinə, ödənilməli olan daha 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 508.26 manat ödənilməmiş borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat, cəmi 528 (beş yüz iyirmi səkkiz) manat 26 (iyirmi altı) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1261/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1261/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver