Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-134/2025 03.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 nüməyəndəsi və vəkili digər cavabdehlərin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli X3 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışla ona məxsus olan Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadə nəticəsində əsassız varlanmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15360 (on beş min üç yüz altmış) manat pulun, qiymətləndirmə aktına ödəniş etdiyi 100 manat xidmət haqqı və 137 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər onun mərhum oğlunun ailə üzvləridir. X19 rəhmətə gedəndən sonra, cavabdehlər qanuni əsaslarla ona məxsus evi ələ keçirmək niyyətinə düşüblər. İlk vaxtlar müxtəlif bəhanələrlə onlar həmin evdə qalmaqda davam edirdilər, əvvəlcə oğlunun dəfn mərasini, sonra isə evin təmiri və s. kimi məsələlərə görə o, cavabdehlərə baş qoşmadı, lakin vaxt keçdikcə ona məlum oldu ki, cavabdehlərin məqsədi onun evini ələ keçirməkdir. Belə olduqda, o 2022-ci ilin sentyabrında cavabdehlərin ona məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Lakin cavabdehlər də artıq məsələnin ciddiliyini görüb, onlar da həmin evə istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırdılar. 2022-2024-cü illər ərzində bu işə müxtəlif vaxtlarda Yevlax Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, AR Ali Məhkəməsinin Mülki Kollegiyası baxmış və bütün məhkəmə instansiyaları onun xeyrinə qərar çıxarmış, cavabdehlərin iddia tələbi təmin olunmadan rədd edilmişdir. Bütün bu məhkəmə qərarlarına dair qeydlər iddia ərizəsinə əlavə etdiyim 2(039)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədə öz əksini tapmışdır. 2(039)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsə də, yenə də cavabdehlər müxtəlif bəhanələrlə onun evindən çıxmırlar. Bütün məhkəmə proseslərində tam sübuta yetirilmişdir ki, cavabdehlərin həmin evdən istifadə hüququ yoxdur, heç vaxt da olmayıb, hazırda onlar həmin evdə qanunsuz əsasslarla yaşamaqda davam edirlər, hətta cavabdehlərin həmin evdən müvəqqəti istifadə hüquqları da tanınmamışdır. Cavabdehlərin onun evindən istifadəyə və ümumilikdə yaşayış sahəsinə ehtiyacları yoxdur. Belə ki, əvvəlki məhkəmə proseslərində (Yevlax, Şəki Apellyasiya və Ali Məhkəmə) artıq sübuta yetirilmişdir ki, iddiaçı Cavabdeh2 Yevlax rayonu Aran 1 qəsəbəsində fərdi yaşayış evi var və ailə üzvləri ilə birgə orda yaşayır. Eyni zamanda, Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsində pay torpağı və 0.0535 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinin çıxarışı da var (********** Qeydiyyat nömrəsi). İddiaçı Cavabdeh3 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən həyətyanı 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, hazırda faktiki olaraq, Mingəçevir şəhəri AZDRES (Qres deyilən ərazi) qəsəbəsində ailəsi ilə birgə ayrıca mənzildə yaşayır. Bundan əlavə, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3,60 ha torpaq sahəsi üzərində Cavabdeh2 2/4 hissə, Cavabdeh3 1/4 hissə, Cavabdeh1 1/4 hissədə olmaqla mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bütün bu hallar əvvəlki məhkəmə qərarlarında öz təsbitini tapmış və sübutlar da əlavə olunmuşdur. Beləcə, mənim öz qanuni evimdən artıq 8 ildir ki, istifadə hüququm pozulmuşdur, bütün bu müddət ərzində mən öz qanuni evim ola-ola başqa şəxslərin, qohum-əqrabalanın evində qalmış, hətta bəzi vaxtlarda kirayələrdə də qalmışdır. Xüsusilə qeyd edir ki, cavabdehlər ona qarşı Yevlax Rayon Məhkəməsində mübahisə predmeti olan fərdi yaşayış evində qaldıqları müddətdə təmir xərcləri ilə bağlı iddia qaldırmışlar və ondan 15000 manat təmir xərci tələb edirlər. Cavabdehlərin bu iddiası elə onu göstərir ki, onlar başqasının evində yaşadıqlarını etiraf edirlər, həmin evdən çıxacaqlarını bilirlər və məcbur qalıb təmir xərci tələb edirlər. Elə bu iddianın özü cavabdehlər tərəfindən onun indi verdiyi iddia tələbinin etirafıdır. Məhkəməyə müraciət etməzdən öncə "xxxx" MMC Qiymətləndirici tərəfindən həmin fərdi yaşayış evinin yerləşdiyi ərazi və ümumilikdə evin xüsusiyyətləri də nəzərə alınmaqla buğun ki, real kirayə qiyməti müəyyən edilmiş və bununla bağlı qiymətləndirmə rəyini də iddia ərizəmə əlavə etmişdir. Həmin rəyə əsasən müvafiq fərdi yaşayış evinin kirayə qiyməti 160-180 manat müəyyən edilmişdir, o da minimal qiymətdən, yəni 160 manatdan hedablamaqla 8 il üçün 15360 (on beş min üç yüz altmış) manat pulu tələb edir. İşin qeyd edilən faktiki hallan ilə yanaşı, hüquqi tərəfləri də, cavabdehin qanunsuz əməlləri nəticəsində ona qarşı maddi ziyanın vurulmasını sübut yetirir. Belə ki, ona dəymiş müddi əsaslı olmasına və ödənilməsinə dair də qanunvericilikdə kifayət qədər normalar mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlər onun məhrum oğlunun ailəsi və uşaqları olduğunu, ona məxsus olan fərdi yaşayış evində yaşadıqlarını bildirmiş və hazırdan cavabdehlərə qarşı qaldırdığı iddia üzrə barışmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və digər cavabdehlərin vəkili Sevda Bəkirova iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mülki işi üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması və qanuni əsaslı və ədalətli məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsinə 1/7 hissəsinə X1, 1/7 hissəsinə X6, 1/7 hissəsinə X7, 1/7 hissəsinə X2, 1/7 hissəsinə X5 və 1/7 hissəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində xx.xx.2011-ci il tarixli, **********85-10301 reyestr nömrəsi çıxarışa əsasən 0.0603 ha olan həyatyanı torpaq sahəsində ümumi sahəsi 180,52 kv.m fərdi yaşayış evi var Hal-hazırda həmin fərdi yaşayış evində xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 və Cavabdeh3 yaşayanlar. Əmlakın qiymətləndirilməsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 95 saylı mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində 0.0603 ha torpaq sahəsi üzərində tikilmiş 5 otaqlı, orta təmirli fərdi yaşayış evinin yerindən asılı olaraq yaşayışa orta uyğun səviyyədə bu günə kirayə qiyməti 160-180 manat dəyərində qiymətləndirilir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı fərdi yaşayış evinin kirayə haqqı barədə qiymətləndirmə xitmətləri haqqına görə "xxxx" MMC-nin hesabına 100 manat pul ödəmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-112/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1015/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1293/2024 saylı kassasiya şikayəti icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı dövlət hesabına 137 manat rüsum ödəmişdir. Məhkəmə yuxarıda deyilənlərə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də Əsassız varlanmadır. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 675-ci maddəsinə əsaəsn əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən heç biri mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(107)-112/2024 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Günay Cavadova (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, evin dövlət qeydiyyatına alınması ilə bağlı sənədləşdirilmə işləri aparıldığı vaxt (2011-ci il) cavabdehin övladı Sahib Əliyev sağ olmuş, iş üzrə tərəflər arasında hər hansı mübahisə, o cümlədən fərdi yaşayış evi ilə bağlı mübahisə, münaqişə olmamış, onların münasibətləri normal olmuşdur. Başqa sözlə desək, mübahisəli evin inşası vaxtı və evin əsl sahibi ilə bağlı İddiaçı dövlət orqanlarına həqiqətə uyğun olmayan məlumat verilməsi üçün heç bir əsas olmamışdır. Beləliklə də işdə olan sübutlara Məhkəmə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evi 2004-cü ildə inşa edilmiş və iddiaçılar bu evə ev inşa edildikdən sonra (cavabdehin bildirdiyinə görə 2006-ci il) köçmüşlər. İddiaçılar mübahisəli fərdi yaşayış evnə köçdükləri zaman ev dövlət qeydiyyatına alınmamış, İddiaçı mülkiyyətçisi olmamış, ev onun sahiblik və istifadəsində olmuşdur. Ev xx.xx.2011-ci il tarixdən cavabdeh İddiaçı tam mülkiyyət hüququ əsasında, evin yerləşdiyi torpaq sahəsi ilə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına dövlət qeydiyyatdına alınmışdır. Mübahisəli ev cavabdehin və hazırki iş üzrə tərəf olmayan ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmişdir. Hansı ki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətində X15 Kommissiyasının 24 dekabr 2001-ci il tarixli 58 saylı qərarı ilə verilmişdir. (Torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 90100016 saylı Şəhadətnamə). Göründüyü kimi cavabdeh mübahisəli evə gözlənilən mülkiyyət hüququna malik olmuş və bu hüququnu 2011-ci ildə dövlət qeydiyyatına aldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 15360 manat fərdi yaşayış evinə kirayə pulunun verilməsini bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən əsassız istifadə ilə bağlı məbləğin cavabdehlərdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat qiymətləndirmə aktının və 137 manat dövlət rüsumunun İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-134/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-134/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver