Məhkəmə qərarları › İş №2(039)-1289/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1289/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1289/2025 25.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6400 (altı min dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatət (ərizə) təqdim edərək, xidmət müqaviləsinin onunla "xxxx" MMC arasında bağlandığını, iddiaya cavab verməli olan şəxsin "xxxx" MMC olduğunu göstərərək, iş üzrə cavabdeh X1 "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1289/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş üzrə cavabdeh X4 "xxxx" MMC ilə əvəz edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatət verərək, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, o xidmət müqaviləsini hüquqi şəxs olan "xxxx" MMC ilə bağlamışdır. Buna görə də işə məhkəmə aidiyyəti üzrə Bakı Kommarsiya Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı vəsatətin təmn edilmsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsidir. Buna görə də iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, icraçı müqavilənin imzalandığı tarixdən etibarən xx.xx.2023-cü il tarixinədək sifarişçinin müəyyən etdiyi ərazidə öxünə məxsus texnika vasitəsi ilə torpaq işlərinin yerinə yetirilməsi (yükləmə) və sifarişçiyə təhvil verilməsini (bundan sonra xidmətlər müqaviləsi adlandırılacaq), sifarişçi isə öz növbəsində xidmətləri akt əsasında qəbul etməyi və müqavilənin 4-cü maddəsinə uyğun olaraq xidmətlərin haqqını icraçıya ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi (VÖEN **********) ödəyicisidir. İşdə olan "xxxx" MMC tərəfindən Yevlax rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2blikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar