Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-133/2025 06.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarqı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İdiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə "xxxx" BOKT QSCnin Mingəçevir filialı ilə Sadıqov Mehman Alış oğlu arasındaKAMin 132667/15 saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin şərtlərinə görü Mehman Sadıqova filial tərəfindən 2500 manat kredit verilmişdir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə borclu tərəfindən 30 ay ərzində ödənilməli idi. Sadıqov Mehman Alış oğlunun öhdəliyininicrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə onunla (iddiaçı ilə) KAMin 132667/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Mehman Sadıqov kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin onunla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. "xxxx" BOKT QSC-nin Mingəçevir filialı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək, kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Mehman Sadıqova vermişdir. X6 Alış oğlu kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və hesablanmış faizlərin ödənilməsini tam təmin etməmişdir.Odur ki, "xxxx" BOKT QSC Sadıqov Mehman Alış oğluna və ona (iddaçıya) qarşı Yevlax Rayon Məhkəməsində iddia tələbi irəli sürərək kredit müqaviləsi üzrə borcun qaytarılmaını tələb etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1581/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cəmi 2294.42 (iki min iki yüz doxsan dörd manat) manat pulun ondan "xxxx" BOKT QSC-nin xeyrinə tutulması qət edilmişdir. Sadıqov Mehman Alış oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş Sadıqov Mehman Alış oğlunun hazırda sağ olan birinci növbəli vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Buna görə də hazırkı iddia tələbini həmin şəxslərə qarşı yönəldir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə tuulmalı olan məbləğ onun (iddiaçı) tərəfindən tam ödənilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan başqa, icra sənədi üzrə ondan 7 faiz həcmində icra ödənişi, yəni 160.33 (bir yüz altmış manat otuz üç qəpik) manat vəsait tutulmuşdur. İddiçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiaçı iddinın həcminin azaldılmasına dair ərizə verərək, ərizəsində X5 Alış oğlundan qalmış mirasın Cavabdeh2 tərəfindən qəbul edildyini, Cavabdeh2 və Cavabdeh1 tələbinin olmadığını göstərərək, Cavabdeh3 2274.42 manat əsas borcun, 20 manat dövlət rüsumunun, 160.33 manat icra sənədi üzrə tutulmuş pulun, cəmi 2502.69 (iki min beş yüz iki manat altmış doqquz qəpik) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını və işə onun iştirakı olmadan baxılmaını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayara, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləi barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 1581/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə iddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Sadıqov Mehman Alış oğluna və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli, KAMin 132667/15 saylı kredit müqaviləsi üzrə 29 mart 2017-ci il tarixə olan 1714.47 manat əsas borc, 540.55 manat faiz borcu, 19.40 manat cərimə, 20 manat dövlət rüsumu, cəmi 2294.42 (iki min iki yüz doxsan dörd manat qırx iki qəpik) manat borcun cavabdeh İddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" BOKT QSC-nin Mingəçevir filialı ilə Sadıqov Mehman Alış oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KAMin 132667/15 saylı kredit müqaviləsinə əsasən Sadıqov Mehman Alış oğluna 30 ay müddətinə illik 27 faiz olmaqla 2500 manat kredit verilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" BOKT QSC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KAMin 132667/15 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı Sadıqov Mehman Alış oğlunun öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Həmin qətnamədən görünür ki, Sadıqov Mehman Alış oğlu 13 noyabr 2016-cı ildə ölmüşdür. İşdə olan "xxxx" BOKT QSC tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1581/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı 2274.42 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" BOKT QSC-yə ödənilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 1581/2022 saylı icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan ünvan 3 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sadıqov Mehman Alış oğluna və X2 məxsus fərdi yaşayış evində hal-hazırda oğlu Cavabdeh3 ailəsi ilə birlikdə yaşayır. X5 Alış oğlunun digər övladları Cavabdeh1 və Sadıqov X1 başqa təsərrüfatda yaşayırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" BOKT QSC-nin Mingəçevir filialı ilə Sadıqov Mehman Alış oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KAMin 132667/15 saylı kredit müqaviləsinə əsasən Sadıqov Mehman Alış oğluna 30 ay müddətinə illik 27 faiz olmaqla 2500 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq "xxxx" BOKT QSC-nin Mingəçevir filialı ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, KAMin 132667/15 saylı zaminlik müqaviləsi bağlanmış və İddiaçı Sadıqov Mehman Alış oğlunun öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Sadıqov Mehman Alış oğlu 13 noyabr 2016-cı ildə ölmüşdür. Kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada yerinə yetirilmədiyinə görə "xxxx" BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1581/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Sadıqov Mehman Alış oğluna və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli, KAMin 132667/15 saylı kredit müqaviləsi üzrə 29 mart 2017-ci il tarixə olan 1714.47 manat əsas borc, 540.55 manat faiz borcu, 19.40 manat cərimə, 20 manat dövlət rüsumu, cəmi 2294.42 (iki min iki yüz doxsan dörd manat qırx iki qəpik) manat borcun cavabdeh İddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və həmin borc məbləği İddiaçı tam tutularaq "xxxx" BOKT QSC-nin xeyrinə ödənilmişdir. Hazırda iddiaçı həmin vəsaiti Sadıqov Mehman Alış oğlunun birinci növbə vərəsəsi olan Cavabdeh3 tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iddianın 7 faiz həcmində icra ödənişi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı tələbinin həmin hissədə əsaslı olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından isə görünür ki, həmin tutulmalar 2(039)-2199/2017 saylı və 2(039)-1898/2023 saylı icra sənədləri üzrə olmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 2294.42 (iki min iki yüz doxsan dörd manat qırx iki qəpik) manat pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 2294.42 (iki min iki yüz doxsan dörd manat qırx iki qəpik) manat pul və 47.94 (qırx yeddi manat doxsan dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-133/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-133/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver