Məhkəmə qərarları › İş №2(039)-131/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-131/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-131/2025 03.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 146 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 fevral 2012-ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 26 yanvar 2013cü il təvəllüdlü X8 və 20 yanvar 2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşasaq da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. O, Cavabdeh ilə birgə nikah müddətində Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini əldə etmişlər. Cavabdeh ilə aralarında olan razılığa əsasən birgə nikah müddətində əldə olunmuş, Yevlax rayonu Kövər kəndində yerləşən torpaq sahəsi və onun,üzərində inşa olunmuş fərdi yaşayış evi 37000 (otuz yeddi min) manata satılır və qeyd olunan məbləği aliment kimi azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün birdəfəlik ödənilir, qarşılığında isə o, azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün gələcəkdə aliment tələbi ilə məhkəməyə müraciət etməməyini barədə razılığa gəlmişdir. Bununla əlaqədar o, Cavabdeh vəkilinin yanında olduq və aralarında şərtlərini dəqiqləşdirməklə barışıq sazişi tərtib edərək aralarında olan razılığa əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə ona 37000 (otuz yeddi min) manat məbləğdə bir dəfəlik aliment ödəməli, o, isə bunun müqabilində qeyd olunan aliment məbləğini alaraq gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirərək barışıq sazişini imzalamalı idi. Buna görə də o, Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. Bundan sonra qeyd olunan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi Bərdə “Asan xidmət” mərkəzində notariat ofisində Cavabdeh tərəfindən 14 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Lakin, xx.xx.2023-cü il tarixdə Cavabdeh valideynləri heç bir barışıq sazişinin olmadığını və ona aralarında razılaşdırdığı 37000 (otuz yeddi min) manat məbləği ödəməyəcəklərini bildirdilər. Cavabdeh bu qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət payından məhrum olmuşdur. Göründüyü kimi cavabdeh onun etibarından sui-istifadə edərək, onun mülkiyyət hüquqlarına pozmuş, etibarsız alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə olunmuş əmlakı qanunsuz olaraq satmışdır. Bundan başqa onu da qeyd edir ki, Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X3 arasında bağlanmış 14 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və alqı-satqı müqaviləsi əsasında alınmış çıxarışın ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(039)-170/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən təmin olunmamışdır. Lakin, Şəki Apellyasiya Məhkəməsi 25 aprel 2024-cü il tarixli qətnaməsində ona mülki qaydada pul tələbinə dair iddia qaldırmaq hüququnun olduğunu izah etmişdir. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət payından məhrum olunmuş, göründüyü kimi cavabdeh onun etibarından suiistifadə edərək. onun mülkiyyət hüquqlarını pozulmuş, etibarsız alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə olunmuş əmlakı qanunsuz olaraq satılmışdır. Sözü gedən əmlakın satışından əldə olunmuş 37000 (otuz yeddi min) manat məbləğdə pulun yarısı olan 18500 (on səkkiz min beş yüz) manat məbləğdə pul alınıb ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, İddiaçı Cavabdeh ilə 2012-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan iki övladları anadan olmuşdur. Aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə Yevlax rayonu, Kövər kəndində yerləşən torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini əldə etmişlər. Cavabdeh ilə aralarında olan razılığa əsasən həmin fərdi yaşayış evini 37000 manata məbləğində satılaraq birdəfəlik aliment kimi azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün gələcəkdə aliment tələbi ilə razılığa gələrək sonradan cavabdeh və onun valideynləri tərəfindən razlığı pozduğunu qeyd oluna məbləği verməkdən imtina etdiyini, həmin alqı-satqı müqaviləsi etirarsız hesab edilməsi ilə bağlı iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və həmin şikayət təmin edilməmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə əldə olunmuş 37000 manat məbləğində pulun yarısı olan 18500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olaraq 146 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 verdiyi izahatında iddia tələbini qəbul etmədiyini iddiaçı ilə cavabdeh arasında ailiment ilə bağlı razılıqa gələb bilmədiklərini üçün barşıq sazişini təstiq edilməmiş və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün ödənilən aliment qırx mindən yuxarı olduğunu tərəflərin arasında razılıq pozulmuş və qeyd olunan torpaq sahəsi alqı-satqı müqaviləsi üzrə beş min manata satıldığını və tərəflərin payına düşən pulu verildiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 478412 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah qeydi xx.xx.2023-cü il tarixdə pozulmuşdur. AZ-İİ seriyalı 999423 nömrəli və AZ-İİİ seriyalı 455281 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Sara və xx.xx.2015-ci il təvəllüdlü Sona adlı uşaqları var. Yevlax Rayon Məhkəməsinin 2(039)-170/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh, X5, Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-960/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri, Natəvan küçəsi ev 30/3, mənzil 8-da yaşayır. Məhkəmənin sorğusuna Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; 14 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 0.1216 ha torpaq sahəsini X5 5000 manata satmış, Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Kövər kəndində yerləşən 0.1216 ha yaşayış məntəqələrinin torpaqları sahəsi Cavabdeh adına tam mülkiyyət kimi qeydə alınmış, 14 avqust 2023-cü il tarixli **********864 saylı ərizədən görünür ki, X2 Musa Aydın oğluna məxsus olan Yevlax rayonu, Kövər kəndində yerləşən 0.1216 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-960/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, mülki işin 18-ci vərəqində yer alan CD diskdə olan səs yazılarından biri iddiaçı X6 ilə Cavabdeh arasında olan telefon danışığının səs yazısıdır. Həmin səsdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsində qeyd edilənləri baş verən hadisələrin ardıcıllığı ilə cavabdehə danışmış və cavabdeh baş verənləri təsdiqləmişdir. Bundan başqa, cavabdeh həmin razılaşmanın cavabdehin valideynlərinin fikri olduğunu, onun öz fikrinin alqı-satqıdan əldə olunan pulu yarı bölmək və uşaqlarına aliment ödəmək yönündə olduğunu bildirmişdir. Valideynlərinin fikrinin iddiaçının bildirdiyi şəkildə olduğunu, lakin nəticədə dediklərini etmədiklərini, bunun səbəbi barədə heç bir fikri olmadığını vurğulamışdır. Həmin səs yazısında iddiaçı qeyd edir ki, əmlakın satılmasından alınan pulun yarısı ona verilsə, o aliment tələb edəcəkdir. Pulun hamısı ona veriləcəyi razılaşıldığı üçün aliment tələb etmir. Nəticədə, kollegiya hesab edir ki, iddiaçı və cavabdeh arasında olan şifahi razılaşma mübahisəli əmlakın alqı-satqısı ilə deyil, əmlakın satılmasından əldə olunan pulun hansı şəkil bölünəcəyi barədə olmuşdur. Ona görə də, həmin razılığın cavabdeh tərəfindən pozulması da hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin aldadılma yolu ilə bağlandığı mənasına gəlmir. Aldadılma iddiaçının aliment tələb etməsinə münasibətdə ola bilərdi ki, iddiaçı da heç bir rəsmi sənədlə aliment tələb etmə hüququndan imtina etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonunda bəyəndiyi üçün həmin müqavilə etibarı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payının uyğun hissəsini pul şəkilində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüququ nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmir, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzinin tələb etmək hüququ vardır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah müddətində əldə olunmuş Yevlax rayonu, Kövər kəndində yerləşən ümumi sahəsi 0.1216 ha olan torpaq sahəsinin Cavabdeh tərəfindən Məhburə Mejdunovaya 5000 (beş min) manat məbləğində satdığını, həmin satışdan əldə olunmuş pulun yəni 2500 (iki min beş yüz) manatın iddiaçıya verməli olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2500 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar