Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1333/2021 16.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyev Raquf Məmməd oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmməd oğlundan 06 noyabr 2018-ci il tarixli, 600801- 47778/4 nömrəli kredit müqaviləsi üzrə 1830,27 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun dövlət rüsmunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli, 600801-47778/4 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 27% dərəcəsini tətbiq etməklə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh arasında 06 noyabr 2018 il tarixli, 600801-47778/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında 06 noyabr 2018-ci il tarixli, 600801-47778/4 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İstehak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalanlar krediti vaxtında edəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Əsas borclu X3 08.02.2019-cu il tarixdə vəfat etmişdir. Hüquq varisləri müəyyən olnmadığına görə vərəsəlik işi açılmamış, “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə təqdim edilməmişdir. Cavabdehin 08 may 2021-ci il tarixinə kredit müqaviləsi üzrə 1830,27 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 06 noyabr 2018-ci il tarixli, 600801-47778/4 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X2 illik faiz dərəcəsi 36 faiz olmaqla, 27 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 06 noyabr 2018-ci il tarixli, 600801-47778/4 №li kredit müqaviləsi üzrə borclu X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında 06 noyabr 2018-ci il tarixli, 600801-47778/4 №li zaminlik müqaviləsi bağlanmışdır. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 985504 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 08.02.2019-cu ildə vəfat etmişdir. İddiaçı ASC tərəfindən verilmiş 16.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 06 noyabr 2018-ci il tarixli, 600801-47778/4 saylı kredit müqaviləsi üzrə 1830,27 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh zaminlik müqaviləsi üzrə borclu İlqar Qurbanovun öhdəliklərinin icrası üçün zamin durmuş, nəticədə, İlqar Qurbanov öldüyü üçün Banka əsas borc üzrə 1830,27 manat ödənilməmiş qalmışdır. Odur ki, iddiaçı kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 1830,27 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 1830 (bir min səkkiz yüz otuz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1333/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1333/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver