Məhkəmə qərarları › İş №2(039)-1347/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1347/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1347/2020 01.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, X5 Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) nümayəndəsi X4 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 327.84 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, BOKT “X6” MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə xx xxx 2018-ci il tarixə qədər illik 12 % dərəcəsini tətbiq etməklə 1,363 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). “X6” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq araq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2la öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı BOKT “xxxxxxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2la eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensiyasiya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensiyasiya ödənilməmişdən əvvəl Cavabdeh2 kredit müqaviləsi üzrə BOKT “X6” MMC-yə 461.29 AZNəsas borcu, 20.93 AZNfaiz borcu və 46.10 AZN cərimə borcu olmuşdur. Qeyd edilən Fərmanın icrası məqsədilə həmin əsas borcdan 133.45 AZNdövlət büdcəsi hesabına ödənilmiş, 20.93 AZNfaiz borcu və 46.10 AZN cərimə borcu isə BOKT “ X6” MMC tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Cavabdeh2 və Cavabdeh1 xx xxxxx 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 327.84 manat təşkil edir. X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi Ülvi Cumayev məhkəmə iclasında iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək borclunun kredit borcundan 200 manat ödəniş etdiyini bildirərək qalan hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, “X6” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə xx xxx 2018-ci il tarixə qədər illik 12 % dərəcəsini tətbiq etməklə 1,363 manat məbləğində kredit verilmişdir. Daha sonra öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsini öz üzərinə götürmüşdür. Bildirişdən müəyyən olunur ki, “X6” MMC xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə güzəşt etmişdir. Maliyyə arayışına əsasən xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 127.84 manat əsas borcu mövcuddur. Faiz və cərimə borcu isə mövcud deyil. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsi əsasında “X6” MMC tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 12 % ödəmək şərti ilə 1,363 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə birgə öhdəlik daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh2 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. “X6” MMC xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə güzəşt etmişdir. Təqdim edilmiş sübutlar əsasında müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın icrası əsasında yaranmış borcdan kompensasiya məbləği çıxılmış və müqavilə üzrə iddia ərizəsi məhkəməyə verildikdən sonra 200 manat da ödəniş edilmiş, lakin 127,84 manat borc qalmaqdadır. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Borc hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin borcun əsassızlığına dair hər hansı sübut müəyyən edilmədiyindən iddia əsaslıdır. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. Cavabdeh X2 və Cavabdeh1 müştərək qaydada xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə127.84 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 147 (bir yüz qırx yeddi) manat 84 (səksən dörd) qəpik X5 Kredit Təşkilatı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar