Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1323/2020 28.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X7 Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6, Cavabdeh2 iştirakı ilə, X7 Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (bundan sonra – təşkilat) cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 479,17 ABŞ dolları əsas borc, 73,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 553,07 ABŞ dolları borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehX4 xx.xx.2015-ci il tarixdə təşkilata kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla təşkilat arasında xx.xx.2015- ci il tarixli L-MN-0035780-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 32 % olmaqla 15-ay müddətinə 3000 ABŞdolları məbləğində "qızıl-zinət əşyalarının alınnması" məqsədilə kredit almışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı məqsədilə borclunun zamini Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli MN-00029143 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, xx.xx.2015-ci il tarixdən 3000 ABŞdolları məbləğində əsas borcdan 1930,15 ABŞdolları və müqavilənin 6.1 bəndinə əsasən hesablanmış faiz borcundan 1010,61 ABŞdolları, cərimə borcu 246,40 ABŞdolları olmaqla, cəmi 3187,16 ABŞdolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Cavabdehlərin təşkilata ödənilməmiş 479,17 ABŞdolları məbləğində əsas borcu 73,90 ABŞdolları məbləğində hesablanmış faiz borcu, cəmi 553,07ABŞdolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Səlimov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, digər cavabdeh Nurəddin İbrahimov onun oğludur. İddiaçı hazırkı tələbi ilə 2019-cu ildə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının tələbi baxılmamış saxlanılmışdır. Hesab edir ki, onun və digər cavabdehin təşkilata borcu yoxdur və borcu tam olaraq ödəmişlər. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan sənədlərdən görünür ki, təşkilatın “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış tarixli L-MN-0035780-F saylı “Kredit müqaviləsinə” əsasən təşkilat tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 32% dərəcəsi ilə, 15 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinə zamin durmuşdur. Borcalan M.İbrahimov kredit müqaviləsi üzrə borcu ödəniş cədvəlinə uyğun olaraq, yəni aybaay hissə-hissə ödəməsi barədə təşkilat qarşısında üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmişdir. Bu barədə təşkilat borcalana və zaminə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmiş, lakin borc ödənilməmişdir. Təşkilat tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində 479,17 ABŞdolları məbləğində əsas borcu, 73,90 ABŞdolları məbləğində faiz borcu, cəmi 553,07ABŞdolları borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 14201 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli, L-MN- 0035780-F saylı kredit müqaviləsi üzrə X2 xx.xx.2017-ci il tarixə banka 766,84 ABŞ dolları əsas və müqavilə müddətinin bitdiyi tarixə 32,51 ABŞ dolları faiz borcu borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, Cavabdeh1 təşkilat qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, xx.xx.2019-cu il tarixli ekspert rəyində xx.xx.2017-ci il tarixədək Cavabdeh1 təşkilata 766,84 ABŞ dolları əsas borcu, müqavilə müddətinin sonuna isə 32,51 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Təşkilat tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2017-ci il tarixdən sonra Cavabdeh1 tərəfindən xx xxxx 2018-ci ildə 45,61 ABŞ dolları, xx.xx.2019-cu ildə isə 590,68 ABŞ dolları məbləğində ödənişlər olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, qeyd olunan məbləğlər, yəni 636,29 ABŞ dolları(45,61+590,68) əsas borcdan-766,84 ABŞ dollarındam çıxılmalı, əsas borc üzrə 130,35 ABŞ dolları, faiz borcu üzrə müqavilə müddətinin sonuna hesablanmış 32,51 ABŞ dolları Cavabdeh1 təşkilatın xeyrinə tutulmalıdır. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Müqavilənin 3.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borclu tərəfindən bütün öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Nurəddin İbrahimovdan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 130,35 ABŞ dolları məbləğində əsas borc, 32,51 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, cəmi 162,86 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30,40 manat dövlət rüsumu X7 Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinətutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1323/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1323/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver