Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1332/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz bir ədəd tut ağacının kəsərək məhv etməsi nəticəsində təbiətə vurduğu 400 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının 2023-cü ilin yanvar ayında araşdırması zamanı məlum olmuşdur ki, Yevlax rayonu Havarlı kəndi 8 və 9 saylı qış otlaq sahəsində yaşayan Cavabdeh bir ədəd köküstə yaş halda diametri 38 sm olan tut ağacının dib kökündən kəsməklə məhv etmiş, 5 ədəd tut ağacının qurumuş budaqlarını kəsərək zədələmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli 76617 akt tərtib edilmiş, həmçinin cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixdə MN1495366 nömrəli protokol tərtib edilmişdir. Həmin prorokol əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin cavabdeh tərəfindən təbiyətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 400 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən cərimə borcu, həmçinin təbiətə vurulmuş ziyan ödənilməmişdir. Cavabdehin köküstə yaş halda bir ədəd tut ağacının kəsib məhv etməklə təbiətə vurduğu 400 manat ziyanın ödənilməsinin təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının nümayəndəsi izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Tibbi Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 76617 nömrəli aktından görünür ki, Yevlax rayonu Havarlı kəndi 8 və 9 saylı qış otlaq sahəsində yaşayan Cavabdeh bir ədəd köküstə yaş halda diametri 38 sm olan tut ağacının dib kökündən kəsməklə məhv etmiş, 5 ədəd tut ağacının qurumuş budaqlarını kəsərək zədələmişdir. Yevlax rayonu inzibati ərazisi daxilində 8 və 9 saylı qış otlaq sahəsində Kəlbəcər rayonu Zar kən sakini X2 icarəyə verilmiş ərazidə Cavabdeh tərəfindən tut cinisinə aid 1 ədəd köküstəyaş halda ağacın kəsilərək məhv olmasına görə təbiətə dəymiş zərərin hesablanmasına cədvəlinə əsasən hesablanaraq 400 manat məbləğində müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 400 manat cavabdehdən iddiaçının hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1332/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1332/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver