Məhkəmə qərarları › İş №2(039)-1341/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1341/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1341/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015A********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 1.000 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 74,47 manat, habelə borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 130 manat olmaqla, cəmi 1.204,47 manat, habelə xx.xx.2019-cu il tarixli 015A********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 3.423,35 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 335,78 manat, habelə borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 412,81 manat olmaqla, cəmi 4.171 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 1.9167 faiz dərəcəsi ilə 1.000 manat, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsinə” əsasən isə 32 ay müddətinə aylıq 2.0833 faiz dərəcəsi ilə 3.500 manat məbləğində kredit verilmişdir. Bunlara baxmayaraq, Cavabdeh qeyd edilən müqavilələr üzrə Bank qarşısında götürülmüş öhdəliklər lazımi qaydada icra edilməmişdir. Nəticədə Cavabdeh Banka 015A********** nömrəli “Kredit müqaviləsi” üzrə 1.000 manat məbləğində əsas kredit borcu və 74,47 manat faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə müqavilənin şərtlərinə əsasən 130 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Cavabdeh həmçinin Banka 105A********** nömrəli “Kredit müqaviləsi” üzrə 3.423,35 manat məbləğində əsas kredit borcu və 335,78 manat faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə müqavilənin şərtlərinə əsasən 412,81 manat məbləğində cərimə tətbiq edilmişdir.Bank, tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Banka borcu olduğunu, lakin maddi cəhətdən imkanı olmadığı üçün borcunu ödəyə bilməyəcəyini bildirərək, məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, aylıq 1.9167 faiz olmaqla 1.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa, iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 32 ay müddətinə, aylıq 2.0833 faiz olmaqla 3.500 manat məbləğində kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh 1.000 manat məbləğində əsas borc, 74,47 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 130 manat cərimə (dəbbə) tətbiq edilmişdir. Bundan başqa, Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh 3.423,35 manat məbləğində əsas borc, 335,78 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 412,81 manat cərimə (dəbbə) tətbiq edilmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh arasında bağlanmış “Kredit müqavilələri” üzrə borcun verilməsi barədə öhdəliklər icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəliklər icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda Cavabdeh üzərinə düşür. Lakin Cavabdeh hər iki müqavilə üzrə Banka olan borcun ödənilməsini sübuta yetirə bilmir. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, banka olan borcu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, borc alan Cavabdeh xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdeh, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə Cavabdeh tutulmalı olan əsas borc 1.000 manat, faiz borcu isə 74,47 manat, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə isə əsas borc 3.423,35 manat, faiz borcu isə 335,78 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə Bank qarşısında olan öhdəliklərin icra edilməməsi aşkardır. Öhdəliyin icra edilməməsini və “Kredit müqavilələrinin” şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə 130 manat, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə isə 412,81 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Bankın xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə hesablanan 130 manat, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə isə 412,81 manat məbləğində cərimə borcu azaldılmalı və müvafiq olaraq 15 manat və 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, cavabdehdən Bankın xeyrinə xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə tutulmalı olan əsas borc 1.000 manat, faiz borcu 74,47 manat, cərimə borcu 15 manat, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə tutulmalı olan əsas borc 3.423,35 manat, faiz borcu 335,78 manat, cərimə borcu 30 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 74,47 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 15 manat, cəmi isə 1089,47 manat, habelə xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.423,35 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 335,78 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 30 manat, cəmi isə 3789,13 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar