Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-134/2022 18.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 856 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 22.11.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 15.12.2017-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, 21.06.2018- cu il tarixli 243-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 29.01.2018-ci il tarixdə çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1,381 manat məbləğində zərər vurması məlum olmuşdur.Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 526 manat güzəşt edilmiş və qarşılanmışdır, qalıq borc 856 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. İddiaçı MMC-nin nümayəndəsi Nicat Xəlilov ərizələr təqdim edərək işə onun iştirakı olmadan, qiyabi qaydada baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh 22 noyabr 2017-ci il tarixdə “X5” MMC-nin X3-OBA Marketlər Şəbəkəsi- baş satıcı kimi işə qəbul edilmişdir. 22 noyabr 2017-ci il tarixli X4 haqqında müqavilənin surətin ilə müəyyən olunur ki, Cavabdeh işə qəbul edilərkən X4 barədə xəbərdar olunmuş və məsuliyyəti üzərinə götürməyə razılı vermişdir. “X5” MMC-nin 22 noyabr 2017-ci il tarixli 515-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh “X5” MMC-nin X3-OBA Marketlər Şəbəkəsi- baş satıcı kimi 22 noyabr 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə baş-satıcı vəzifəsinə işə qəbul edilmişdir. “X5” MMC-nin 15 dekabr 2017-ci il tarixli 556-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 15 dekabr 2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. “X5” MMC-nin 21 iyun 2018-ci il tarixli 243-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin X2 OBA X1 əmək müqaviləsinə 21.06.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a" bəndinə əsasən (öz xahişi ilə) xitam verilsin. Son haqq-hesab: İstifadə edilməmiş 9.81 (doqquz tam yüzdə səksən bir) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin 29 yanvar 2018-ci il tarixli aktlarda müəyyən olunur ki, Cavabdeh ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələin (-1381.60 manat) yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, “X5” MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh ziyanın ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Əmək Məcəlləsi: Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Mülki Məcəllə: Maddə1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 22 noyabr 2017-ci il tarixdən “X5” MMC-nin Satış Departamenti Satış Şöbəsində ilk olaraq baş-satıcı, 15 dekabr 2017-ci il tairxdən isə administrator vəzifəsində işləmişdir. İşə qəbul olunan zaman Cavabdeh vəzifə təlimatları ilə tanış edilmiş və X4 haqqında müqavilə imzalamışdır. Cavabdeh orada işlədiyi zaman mağazaya gələn malları qəbul etmiş və həmin mallar üzərində sərəncam vermişdir. Cavabdeh ilə əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə Cavabdeh tərəfindən vəzifə təlimatlarının düzgün icra edilməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulduğu aşkar edilmişdir. İddiaçı MMC Cavabdeh tərəfindən ümumilikdə 856 manat tutulmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, delikt nəticəsində vurulmuş ziyanın əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, qeyd edilən məbləğin əsassızlığına dair sübutlar müəyyən edilmədiyindən həmin məbləğdə maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdir. Ödənilmiş Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 856 manat vurulmuş maddi zərərin və 50 manat mediasiya xərcinin əvəzi, cəmi 906 (doqquz yüz altı) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-134/2022
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-134/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver