Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1301/2024 08.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Yevlax rayon polis şöbəsini qeyd etməklə, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2002-ci il tarixdə anadan olmuş oğlu X2 xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, hazırda Yevlax şəhəri R.Məmmədov küçəsi ev 8-də ailəsi ilə birlikdə yaşayır. Onun oğlu X4 14 fevral 2002-ci ildə anadan olmuşdur. X8 narkoman olmaqla tufeyli həyat sürmüş, dostları ilə birlikdə Rusiya Federasiyasına getmiş və 15 oktyabr 2020-ci ildə orada vəfat etmişdir. X8 orada da dəfn olunmuşdur. Onun dəfnində iştirak etməmiş, bu barədə oğlunun dostları ona məlumat vermişlər. Oğlu Rusiyada dəfn olunduğundan və ora gedə bilmədiyi üçün məzar daşının şəkillərini ərizəyə əlavə edə bilmir. Hazırda X8un ölməsi barədə kifayət qədər sübutları məhkəməyə təqdim edə bilmir. Bu səbəbdən xx.xx.2002-ci il tarixdə anadan olmuş oğlu X2 xəbərsiz itkin düşməsi barədə qərar qəbul olunmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs1 və Yevlax rayon polis şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmədiklərindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İ seriyalı 551958 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X2 atası X1 anası Ərizəçindır. Yevlax Rayon Polis Şöbəsinin 30 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, 14 fevral 2002-ci il təvəllüdlü X4 2020-ci ilin dekabr ayında yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Taleh Kərimovun yerinin müəyyən edilməsi barədə 16 aprel 2022-ci ildə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ərizənizə hüquqi qiymət verilməsi üçün araşdırılması şöbənin TB-nə həvalə edilmişdir. Şöbənin TB-də ərizəni araşdırılmış və 26 aprel 2023-cü il tarixdə toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və qohumluq əlaqələrini itirmiş X2 barəsində axtarış-sorğu tədbirləri keçirilməsi üçün qərarın surəti şöbənin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupuna həvalə edilmişdir. X2 yerinin müəyyən edilməsi istiqamətində ətraf rayon polis şöbələrində istiqamətləndirici sorğular göndərilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 979 №li məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölümü haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Yevlax rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/2 3-13-117/2-10814/24 saylı məktubundan görünür ki, X4 barəsində Maraqlı şəxs2-də itkin düşməsi və ya axtarışda olması barədə hər hansı bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 Nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-9-1/2-384/2024 saylı məktubundan görünür ki, X4 barəsində nümayəndəlikdə hər hansı bir məlumat yoxdur Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X3, Şahid1 və Şahid2 ifadələrində ərizəçinin qonşuları olduğunu, ərizəçinin X8un narkoman olduğunu, onun tufeli həyat yaşadığını, dörd-beş ilə yaxındır ki, yaşadığı evi tərk edib getdiyini və harada yaşaması barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 oğlu barəsində son məlumat 2020-ci ilin dekabr ayına təsadüf edir. Belə ki, 14 fevral 2002-ci il təvəllüdlü X4 yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Taleh Kərimovun yerinin müəyyən edilməsi istiqamətində ətraf rayon polis şöbələrində istiqamətləndirici sorğular göndərilsə də, müsbət nəticə əldə etmək mümkün olmamış, sonuncu barəsində yerli Polis və İcra orqanlarında hər hansı bir məlumat mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Qeyd olunanlar və məhkəmə araşdırması zamanı toplanmış və tədqiq olunmuş mötəbər sübutlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixdə anadan olmuş X2 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 309-316-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə anadan olmuş X2 xəbərsiz itkin düşmüş hesab xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1301/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1301/2024
08.07.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver