Məhkəmə qərarları › İş №2(039)-1343/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1343/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1343/2022 25.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Günel Həmzəyevaya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Cavabdeh1 hüquqi varisləri olan cavabdehlərdən 4,00 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki cavabdehlər- X4 və Cavabdeh2 Cavabdeh1 vərəsələridir. Cavabdeh1 2021-ci ilin noyabr ayında vəfat etmişdir. Cavabdeh1 2021-ci ilin avqust ayında borc olaraq pul istəmişdir. Ona xx.xx.2021-ci il tarixdə 4,000 manat borc olaraq pul verilmişdi. O, bu barədə qəbz yazaraq, həmin pulun xx.xx.2021-ci il tarixdən gec olmayaraq qaytarmasına söz vermişdir. Hal-hazırda isə Cavabdeh1 vəfat etdiyi üçün həmin 4,000 manat borcu cavabdehlərdən, yəni onun vərəsələrindən tələb etmək məcburiyyətindədir. İddiaçı nümayəndəsi Müsaqif Hüseynov ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, bu, cavabdehlərin hər hansı hüquqlarını pozmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar