Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1317/2019 28.06.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.500 (iki min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildə aralarında olan kredit müqaviləsinə əsasən Cavabdeh 2500 manat borc pul vermişdir. Lakin hal-hazıra qədər borcunu qaytarmamış, ona qarşı laqeydlik göstərərək müxtəlif bəhanələr gətirmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehiddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Ömərov Cianşa İlyas oğlu izahat verərək və məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirdi ki, 2500 manat borcun verilməsi cavabdehin qaynı X5 ilə bağlıdır. Belə ki, R.Hüseynov iddiaçıya qarşı dələduzluq cinayəti törətmiş, məhkəmə prosesləri gedən zaman o, iddiaçı ilə pulun hissə-hissə qaytarılması barədə razılaşmışdır. Pulun qaytarılmasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və qısa bir müddət ərzində pul ödənilmişdir. Hazırda həmin müqavilə üzrə pul tamamilə ödənildiyindən iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 cavabdehin qaynı və qaynatası olduğunu, tələb olunan 2500 manat pulun ayrı-ayrı vaxtlarda iddiaçıya qaytardıqlarını bildirmişlər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə bağlanılmış kredit müqaviləsindən (borc müqaviləsi) görünür ki, Cavabdeh İddiaçı 2.500 manat pul almış və həmin məbləği xx.xx.2016-cı il tarixdək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh tərəf iddiaçıdan şəxsən pul almadığını, pulun Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə dələduzluq cinayəti ilə məhkum edilmiş X5 tərəfindən alındığını, dələduzluq yolu ilə əldə edilmiş pulun qaytarılmasına təminat vermək üçün iddiaçı ilə kredit müqaviləsi bağlanıldığını, eyni zamanda tələb olunan pulun ayrı-ayrı vaxtlarda hissə-hissə iddiaçıya ödənildiyini bildirsə də, kredit müqaviləsi üzrə alınan pulun dələduzluq cinayəti ilə əldə edilmiş vəsaitlə eyni olması və pulun iddiaçıya qaytarılması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, məhkəmə araşdırması zamanı belə bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadəsində, o cümlədən, məhkəmənin şahidlərə verdiyi suallara əldə edilmiş cavablarda ziddiyyətli məqamlar vardır, onların ifadəsi ümumi xarakter daşıyır və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün bu ifadələr məhkəmə tərəfindən ciddi qəbul edilməməklə, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2500 manat pul alınıb iddiaçı SalamovaHüsniyyə Salman qızına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçınun xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1317/2019
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1317/2019
28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver