Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1284/2025 25.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi əsasında öhdəliyi icra etmiş zamin olaraq tərəfindən ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1748.68 manat məbləğin zamin olaraq onun kredit borcu olaraq ödədiyi bu məbləğin alınaraq ona verilməsinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırki cavabdehin qurbanı olmuşdur. Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh 48 ay müddətində 5000 manat məbləğində, kreditdən istifadəyə görə illik 22% olmaqla 5000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən o, xx.xx.2019-cu il tarixli, BPM**********31 saylı zaminlik müqaviləsi bağlamışdır. Kreditin faktiki ili faiz dərəcəsi müqaviləyə əsasən 22.06% müəyyən edilmişdir. Borc alan qeyd olunan borc məbləğini tamamilə almışdır. Onun qüsuru isə ondan ibarətdir ki, kredit müqaviləsi əsasında zamin olmuşdur. Borc alan, yəni hazırki cavabdeh özünün kredit məbləği ilə borcunu tam ödəmədiyindən o hal-hazırki müddətə qədər 1748.48 manat ödəyərək tamamilə borcu bağlamışdır. Hazırda cavabdeh ödədiyi pulları ona qaytarmır. O belə halda çətinlik yaşayır. Qeyd olunan məbləğ kifayət qədər çoxdur. O hərbiçidir və vətən müharibəsi iştirakçısıdır. Dövlət təltifləri var. Ödədiyi 1748.68 manat məbləğində zamin olaraq cavabdehdən istəyir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; ünvan 1 ünvanlanmış 04 noyabr 2022-ci il tarixli, 218000/2022 nömrəli məktub və ona əlavə edilmiş təklifdən görünür ki, İddiaçı əmək haqqından hər ay 50 % olmaqla tutulub tələbkarın təklifə əlavə edilmiş rekvizitinə və tutulan məbləğin 7 %-ni təklifdə qeyd olunan hesaba keçirilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N nömrəli məktubundan görünür ki, İddiaçı bank borcuna görə İddiaçı pul təminatından pul tutulmaları olmuşdur. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 06 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Bank qarşısında öhdəlikləri lazımınca icra edilməsinə İddiaçı zamin durmuşdur. Qeyd olunan kredit müqaviləsindən irəli gələn 201.67 manat məbləğində pul vəsaiti zaminlik müqaviləsinin 6.2.2-ci bəndinə əsasən zaminin hesabından akseptsiz qaydada müxtəlif tarixlərdə silinmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 127824 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcunu və qanunvericiliklə müəyyən edilmiş icra ödənişini cəmi 1748.68 manat olmaqla ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 37,48 manat cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1748.68 (min yeddi yüz qırx səkkiz manat altmış səkkiz qəpik) manat alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 37,48 manat tutulub dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1284/2025
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1284/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver