Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1349/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10160 (on min bir yüz altmış) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğudur. Xeyli müddətdir ki, hazırkı Cavabdeh tanıyır. Dəfələrlə alış verişləri olub və onun etibarını qazanıbdır. Cavabdehin xx.xx.2019-cu il tarixdə pula ehtiyacı olduğunu ona bildirərək, ondan 200 manat borc pul istədi və öz xətti ilə ondan 200 manat məbləğində borc pul aldığına dair qəbz yazıb imza edərək həmin qəbzi ona verdi. Sonradan bu hal dəfələrlə təkrarlandı. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ondan müxtəlif dövrlərdə və müxtəlif məbləğlərdə öz xətti ilə yazdığı qəbzlərlə xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 100 manat,xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 2 qəbz- cəmi 3100 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2020-ci il tarixdə 910 manat, xx.xx.2020-ci il tarixdə 2 qəbz- cəmi 4000 manat, ümumilikdə 10160 manat borc pul almışdır. O, hər dəfə ondan aldığı pulları necə və nə vaxt qaytaracağı barədə cavabdehə suallar verdikdə o, ona bildirirdi ki, “alacağı var, lotareya oynayır, həm də may ayında bankdan kredit götürəcək, eyni zamanda işləyir rəsmi əmək haqqı alır və ona olan borcunu tam olaraq qaytaracaqdır. Cavabdeh dəfələrlə ondan pul və yaxud mal şəklində aldığı borcunu qaytararaq etibarını qazandığı üçün ona inanaraq yuxarıda qeyd etdiyi ümumilikdə 10160 manat borc məbləğini ona vermişdir. Lakin sonradan cavabdeh təkrarən ondan borc pul istədikdə ona borc verməkdən imtina edərək ondan borclu olduğu məbləği qaytarmasını xahiş etmişdir. Həmin vaxtdan bu günə qədər xeyli müddət keçməyinə və eyni zamanda dəfələrlə etdiyim xahişlərə, tələblərə baxmayaraq Cavabdeh ondan aldığı ümumilikdə 10160 manat borc məbləğini bu günədək ona qaytarmamaqdadır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının pul tələbinə dair iddiasını qəbul etdiyini və iddiaçıya olan borcunu hissə-hissə pensiyasından ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş qəbzlərdən (əlyazma) görünür ki, o, İddiaçı 10160 (on min bir yüz altmış) manat borc pul aldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 10160 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müarciət edərək iddianı qəbul etdiyini və borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10160 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 10160 (on min bir yüz altmış) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1349/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1349/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver