Məhkəmə qərarları › İş №2(039)-1311/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1311/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1311/2020 30.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********26816 olan HOFFMANN X PRO markalı telefon üçün 330 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********36124 olan HOFFMANN X Ultra markalı telefon üçün 432 manat ödənilməmiş hissə, 43 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Power Bank Mİ, X2qcıq, X7 USB naqil üçün 238 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X2qcıq üçün 119 manat ödənilməmiş hissə, 11 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə Logitech Bluetooth səsucaldıcı üçün 234 manat ödənilməmiş hissə, 23 manat cərimə, ümumilikdə 1486 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1516 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan İMEİ kodu **********26816 və **********36124 olan HOFFMANN X PRO, HOFFMANN X Ultra markalı telefon, Protectiv corev silicone, Piko Glass qoruyucu örtüklər, Xiaomi Mi, Blutooth qulaqcıq, X3qcıq, Power Bank Mİ, X3qcıq, X7 USB naqil, X3qcıq və Logitech Bluetooth səsucaldıcı almış və nəticədə 1486 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 330 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 432 manat ödənilməmiş hissə və 43 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 238 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu , xx.xx.2019cu il tarixli müqaviləyə əsasən 119 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 234 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 141 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o həmin borcu ödəməkdən yayınmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00707551 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********26816 olan HOFFMANN X PRO markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 396 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00763916 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********36124 olan HOFFMANN X Ultra telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-486 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00830984 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Power Bank Mİ, X2qcıq, X7 naqil satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 252 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00832679 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə X2qcıq satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 126 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli, 00922832 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Logitech Bluetooth səsucaldıcı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-234 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 396 manat olan HOFFMANN X Prime markalı telefon, Protectiv corev silicone, Piko Glass qoruyucu üçün ümumilikdə 363 manat olmaqla, 330 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu, alqı-satqı qiyməti 475 manat olan Hoffmann X X1qcıq üçün ümumilikdə 475 manat olmaqla, 432 manat ödənilməmiş hissə və 43 manat cərimə borcu, alqı-satqı qiyməti 252 manat olan Power Bank Mİ X2qcıq, X7 USB naqil üçün ümumilikdə 261 manat olmaqla, 238 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu, alqı-satqı qiyməti 126 manat olan X2qcıq üçün ümumilikdə 130 manat olmaqla, 119 manat ödənilməmiş hissə və 11 manat cərimə borcu və alqı-satqı qiyməti 234 manat olan Logitech Bluetooth səsucaldıcı üçün ümumilikdə 257 manat olmaqla, 234 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu olmaqla, cəmi 1486 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1486 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 1486 manat məbləğində borc Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1486 (bir min dörd yüz səksən altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar