Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-130/2021 04.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı “xxxx” X1 Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə bağlanmış xx xxxxxx 2019-cu il tarixli BAKU1- 31802-41 saylı Kredit müqaviləsinin (tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli BAKU1- 31802-41saylı Razılaşma) ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 5,772.13 manat əsas borc, 455.03 manat cari faiz borcu olmaqla, cəmi 6,227.16 manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli BAKU1 -31802-41 saylı Razılaşmaya əsasən, 22% faizlə, 36 ay müddətinə 6,500.00 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə imzalanmış Ödəniş qrafikinə əsasən kreditin aylıq 249.00 manat olmaqla qaytarılması müəyyən edilmişdir. Borclu Cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixinədək verilmiş kredit üzrə 5,772.13 manat əsas borc, 455.03 manat cari faiz borcu olmaqla, cəmi 6,227.16 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi Rəşad Eldarov ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının iştirakı olmadan qiyabi icraat qaydasında iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim olunan xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Razılaşmaya əsasən, “xxxx” BOKT MMC tərəfindən Cavabdeh illik 22 % ödəmək şərti ilə, 36 ay müddətinə 6,500 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə imzalanmış Ödəniş qrafikinə əsasən Cavabdeh aylıq 249 manat ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə 5,772.13 manat əsas borc, 455.03 manat cari faiz borcu olmaqla, cəmi 6,227.16 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixli BAKU1- 31802-41 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Razılaşmaya əsasən, “xxxx” BOKT MMC tərəfindən Cavabdeh illik 22 % ödəmək şərti ilə, 36 ay müddətinə 6,500 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış borcu və müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə tələb əsaslıdır. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 248-252 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Razılaşması üzrə 5,772.13 manat əsas borc, 455.03 manat faiz borcu, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 6,257 (altı min iki yüz əlli yeddi) manat 16 (on altı) qəpik “xxxx” BOKT MMC-nin xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Kredit müqaviləsi (tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli BAKU1-31802-41 saylı Razılaşma) ləğv edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-130/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-130/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver